əhəmiyyət kəsb edir. Vençur elmi-tədqiqat layihələrinə
əsaslanaraq yeni ideyalar
işləyib hazırlayan, onu həyata keçirən kiçik konsturktor müəssisəsini təmsil edir.
Orada çalışan işçilərin sayı adətən 100 nəfərdən çox olmur.
Vençur kapitalı
- yeni texnologiyaların və layihələrin işlənib hazırlanması və
həyata keçirilməsinə sərf edilən maliyyə vəsaitidir (investisiyadır). Vençur
kapitalının əsas xüsusiyyəti onun mütləq qaytanlması tələbinin qoyulmamasıdır.
Çox vaxt vençur kapiğalının arxasında ən cəsarətli və risk etməyi bacaran subyekt
dayanır. Amerika iqtisadi leksikonunda buna fərdi - antrepremor deyirlər.
Vençur işgüzarlığı
- vençurlara maliyyə və qanunvericilik köməyi edən, onların
inkişafını həvəsləndirən, onları
sifarişlə təmin edən, təşkilatçılıq və idarəetmə
sahəsində məsləhətçi köməyi göstərən xüsusi dövlət institutlarından ibarətdir.
Vençur işgüzarlığı ilk dəfə müharibədən sonrakı dövrdə-50-ci illərdə ABŞ-da
meydana gəlmişdir. Onun yaranması bir sıra amillərlə izah olunur.
Birinci amil
investisiya proseslərinin gərginliyinin zəifləməsi şəraitində kapitalın çox yığılması
və sərbəst vəsaitin yaranması ilə izah olunur. Bu istiqamətə mənfəət normasının
aşağı düşməsi amili də təsir edir. Bu isə investisiya edən subyekti kapital qoymaq
üçün başqa sahələr axtarıb tapmağa məcbur edir.
İri şirkətlər isə konunersiya nöqteyi-nəzərindən müvəffəqiyyəti şübhə altında
olan elmi- texniki yeniliyin tətbiqi ilə məşğul olmağa qadir deyildirlər. Lakin vençur
sahibkarlığının ayn- ayn nailiyyətləri o dərəcədə yüksək təsir bağışlamışdu- ki,
“bəxtini sınamaq” istəyənlərin böyük bir dəstəsinin yaranmasına səbəb olmuşdur.
70-ci illərin sonunda dövlət kiçik elmi firmaların fəaliyyətinin hə-
vəsləndirilməsində inhisar əleyhinə fəal siyasət yeritməyə başladı. Dövlət bu
siyasəti, firmalann əhəmiyyətli dərəcədə vergi güzəştləri ilə təmin etməklə, vençur
işgüzarlığının inkişafına bir daha şərait yaratmağa, həmin firmalann məhsullarına və
qiymətli kağızlannı yerləşdirməyə təminat verməklə həyata keçirirdi.
Son onillikdə Amerikanın müraciətlərində, tədqiqatlarında və kütləvi nəşrlərində
cəsur qüdrətli işgüzarın “antrelronorun” güclü surətdə təbliğ olunmasına başlandı.
Amerika həmişə bu ruhda olmamışdı. Hələ otuz il bundan əvvəl “antrelronor”
alçaldılmış, nüfuzdan salınmış söz kimi səslənirdi.
O vaxt ölkənin gücünü və
qüdrətini şirkətlərin menecerləri təmsil edirdi. Vaxt keçdikcə ictimai və şəxsi
dəyərlərin iye- arxiyasmda kommersiyaya meyl cəsarəti yenə də mühüm yer tutdu.
Şəxsi təşəbbüs və işgüzarlıq isə Amerika xalqının öz yüksək vəziyyətini bərpa etdi.
Müharibədən sonrakı döwdə vençur sahibkarlığınm inkişafı üç mərhələdən
keçmişdir. Birinci mərhələ 50-60-cı illəri əhatə edir. Bu vaxt müxtəlif növ elektron
texnikası istehsalı ilə ixtisaslaşmış çoxlu firmalar yaradılır, “Kseroks”, “Polyaroid”
və s. bu kimi nadir kəşflərdən istifadə olunurdu. İkinci mərhələ 1969-1978-ci illəri
əhatə edir.
Bu dövrün xüsusiyyəti, vençur işgüzarlığının maliyyə imkanlarmın
əhəmiyyətli dərəcədə azalmasından ibarətdir. Buna səbəb dövlətin vergiqoyma
siyasətinin vençur işgüzarlan üçün qənaətbəxş olmaması idi. Lalan buna
baxmayaraq, maliyyə yardımı olan vençurlann çoxu yeni məhsul buraxılması
vasitəsilə böyük iqtisadi müvəffəqiyyətlərə nail oldular. Bu dövrdə yaranan “İntal”,
ilk super EHM yaradan “Kray risserc”, fərdi EHM yaradanların pioneri “EPL
kompüter” və s.-ni göstərmək olar. ABŞ- da vençur sahibkarlığının
üçüncü
mərhələsi 1978-ci ildən sonra başlayır ki, bu da dövlətin kiçik elmi firmalarında
vergiqoyma siyasətində apardığı dəyişikliklə izah edilir. Hazırkı vaxtda
iqtisadiyyatda yaranmış ümumi böhrana baxmayaraq, vençur işgüzarlığı sürətlə və
müvəffəqiyyətlə inkişaf edir. 1979-cu ildən 1982-ci ilə qədər vençurlar tərəfindən
kənar (cəlb edilmiş) mənbələrdən maliyyələşdirmə hesabına kapiğal qoyuluşunun
həcmi 5 dəfədən çox, yəni 319 mln.-dan 1700 mln. dollara qədər artmışdır.
“Qisledayn”, “Microsoft”, “Amerikan mikrosistemz”, “Deyta general”, “Krey
riserç”, “EPL kompüter” və s. tərəfindən təşkil olunmuş elmi şirkətlərdə istehsalın
texnila cəhətdən yeniləşdirilməsino diqqət yetirilir. 1984-cü ildə kiçik elmi firmalara
qoyulan uzunmüddətli investisiyanın həcmi 11,5 mln.dollar olmuşdur.
Vençur işgüzarlığının cəlbedici üstünlükləri nədən ibarətdir?
Bu suala cavab
vermək üçün onun tərkibinin (komponentbrinin) təşkili və yaradılması prinsiplərini
başa düşmək lazımdır.
Vençur kiçik innovasiya firmasıdır. Məsuliyyət formasına və təşkilati-hüquqi
vəziyyətinə görə, vençur-korporasiya partnyor (yoldaşlıq), yaxud vahid şirkət
şəklində çıxış edə bilər. Korporasiya - kapitalı
şirkətin səhm sahiblərinin
mülkiyyətində olan səhmdar firmasıdır.
Dostları ilə paylaş: