Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə20/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   16   17   18   19   20   21   22   23   ...   115
C fakepathmuhazire esas (1)

 
Tam ortaqlığın iştirakçıları nizamnaməyə müvafiq surətdə ortaqlıq adından 
sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub 
əmlakla məsuliyyət daşıyırlar. Bu formada əmlakın formalaşma mənbələri əsas 
etibarı ilə iştirakçıların paylarından ibarət olur. 

Şəxs 
yalnız 
bir 
tam 
ortaqlığın 
iştirakçısı 
ola 
bilər. 
Tam ortaqlığın firma adına onun bütün iştirakçılarının adları və “tam ortaqlıq” sözləri 
daxil edilməli və ya “və ortaqları” sözləri əlavə edilməklə bir və ya bir neçə 
iştirakçının adı daxil edilməlidir. Tam ortaqlığın mənfəəti və zərəri, əgər 
nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qaydada nəzərdə 
tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına 
mütənasib surətdə bölüşdürülür. Tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri 
üzrə özlərinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 

 
Kommandit ortaqlığında ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata 
keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları 
(tam ortaqları) ilə yanaşı, ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları 
mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində 
iştirak etməyən bir və ya bir neçə iştirakçısı - maya qoyanı (kommanditçi) vardır. 

Kommandit ortaqlığın firma adında ən az bir tam ortağın adı və “kommandit 
ortaqlığı” sözləri əlavə edilməlidir. Kommanditçinin maya qoyması ona ortaqlıq 
tərəfindən verilən şəhadətnamə ilə təsdiqlənir. Kommanditçinin ortaqlığın 
mənfəətinin onun şərikli kapitaldakı payına düşən hissəsini nizamnamədə nəzərdə 
tutulan qaydada almaq, ortaqlığın illik hesabatları ilə tanış olmaq, maliyyə ili 
qurtardıqda ortaqlıqdan çıxmaq və nizamnamədə nəzərdə tutulan qaydada öz 
mayasını almaq və ya digər maya qoyana və ya üçüncü şəxsə vermək hüququ vardır. 



Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə 
ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli 
Cəmiyyət adlanır. Cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır 
və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində 
risk daşıyırlar. MMC-nin iştirakçılarının sayı qanunvericiliklə müəyyənləşdirilmiş 
həddi keçməməlidir. Əks halda o, bir il ərzində Səhmdar Cəmiyyətinə çevrilməli, bu 
müddət bitdikdən sonra isə əgər onun iştirakçılarının sayı azaldılıb qanunla 
müəyyənləşdirilmiş həddə endirilməzsə məhkəmə qaydasında ləğv edilməlidir. 
MMC-də ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Cari rəhbərliyi isə icra 
orqanı həyata keçirir. 

Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət Səhmdar 
Cəmiyyəti adlanır. Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və onların 
əksəriyyətinin razılığı ilə satılan cəmiyyət Qapalı Tipli Səhmdar Cəmiyyəti adlanır. 
Səhmləri təsisçilərlə yanaşı kənar şəxslərə satıla bilən cəmiyyət Açıq 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin