Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Sahibkarlıq fəaliyyətinin əsas hüquqi formaları



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə19/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   15   16   17   18   19   20   21   22   ...   115
C fakepathmuhazire esas (1)

Sahibkarlıq fəaliyyətinin əsas hüquqi formaları 

Sahibkarlıq fəaliyyəti ilə fiziki (hüquqi şəxs yaratmadan), yaxud hüquqi şəxs kimi 
məşğul olmaq olar: 

a) Fiziki şəxs kimi: 

- Fərdi sahibkarlıq 



b) Hüquqi şəxs kimi: 

-Tam ortaqlıqlar 
- Kommandit ortaqlığı 
- Məhdud Məsuliyyətli Cəmiyyət 
- Səhmdar Cəmiyyəti 
- Kooperativ 

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində fiziki şəxslər hüquqi şəxslərlə 
eyni hüquqlara malikdirlər. 

 
Fərdi sahibkarlıq - hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək 
məqsədi ilə yaratdıqları sahibkarlıq fəaliyyətinin bir növüdür. Bu növ fəaliyyət həmin 
şəxslərin mülkiyyətə əsaslanaraq, risk və məsuliyyəti öz boynuna götürməklə həyata 
keçirilir. 

Hüquqi şəxslər 

 
Hüquqi şəxs qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından 
keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, 
öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak 
hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və 
ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 
Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, o cümlədən həm fiziki, həm 
də hüquqi şəxslərin iştirakı ilə yaradıla bilər. 

Hüquqi şəxslər kommersiya və qeyri-kommersiya olmaqla iki qrupa ayrılırlar: 
Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan bütün hüquqi 
şəxslər kommersiya hüquqi şəxsləri sayılırQeyri-kommersiya hüquqi 
şəxsləri isə ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları və digər formalarda 
yaradıla bilər. Bu növ hüquqi şəxslərdə əsas məqsəd mənfəət götürmək deyil və 
götürülən mənfəəti iştirakçıları arasında bölüşdürülmür. Bu təşkilatlar adətən sosial, 
xeyriyyə, mədəni, təhsil, elm və idarəetmə sahələrində müəyyən məqsədlərə nail 
olmaq, bədən tərbiyəsi və idmanın inkişafı, vətəndaşların mənəvi tələbatlarının 
ödənilməsi, insan hüquqlarını qorunması və ictimai mənafelərə yönəlmiş digər 
məqsədlər üçün nəzərdə tutulur. 



Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına 
bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsərrüfat 
ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. 
Təsərrüfat cəmiyyətləri məhdud və əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar 
cəmiyyəti formasında yaradıla bilər. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin