Belə ki,təsərrüfat əlaqələri pozulmuş, maddi-texniki təchizat sistemi zəifləmiş,
məhsul satışı kəskin surətdə aşağı düşmüş, müəssisənin
maliyyə vəziyyəti
pisləşmişdir.
Bazar iqtisadiyyatına keçidin ilkin dövrlərində kommersiya sahibkarlığı daha
geniş inkişaf etmişdir. Kommersiya sahibkarlığı alqı-satqı əməliyyatını xarakterizə
edir. Sahibkarlığm bu növündə fəaliyyətin nəticəsi daha tez əldə edilir. Bu
sfera son
zamanlar fərdi və xüsusi sahibkarlığın inkişafı ilə əlaqədar genişlənmişdir. Burada
daha çox təşəbbüskar insanlar fəaliyyət göstərirlər. Əgər istehsal sahibkarlığında
müəssisənin rentabelliyi 10-12 % həcmindədirsə, kommersiya firmalarında bu
göstərici 20-30 % və daha çoxdur.
İstehsal sahibkarlığının mahiyyəti.
Sahibkarlıq fəaliyyətinin növləri bir-biri ilə
qarşılıqlı
əlaqədə olub, bir-birini tamamlayır. Sahibkarlıq
fəaliyyətinin növləri
içərisində istehsal sahibkarlığı ən prioritet sahələrdən olub daha çox mürəkkəbliyi
ilə xarakterizə olunur.
İstehsal amilləri.
Məlum olduğu, kimi iqtisadiyyatda istehsal amillərinə istehsal
fondlan, işçi qüvvəsi və informasiya xidməti daxildir. İstehsal fondlan da öz
növbəsində əsas və dövriyyə fondlanna bölünür.
Dostları ilə paylaş: