Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə92/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   88   89   90   91   92   93   94   95   ...   115
C fakepathmuhazire esas (1)

Mövzu 12. 
 
Biznes konsepsiyasının işlənib hazırlanması 
Plan: 
1. Biznesin sferası və məqsədinin seçilməsi 
2. Biznesin inkişaf strategiyası. 
3. Biznesin təşkili mərhələləri və onların məzmunu 
4. Müəssisənin işinin təşkili
 
1.Biznesin sferası və məqsədinin seçilməsi 
Fəaliyyət sahəsi sahibkarın öz istəyilə təyin olunur. Onun seçilməsi çox 
məsuliyyətli işdir və bir sıra amillərin təhlili əsasında bir neçə mərhələlərlə həyata 
keçirilir. Əvvəlcə bacarıqlar, biliklər, məharətlər və həyat təşəbbüsləri qiymətləndirilir. 
Statistik məlumatlara görə sahibkarların 90 faizi öz işlərini daha yaxşı bildikləri sahədə 
başlayırlar.
Biznesin ayrı-ayrı növləri üçün müxtəlif hüquqi və iqtisadi maneələrə diqqət 
yetirmək lazımdır. Bu silahların hər növünün istehsalı, narkotik və zəhərli maddələrin 
realizasiyası və hazırlanması, spirtli və tütün məmulatlarının istehsalı, ordenlərin və 


medalların hazırlanması və bir sıra digər sahələrə aiddir. Fəaliyyətin konkret növləri 
ancaq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilə bilər.
Öz işinin təşkilini planlaşdırarkən bu və ya digər sahəyə daxil olmaq üçün 
sırf iqtisadi məhdudiyyətləri də nəzərə almaq lazımdır. Onların arasında - ilkin kapital 
qoyuluşlarının yüksək səviyyəsi, qoyulmuş vəsaitlərin uzunmüddətli qaytarılması, 
kommersiyaya nail olmasında qeyri-müəyyənlik və s. məsələləri göstərmək olar. 
Həmçinin sahədə və nəzərdə tutulmuş regionda iqtisadi konyukturanı da yaddan 
çıxarmaq lazım deyil. Konyuktura - tələb və təklif arasında nisbətləri, qiymət və əmtəə 
ehtiyatlannın hərəkətini, sahələr (məhsul) üzrə sifarişlər portfelini və digər göstəricilər 
külliyyatını əks etdirən formalaşmış iqtisadi şəraitdir. Adətən elə hallar olur ki, bəzi 
regionlarda güclü inkişaf olduğu halda, digərlərində durğunluq müşahidə edilir. 
Sahibkarlar da çox vaxt inkişafda olan regionlara can atırlar.
Deyilənləri sahələrə də aid etmək olar: bəziləri tez inkişaf edirlər, digərləri 
ləng, üçüncülər isə, əksinə, tənəzzülə uğrayırlar. Biznes üçün prioritet yeni dinamik 
sahələr sayılır. Həmçinin müvafiq əmtəələr və xidmətlər bazarında işlərin vəziyyətini 
öyrənmək vacibdir və orada rəqiblərlə kifayət qədər istifadə olunmamış və ya nəzərdə 
tutulmamış çox dar sahəni (bazarın “boşluğu”nu) tapmaq, hardakı sizin istehsal və ya 
kommersiya fəaliyyəti gəlirli ola bilər və tezliklə inkişaf etdirmək mümkündür. 
Bu prosesdə dəqiq saylı istehlakçılar ilə fəaliyyət sahəsinin miqyasına görə 
ən çox konkret sahibkarın müqayisəli üstünlüklərinə uyğunlaşan məhdud seçimi təyin 
etmək olar. Bazarın «boşluğu» seçiminin mənası - işi öz tərəfinə yönəltmək, hətta lap 
balaca olsa belə və sonra öz sahibkarına verilən o üstünlüklərdən məharətlə istifadə 
etməkdir. Xarici firmaların əksəriyyətinin təcrübəsi göstərir ki, qabaqcıl müəssisələrin 
hamısı mütləq öz tarixində buna oxşar iş görüblər. Oz müəssisəniz üçün «bazarın 
boşluğu»nu düzgün tapmaq üçün şəxsi bacarıqların, meyllərin, ixtisasların praktik 
tətbiqini axtarıb tapmaq lazımdır. Bazarın «boşluğu»nun tapılması boş fəzanı (məkanı), 
vakuumu doldurmaq axtarışını xatırladır. 
Ümumiyyətlə, tənəzzül və böhran həddinə çatmış sahələrdə fəaliyyətlərini 
davam etdirmək istəyən müəssisələr aşağıdakı strateji yanaşmalardan istifadə 
etməlidirlər. 


1. Sahə daxilində ehtiyatda olan bazar seqmentlərini araşdırıb tapmağa və 
ondan səmərəli istifadəyə yönəlmiş strategiya işləmələri. Hər bir tənəzzül vəziyyətində 
olan sahədə də bazar məsələləri tam həll edilməmiş qalır. Bütün bazarlarda olduğu kimi 
burada da bir boşluq vardır. O boşluğu tapıb doldura bilən müəssisə müflisləşməyə yox, 
yaşamağa daha çox meylli olur. 
2. İstehsal olunan məhsulun keyfiyyətini yüksəltmək və onu təzələməklə 
ciddi tədqiqat yolu ilə seçim aparmaq. Buna hər şeydən əvvəl rəqib firmalardan fərqli 
yanaşma yolu ilə təklif olunan malın keyfiyyətini yüksəltmək, çeşidini genişləndirmək, 
bununla da yüksək qiymətlə satmağa imkan qazanmaq olar. Məhsulun istehlak 
göstəricilərinin nisbətən dəyişdirilməsi bu halda bazarda əlavə istehlakçıların sayını 
artırır. 
3.Təkidlə çəkilən xərclərin həcminin tezliklə azaldılması. Təbii ki, tənəzzül 
vəziyyətində olan müəssisədə satışın həcminin artırılmasından söhbət gedə bilməz. 
Deməli, onun ən başlıca çıxış yolu əmək məhsuldarlığını yüksəltmək və çəkilən xərcləri 
azaltmaqdır. 
Konsepsiya - firmanın bütün rollarının çoxluğunu birləşdirən davranış 
xəttidir, firma və ya digər təşkilat onlarsız fəaliyyət göstərə bilməz. Misal üçün, firmanın 
konsepsiyası aşağıdakı kimi izah oluna bilər: «İstehlakçıların razılığına nail olmaq və 
himayə etmək. Burada texnologiyanın, məmulatlann nümunələrinin daim təzələnməsi 
yolu ilə məhsulun keyfiyyətinin yüksəldilməsi, həmçinin təşkilatın və işçilərin potensial 
imkanlannın artırılması nəzərdə tutulur ki, bu da bazarda payın və satış həcminin 
davamlı artımının olmasına imkan verir və sahədə liderliyi və maksimum mənfəəti 
təmin edir». 
Hər hansı dərəcədə konsepsiyada qeyri-real ideallar - nəticələr göstərilir, 
ancaq onlara yaxınlaşmaq mümkündür və arzuolunandır. Konsepsiyaya daxildir: 
-biznesin məqsədlərinin müəyyənləşdirilməsi;
- fəaliyyət strategiyasının işlənməsi və ya məqsədlərə çatmaq üçün konkret 
yolların tapılması; 
- qarşıda duran məqsədlərə praktiki nail olmaq vasitələrinin seçilməsi. 
Konsepsiyanın işlənməsi biznesin qurulmasında və inkişafında mühüm rol 


oynayır. Onun biznesin uğuruna təsiri aşağıdakılarla təyin edilir:
1. Konsepsiyanın işlənməsi prosesi böyük əhəmiyyət kəsb edir, çünki firmanın 
rəhbərliyinə onun fəaliyyətinin əsasında olan amilləri hərtərəfli qiymətləndirməyə 
məcbur edir.
2. Konsepsiyanın dərk edilməsi biznesin geniş panoramasını əldə etməyə kömək edir 
ki, bu da həm firmanın rəhbərliyinə və həm də heyətinə baş verənlərə yaxından baxmaq 
imkanı yaradır. Bunsuz uzunmüddətli rəqabət qabiliyyətini və müvəffəqiyyətini təmin 
etmək ağlagəlməzdir.
3. Konsepsiya firma daxilində (biznesin məqsədlərini onun əməkdaşları ilə yaxşı başa 
düşməyə imkan verir) və həm də ondan kənarda (informasiyanın səhmdarlara, 
tədarükçülərə və istehlakçılara çatdırılmasını təyin edir) kommunikasiyalar üçün 
böyük əhəmiyyətə malikdir.
Biznesin konsepsiyası müəyyən amillərilə şərtlənir:
-tələbatların ödənməsi dairəsi ilə;
- istehlakçıların məcmusu ilə;
- buraxılmış məhsul ilə; 
-firmanın rəqabət üstünlükləri ilə. 
Müəssisənin fəaliyyət xətti, misal üçün bazarda boşluğun, tutulmamış yerin 
olmasına və ya tələbin dəyişilməsindən, rəqabət mübarizəsində, yaxud digər analoji 
amillərdə vəziyyətin dəyişilməsindən, perspektiv istehsal- texniki kəşfin istifadəsindən 
irəli gələn məhsulun istehsalı ideyasına əsaslana bilər. Fəaliyyət xətti həmişə əsas 
suala cavab verməlidir: kimlərin və hansı tələbatların ödənilməsi naminə həmin 
müəssisə yaradılır, fəaliyyət göstərir? Bu sualın aydınlaşdırılması və dəqiqləşdirilməsi 
müəssisənin işinin qurulmasına və təşkilinə əsas yaradır. Biznes konsepsiyanın 
işlənməsi onun məqsədlərini müəyyənləşdirməyi nəzərdə tutur. Məqsədlər - o 
müəssisənin öz fəaliyyətində cəhd etdiyi əsas nəticələrdir. Məqsədlər təşkiledici, 
motivləşdirici və nəzarətçi funksiyalarını yerinə yetirməklə müəssisənin idarəetmə 
sisteminin başlanğıc elementidir. Deməli, müəssisədə məqsəd yoxdursa, onun idarə 
edilməsi də yoxdur. 


İnsana
Kommersiya məqsədləri
4
.İxtisas 
1.Bazarda payı 
və təcrübə 
6.İdarəetmənin 
2.Rentabellik 
mövcudluğu 
3.Ödəniş qabiliyyəti
7. 
Təşkilatın işinin dəqiqiiyi və
5.Motivasiya 
məhsuldarlığa cəhd 
8.Planlılıq 
9. Əlaqəii qrupların istifadəsinin 
səmərəliliyi 
Təşkilatın məqsədlərinə 
Diqqət 
1-3- Əsas məqsədlər (nəticələr) 
4-9-Təminedici məqsədlər (nəticələr) 
Şəkil 12.1. Müəssisə əməliyyatının məqsədləri 
Məqsədləri müəyyənləşdirərkən adətən bir neçə suallar meydana çıxır: 
- hansıları seçmək və hansı ardıcıllıqla onları düzmək; 
- nə qədər onlar aktualdır və onlara nail olmaq imkanları necə qiymətləndirilir.
Satış bazarında müəssiənin rolu, biznesin həcminin artırılması, onun 
mənfəəti, rentabelliyi və digər xarakteristikaları ilə əlaqədar məqsədlər tipik sayılır. 
Məqsədlərin qoyuluşu müəssisənin fəaliyyət xəttində istifadə olunan əsas 
funksiyasının yerinə yetirilməsinə kömək edir. Bundan başqa, bilavasitə funksional 
nəticələrin əldə olunmasına yönəldilmiş yardımçı (köməkçi) məqsədlər də qoyula 
bilər.

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin