Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Sahibkarlığın subyektləri aşağıdakılardır



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə6/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   2   3   4   5   6   7   8   9   ...   115
C fakepathmuhazire esas (1)

Sahibkarlığın subyektləri aşağıdakılardır: 

fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı; 

mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər

hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs; 

xarici hüquqi şəxslər.


Sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə
verilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın 
bütün formaları bərabər hüquqa malikdirlər. Sahibkarlıq fəaliyyətinin 
məhdudlaşdınimasına aşağıdakı hallarda, yəni qanunçuluğun gözlənilməsi, ölkənin 
və vətəndaşların təhlükəsizliyi və müdafiəsi, vergi, qiymət və antiinhisar 
tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya, sanitariya, yanğından 
qorunma və arxitektura normalarının gözlənilməsi və tarixi abidələrin mühafizəsi 
üzrə yol verilir. 
Bundan başqa, sahibkar hüquqi şəxslərə aid olan digər hüquqlardan da istifadə 
edə bilər. 

qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün 
vəzifələri yerinə yetirmək; 

işçinin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən 
olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək; 

qanunvericilikdə müəyyən edilmiş vergiləri, dövlət sığorta, sosial müdafiə və 
digər fondlara ayırmaları ödəmək; 

qüvvədə olan normativ aktları rəhbər tutaraq ekoloji təhlükəsizliyin, əməyin 
mühafizəsinin, təhlükəsizlik texnikasının, istehsal gigiyenasının və sanitariyasının 
təmin edilməsi, arxitektura abidələrinin və digər tarixi abidələrin mühafizəsi 
sahəsində tədbirlər görmək; 

işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə uyğun əmək şəraiti 
yaratmaq; 

antiinhisar qanunvericiliyinə riayət etmək, haqsız rəqabət metodlarından 
istifadə olunmasına yol verməmək

öz fəaliyyəti haqqında dövlət, statistika əjə maliyyə orqanlarına müəyyən 
edilmiş formada hesabatlar vermək. 


Dövlət sahibkarlığın inkişafına hərtərəfli kömək göstərir. Bu məqsədlə də 
sahibkarlıq fəaliyyətinin öncül istiqamətləri və buna müvafiq olaraq güzəştlər 
sistemi müəyyənləşdirilir. Güzəştlərdə əsasən aşağıdakılar nəzərdə tutulur: 
informasiya, məsləhət, elm və tədris mərkəzlərinin, maliyyə fondlannm yaradılması, 
vergi ödənişləri, bank krediti, faizlər, amortizasiya ayırmalan üzrə güzəştli 
dərəcələrin tətbiq edilməsi və s. 
Mülkiyyət və təşkilat-hüquqi formalarından asılı olmayaraq sahibkarın 
hüquqları dövlət tərəfindən müdafiə olunur. Bu hüquqları pozan dövlət orqanlarının 
və ya digər orqanların, yaxud onların vəzifəli şəxslərinin, habelə sahibkar barəsində 
qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin həmin orqanlar və ya vəzifəli şəxslər 
tərəfindən yarıtmaz yerinə yetirilməsi nəticəsində sahibkara dəyən zərərin, o 
cümlədən əldən çıxan gəlirlərin əvəzini mülki qanunvericilikdə nəzərdə tutulmuş 
qaydada həmin orqanlar və vəzifəli şəxslər ödəyirlər. Sahibkarın əmlakı 
qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacları üçün alınarsa, ona müvafiq 
kompensasiya verilir. Sahibkarlıq fəaliyyəti dövlət tərəfindən müdafiə olunmaqla 
yanaşı, sahibkar qanunvericiliyin tələblərinə əməl elmədiyi, öz öhdəliklərini icra 
etmədiyi hallarda qanunvericiliyə uyğun olaraq mülki-hüquqi, inzibati və cinayət 
məsuliyyəti daşıyır. 
İqtisadi ədəbiyyatda sahibkarlıq fəaliyyətinin çox müxtəlif növləri araşdırılır. Bu 
müxtəlifliyin bir-biri ilə qarışdıniması üçün istər elmi- nəzəri və istərsə də praktik 
baxımdan sahibkarlıq fəaliyyəti müxtəlif əlamətlər üzrə təsnifləşdirilir. Bu 
əlamətlərdən konkret olaraq bir neçələri üzərində dayanaq: 

fəaliyyət növünə görə (iqtisadiyyatda hansı sahələr üzrə fəaliyyət yöstərir); 

mülkiyyətin formasına görə; 

mülkiyyətçilərin sayına görə; 

təşkilat-hüquqi və təşkilat-iqtisadi formalarına görə; 

muzdlu əməkdən (işçi qüvvəsindən) istifadə dərəcəsinə görə və s. 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin