Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə13/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   9   10   11   12   13   14   15   16   ...   115
C fakepathmuhazire esas (1)

4. KOMMERSIYA SAHIBKARLIĞI. 
Əmtəə birjası. 
Kommersiya sahibkarlığının ən geniş yayılmış formaları kimi 
əmtəə birjaları və ticarət təşkilatlan fərqləndirilir. Əmtəə birjasının mahiyyətini və 
inkişafını xarakterizə etməzdən əvvəl birjalar, onlann mahiyyəti və yaranması 
üzərində dayanaq. 
Birjanın nə vaxt yarandığını demək çətindir. Hələ keçmiş vaxtlarda tacirlər alıcı 
tapmaq, işgüzar məlumat əldə etmək, hər hansı bir malın axırıncı qiyməti haqqında 
məlumat almaq üçün müəyyən bir yerdə yığışırdılar. Belə yığıncaqlar Qədim 
Romada bizim eranın ikinci əsrinin sonunda yaranmışdır. 
1653-cü ildə Marsel tacirləri “Görüş üçün əlverişli olan bir bina” tələb 
etdilər ki, küçə yığıncaqlarında kommersiya işlərinin həllində qarşıya çıxan 
çətinlikləri aradan qaldırsınlar.
 
Beləliklə, birja ticarətinin aparılması qaydaları tədricən yaranmağa başladı. 
Onlann iştirakçıları belə qərara gəldilər ki, mallan özləri ilə daşımaq heç də lazım 
deyil. Təkcə onlann qiymətləri ilə razılaşmaq kifayətdir. Qalan bütün şərtlər 
bağlanmış müqavilədə göstərilməlidir. Birjanın alver meydanında alqı-satqı ilə 
yanaşı, həm də sığorta edilməsi, veksellərin alınıb satılması və s. bu kimi məsələlər 
həll olunurdu. Vaxt keçdikcə Orta əsr birjaları müasir xüsusiyyətlər qazanırdı. 


“Birja” sözünün yaranma mənbəyi iri ticarət məntəqəsi olan Fi- landriya-
Brüggedir. Burada ticarət yığmcaqlan “Burse” mehmanxanasının yaxınlığında 
qərarlaşırdı. Mehmanxana sahibini Vander Burse çağırırdılar. O, ticarətçilər üçün 
pul kisəsi rəmzi olan gerbi ilə üstünü bəzədiyi bir ev tikmişdir. 
Əcnəbi kommersantlar Brüggeyə gələndə adətən həmin mehmanxanada qalır, 
digər tacirlərlə tanış olur, sazişlər bağlayır, nailiyyət və müflisləşmələr haqda təzə 
məlumatlar öyrənirdilər. “Burse” ona görə tacir qonaqlara əlverişli idi ki, onun 
yaxınlığında Florensiyanm və Gensiyanın iri ticarət mərkəzlərinin nümayəndələri 
məskən salırdılar. Bir çox tacirlər saziş bağlamaq üçün məhz bu mehmanxanaya 
gəlməli olurdular. Müasir “birja” sözü də elə buradan Burse adından yaranmışdır. 
Birja üçün ilk xüsusi bina 153l-ci ildə Brügge şəhərinin rəqibi Antvepenedə 
tikilmişdir. Bu binanın frontonunda “Bütün ölkələrin ticarət adamlan üçün” yazısı 
həkk olunmuşdur. 
XVII əsrin əvvəllərində ticarət və maliyyə fəaliyyətinin mərkəzi Amsterdama 
keçirilirdi. 1608-ci ildə məhz burada dünyanın ən məşhur lıirjası yaradılır. Bu 
firmanın nailiyyətlərində Niderland dünyanın güclü maliyyə dövləti hesab olunurdu. 
Amsterdamda işgüzar əməliyyatlar lıoyata keçirilirdi. Minlərlə makler birjaya 
gələnlərə xidmət göstərirdi. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin