1.Kadrlar (adamlar, işçilər, personal) rəhbərlər və fəhlələrdir. Kadrlar adətən
2 qrupa bölünür: idarəedənlər və idarə olunanlar. Menecmentin təşkilində və işlərin
icrası zamanı onların qabiliyyətləri, inam və baxışları, təlabatları, məhsuldarlıqları,
ümidləri (gözləmələri), qavramaları, qruplaşmaları və liderlikləri nəzərə alınmalıdır.
Hər bir müəssisədə kadrların seçilməsi, öyrədilməsi və yenidən hazırlanması
prosesi gedir. Kadrların hazırlıq prosesi mərhələlərlə, həm fəhlələrin, həm də
idarəetmə işçilərinin (əsasən menecerlərin) hazırlanmaları ilə bağlıdır. Personal
dedikdə, ali və orta səviyyə rəhbərləri ilə yanaşı, texniki səviyyə rəhbərləri də
nəzərdə tutulur və heç bir işçi diqqətdən kənarda qalmır. Çünki ali və orta
səviyyədəki vəzifə sahiblərinin verdiyi qərarlar texniki səviyyə işçiləri tərəfindən
yerinə yetirilir və onlar bilavasitə fəhlələrlə ünsiyyətdə olurlar.
1. Texnologiya - avadanlıqların (qurğuların) və işçi qüvvəsinin tətbiqilə icra
edilən elə proseslərdir ki, onların vasitəsilə xammaldan hazır məhsullar istehsal
olunur. Texnologiya qarşıya qoyulan məqsədə uyğun olaraq yaradılır. Misal üçün,
qarşıya qoyulmuş məqsəd neft emalıdırsa, təşkil edilən texnologiya neft emalına
imkan verən, əgər ayaqqabı istehsalıdırsa – texnologiya ayaqqabı istehsalına imkan
verən avadanlıqlar və qurğularla təchiz olunmalıdır. Texnologiya – personalın,
avadanlıq və qurğuların köməyilə xammalın işlənilib hazır məhsula çevrilməsi
prosesidir. Standartlaşdırma, mexanikləşdirmə və avtomatlaşdırma, konveyer xətti,
eləcə də kompüter və kommunikasiya şəbəkəsi texnologiyaya öz təsirini göstərir.
Hər bir təşkilatda daxili təsir amilləri ilə yanaşı, müəyyən xarici təsir amilləri də
vardır. Ona görə də müəssisənin fəaliyyətinin qurulmasında və idarə olunmasında
bu xarici təsir amilləri də mütləq nəzərə alınmalıdır.
Xarici təsir amilləri 2 növdür: