5. MALIYYƏ VƏ KONSULTATIV SAHIBKARLIQ.
Kommersiya bankları.
Maliyyə sahibkarlığının fəaliyyətinin əsas sahələrini
kommersiya bankları və fond birjaları təşkil edir. Adı çəkilən bu iqtisadi strukturlar
həm də bazar münasibətlərinin ən mühüm atributlarındandır.
Kommersiya bankları səhmdar tipli maliyyə-kredit idarəsi olub, kommersiya
təşkilatlarını haqqı ödənilməklə kreditləşdirir,
pul əmanətlərinin (depozit)
qəbulunu həyata keçirir və müştərilərin tapşırığı ilə digər əməliyyatlar aparır.
Kommersiya banklarının gəlirlərinin əsas mənbəyi depozitlərin faiz dərəcələri, cəlb
edilmiş vəsaitlər ilə ssuda vasitələri arasındakı fərqdən ibarətdir.
Kommersiya banklarının əməliyyatları əsas etibarı ilə 3 qrupa ayrılır
:
passiv
(vəsaitlərin cəlb edilməsi);
aktiv
(vəsaitlərin yerləşdirilməsi);
komissiyon
vasitəçilik
(müştərilərin tapşırığı ilə müxtəlif əməliy yatların yerinə yetirilməsi).
Kommersiya banklarının fəaliyyətlərinin əsas xüsusiyyətləri müəssisələrin
vəsaitlərinin cəlb edilməsindən ibarətdir. Bu banklar kommersiya xarakteri
daşıyaraq kreditorlara pulları müəyyən müddətə və müəyyən faiz dərəcələri ilə
verirlər. Kommersiya banklarının verdikləri kreditlər bu və ya digər səbəbdən
vaxtında qaytarılmadıqda bank müəyyən ehtiyatlara malik olmalıdır.
İstər respublikamızda və istərsə də digər keçmiş İttifaq respublikalarında
kommersiya banklarını xarakterizə edən başlıca cəhət hazırda onların əksəriyyətinin
böyük həcmdə uzunmüddətli kreditlər vermək imkanının olmamasıdır. Çünki,
böyük həcmdə vəsait əksər kommersiya banklarında yoxdur. Ona görə də təsadüfi
deyildir ki, kommersiya banklarının verdikləri uzunmüddətli kreditlər onların bütün
aktivlərinin yalnız 3 faizini təşkil edir. İqtisadi cəhətdən inkşaf etmiş dövlətlərdə
kommersiya banklarının gəlirlərinin başlıca mənbəyini uzunmüddətli kreditlər təşkil
edir. Lakin eyni zamanda kommersiya banklarının gəlirləri sabit və etibarlı
olmadığından onlar əksər hallarda müflisləşərək bankrot vəziyyətinə düşürlər.
Dostları ilə paylaş: