göstərən qiymətli kağtzlar bazan nəzərdə
tutulur. Bunlar da ilk növbədə kapitalın mobilliyyinin yüksəldilməsinə və aktivlərin
real dəyərinin müəyyənləşdirilməsinə xidmət edir. Fond birjalarının
formalaşma
prinsipi tələb və təkliflərin operativ tənzimlənməsinə əsaslanır.
ABŞ-ın təsərrüfat həyatında fond birjaları böyük əhəmiyyətə malikdir. Burada
əmanətlərin əsas sahibləri ayrı-ayrı şəxslərdir. Onlar 1989-cu ildə 482 mlrd, dollar
vəsait yığmış və eyni zamanda 284 mlrd, dollar borc vermişdir. Bu iki məbləğ
arasındakı fərq (198 mlrd, dollar) maliyyə aktivini təşkil edir. Onun da böyük bir
hissəsi dövlət tərəfindən milli borcu ödəmək üçün buraxılan qiymətli kağızların
alınmasına sərf edilib. Xalis əmtəələrin məbləği xarici investisiyaların hesabına
artmışdır. Onların müsbət saldosu 68 mlrd, dollar təşkil edir.
Qiymətli kağızlar bazarının məzmunu onun əsas funksiyasına nəzər yetirdikdə
aydınlaşır.
Bu funksiyalara aşağıdakılar daxildir:
-
müəssisənin və əhalinin azad maliyyə vəsaitinin toplanması:
-
iqtisadiyyatın investisiyalaşması;
-
qiymətli kağızların tədavülünün kəsilməzliyinin təmin olunması.
Keçid dövriində qiymətli kağızlar bazarının özünəməxsus xüsusiyyətləri var.
İstehlak bazarında səhmlərin satılmasında çətinliklər meydana çıxır. Belə çətinliklər,
əhalidə investisiyalışdırma ənənəsinin olması üzündən daha da dərinləşəcək. Keçid
dövründə qiymətli kağızlar bazarının prinsipial xüsusiyyətlərindən biri də əhalinin
qiymətli kağızların alınmasına cəlb edilməsidir. Maliyyə institutlarının yaradılması
ilə əlaqədar olaraq bu proses daha da sürətlənmişdir.
Keçid dövründə qiymətli
kağızlar bazarı bir çox çətinliklərlə qarşı- laşmışdır. Bunlardan biri də manatın
valyutaya çevrilməsi problemidir.
Maliyyə bazarının yaradılması zamanı dövlətin sosial-iqtisadi inkişafın
sabitliyini təmin etməsi prinsipial xarakter daşıyır. Dövlətin maliyyə bazarının
tənzimlənməsi (xüsusilə, kredit vəsaitləri bazarının) əsasən respublikanın
qanunvericilik aktları ilə həyata keçirilir
Bütün inkişaf mərhələsində dövlət qiymətli kağızlar bazarının tənzimlənməsinə
vacib bir obyekt kimi baxmışdır. Dövlətin maliyyə siyasətinin
təsiri nəticəsində
bazar iqtisadiyyatın seqmentlərindən asılı olacaqdır. Qiymətli kağızları
hazırlayarkən, fəaliyyət göstərən bazar mexanizminə mənfi təsir göstərən subyektiv
amillərlə yanaşı, obyektiv çətinlikləri də aid etmək olar. Belə
bir şəraitdə, dövlət
orqanlarından bazar münasibətlərinin tənzimlənməsi və formalaşması üçün səmərəli
və dəqiq fəaliyyət tələb olunur.
Dövlət tənzimlənməsi, qiymətli kağızlar bazarının fəaliyyət göstərməsi üçün əsas
elementin işlənib hazırlanmasını nəzərə alır, investorların hüquqlarının təmin
olunmasına zəmanət verir. Göründüyü kimi, dövlət,qiymətli kağızların dayağı kimi
çıxış edir. Dövlət, qiymətli kağızlar bazarına, vergi siyasəti ilə də təsir edir.
Dünyanın bir çox ölkələri öz
təcrübəsində sübut etmişlər ki, qiymətli kağızlar
əməliyyatına düzgün vergi sistemi qoyulduqda, investisiya formasının inkişafını
daha da genişləndirmək olar.
Dostları ilə paylaş: