Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Biznesin xarici mühit amillərinin əsas qruplarına



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə90/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   86   87   88   89   90   91   92   93   ...   115
C fakepathmuhazire esas (1)

Biznesin xarici mühit amillərinin əsas qruplarına - iqtisadi mühit, elmi-
texniki tərəqqi, siyasi və hüquqi mühit, sosial- mədəni şərtlər, demoqrafik və təbii-
coğrafi mühitə nəzər salaq.
Biznesin iqtisadi mühiti onun təşkilini, fəaliyyət göstərməsini və səmərəliliyini 
səciyyələndirir. Bu, əhalinin alıcılıq qabiliyyətidir ki, cari gəlir və qiymətlərdən
iqtisadi artım və ya tənəzzüldən, işsizlik səviyyəsi, vergilər sistemi və s.-dən asılıdır. 
İqtisadi mühit makroiqtisadi amillərini və xarici mikromühiti əhatə edir. 
Biznesin elmi-texniki mühiti texnologiyalar, materiallar, son məhsullardır. Bu 
amilləri həm ənənəvi, həm də yeni, perspektiv kimi qiymətləndirmək olar. Biznesin 
vəziyyəti dövlətin siyasətindən də xeyli dərəcədə asılıdır. Biznesin siyasi mühiti 
dövlətin daxili və xarici siyasətini. Konstitusiya və iqtisadi hüququ, dövlət qurumlan 
və ictimai təşkilatları əhatə edir. 
Biznesin sosial-mədəni mühitinə aiddir: əxlaqi və dini normalar (dünyagörüşü, 
mənəviyyat, dini və ateist baxışlar, əqidə); mədəni prinsiplər və dəyər (milli 
mədəniyyət və incəsənət, adət və ənənələr, mədəni-tarixi irsə münasibət); həyat tərzi 
(həyati məqsəd və dəyərlər, davranış , qarşılıqlı münasibə, istehlakçı prioritetləri).
Hər ölkəyə xas olan və işin aparılması üsullarına təsir göstərən müəyyən fiziki, 
demoqrafik və davranış pormaları mövcuddur. Milli dövlətə çıxış nöqtəsi kimi nəzər 
salaraq unutmamaq lazımdır ki, bəzi ölkələrdə olan şərtlərin variantlan digər 
ölkələrindən xeyli çoxdur. Bəzi ölkələrdə coğrafi və iqtisadi əngəllər insanların bir 
bölgədən digərinə gediş-gəlişinə və beləliklə onların qarşılıqlı fəaliyyətinə maneə ola 
bilər. Bundan əlavə, qanunların "mərkəzdənqaçması”, müvafiq dövlət proqramları 
bölgələr arasında fərqləri daha da artıra bilər, dil, dini və etnik fərqlər isə bəzi hallarda 
əhalinin birləşməsinə mane olur. Məsələn, bütün sadalanan əlamətlərə görə Hindistan 
Danimarkadan qat-qat rəngarəngdir. 
Bir neçə ölkədə iş aparan sahibkarlar nəticələrin heç də həmişə iqtisadi 
modellərlə izah olunmadığının fərqinə varırlar. İş adamları mədəni fərqlərin və onlara 
göstərilən reaksiyanın ifadə olunmasında çox ehtiyatlı davranmalıdırlar. Son illərdə 


aparılan təhqiqatlara əsasən, mədəniyyətin bəzi cəhətləri ölkədən ölkəyə xeyli fərqlənir 
və biznesin aparılmasına mühüm təsir göstərir. Biznesin demoqrafik mühiti əhalinin 
sayı, yaş və cins tərkibi, məşğulluğu, təhsil səviy-yəsi ilə müəyyənləşir. Bütün bunlar 
müəssisənin fəaliyyətində nəzərə alınmalıdır.
Təbii-coğrafi mühit biznesin həyata keçirildiyi təbii şərait və ekoloji vəziyyət 
deməkdir. Burada xammalın və enerji sərvətlərin mövcudluğu və əlçatan olması, iqlim 
şəraiti, habetə çirklənmə və təbii tarazlığın nə dərəcədə pozulması nəzərdə tutulur. 
Biznesin təbii-coğrafi mühitinin tərkibi: 
1. Mühitin sərvətləri: torpaq, su, bioloji, mineral-xammal və yanacaq-energetik 
iqlim, rekreasiya (istirahət)
2. Mühitin kəmiyyəti: sərvətlərin mövcudluğu və əlçatan olması, torpaqların 
məhsuldarlığı, ekosistemlərin məhsuldarlığı, il fəsillərinin müddəti, çirklənmə 
və təbii tarazlığın pozulması dərəcəsi. 
Biznesin demoqrafik mühitinə aiddir: əhalinin tərkibi (yəni yaş və cins tərkibi, 
ailə tərkibi, yaşayış yerinə görə, milli tərkib); məşğulluğu(yəni fəaliyyət növlərinə və 
peşələrə görə paylanması); hərəkətliliyi (yəni daxili və xarici miqrasiyalar, daimi, 
müvəqqəti, dövri və miqrasiya balansları). 
Biznesdə uğur və ya uğursuzluq xeyli dərəcədə müəssisənin (şirkətin) yerinin nə 
dərəcədə düzgün seçilməsindən asılıdır. 
Biznesin yerləşməsi xarici mühitin bir çox amillərilə, ilk növbədə isə nəqliyyat 
şəraiti, əmək qüvvəsinin, xammal, material, enerji və s.-nin olması ilə bağlıdır. Bu 
amillər müəssisələrin yerləşməsinə, xammalın gətirilməsi üçün çəkilən məsrəflərə, 
məhsulun satışına və əmək qüvvəsinin istifadəsinə təsir göstərir. Həmin amillərin və 
məsrəflərin qiymətləndirilməsi müəssisəni makrosəviyyədə, yəni sözügedən biznesin 
uğurlu aparılacağı konkret ölkə, bölgə və ərazidə uğurla yerləşdirməyə imkan verir.

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin