Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Biznesin təşkili mərhələləri və onların məzmunu



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə95/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   91   92   93   94   95   96   97   98   ...   115
C fakepathmuhazire esas (1)

3. Biznesin təşkili mərhələləri və onların məzmunu 
Biznesin təşkili bir neçə mərhələləri əhatə edir: 1. Yeni ideyanın dürüst izah edilməsi və 
axtarışı; 2. Onun hərtərəfli qiymətləndirilməsi; 3. Bazarda «boşluğ»un axtarışı; 4. Biznes-planın 
işlənib hazırlanması; 5. Fəaliyyət konsepsiyasının formalaşdırılması, biznesin məqsədlərinin 
seçilməsi; 6. Fəaliyyət strategiyasının işlənilməsi; 7. Layihənin reallaşdırılması; 8. Müəssisənin 
təşkili və idarə edilməsi.
Ən mühüm strateji məsələlərdən biri müəssisənin yerinin seçilməsidir. Xüsusən bu ticarət 
(mağaza) müəssisəsinə aiddir. Təcrübə göstərir ki, orta səviyyəli mağaza yaxşı yerdə olduğuna görə 
uğur qazana bilər və ya əksinə, hətta mağazalardan yaxşısı əlverişsiz yerdə çətin fəaliyyət göstərə 
bilər. Müəssisənin yerləşdirilməsində aşağıdakı amilləri nəzərə almaq məqsədəuyğundur. 
Müəssisənin yeri haqqında məsələyə baxarkən xammalın göndərilməsinə və hazır məhsulun 
istehlakçılara çatdırılmasına sərf edilən məsrəfləri nəzərə almaq lazımdır. Biznesə loqistik sistem 
kimi baxıla bilər: təchizatçılar (xammal və materiallar) - istehsal prosesi (hazır məhsul) - 
istehlakçılar.
Lakin müəssisənin yerləşməsi təkcə materialların və hazır məhsulların daşınmasından asılı 
deyildir. Müəssisənin yerləşdiyi yerin optimal halı üstünlüklərlə çatışmamazlıqlar arasında ən yaxşı 
kompromis təmin edən vəziyyət olmalıdır. Yerləşmə probleminə aşağıdakı müxtəlif istiqamətli 
qüvvələrin şəbəkəsi kimi baxmaq faydalıdır (şəkil 12.2). 


 
 
Şəkil 12.2. Müəssisənin yerləşdiyi yer 
Region və müəssisənin yeri seçildikdən sonra ona işləyən vahid kimi baxmaq lazımdır. 
Müəssisənin məqsədi məhsulu ən səmərəli üsulla istehsal etməkdən ibarətdir. Bu o deməkdir ki, 
diqqət bina və qurğulara, onların konstruksiyasına, layihətəşdirilməsinə, avadanlıqlara və 
materialların emalına, istehsal menecmentinə yönəlməlidir.

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin