Sənayecə inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində konsultativ xidmətlər
formasında intellektual kapitalın cəlb edilməsi yeni avadanlıq və intensiv
texnologiyanın cəlb edilməsindən daha səmərəli hesab edilir. Lakin müasir şəraitdə
ölkədə konsultanta bu cür müsbət münasibət müşahidə edilmir. Bu sahədə
paradoksal mənzərə müşahidə edilir. Belə ki, müəssisələrin əksəriyyəti təşkilati
idarəetmə xarakterli səbəbdən ağır iqtisadi vəziyyətdə olduğundan bazar
münasibətləri şəraitinə uyğunlaşa bilmir və ona görə də bu sahədə mövcud
intellektual potensialdan istifadə edə bilmirlər. Rəhbərlik də öz növbəsində kon-
sultantın köməyinə müraciət edir, onların maliyyə-təsərrüfat təhlilinin
sağlamlaşdırma proqramının, investisiyalann hazırlanması, aktiv marketinq və
maliyyə siyasətinin iqtisadi səmərəsini hiss edirlər.
Konsultativ xidmətlər birdəfəlik şifahi məsləhətlər formasında həyata keçirilir.
Lakin onlar konsultativ layihələr formasında da verilə bilər.
Konsultativ layihələr
aşağıdakı mərhələlər əsasında həyata keçirilir.
-
problemin araşdırılması və ya diaqnostika;
-
qərar layihəsinin hazırlanması;
-
qərar layihəsinin həyata keçirilməsi.
Dostları ilə paylaş: