Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


XIX əsrin 90-cı illərində Rusiyada sahibkarlığın sənaye bazası



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə3/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   2   3   4   5   6   7   8   9   ...   115
C fakepathmuhazire esas (1)

XIX əsrin 90-cı illərində Rusiyada sahibkarlığın sənaye bazası 
yaranmağa başladı. 
XX əsrin əvvəllərində sahibkarlığın yerli təzahürləri 
yaranmaqla sahibkar mülkiyyətçi kimi formalaşmağa başladı. Bu prosesə ilk 
növbədə xarici kapitalın və dövlətin başlıca təsiri oldu. 


Bazar münasibətlərinin gələcək inkişafı sahibkarlıq üçün əlverişli sosial-iqtisadi 
şərait yaratmağı nəzərdə tutur. Sahibkar və sahibkarlıq dedikdə burada nə nəzərdə 
tutulur və bu anlayışın mahiyyəti nədən ibarətdir? 
Bu anlayış iqtisad elminə ilk 
dəfə XVII əsrin sonu XVlIl əsrin əvvəllərində ingilis iqtisadçısı Riçard 
Kantilyon tərəfindən gətirilmişdir. 
O, “ticarətin təbiəti haqqında təcrübə” əsərində 
belə bir ideya irəli sürmüşdür ki, sahibkar risklər şəraitində fəaliyyət göstərən 
insandır. R. Kantilyon torpağı və əməyi iqtisadi sərvətin mənbəyi hesab edir və 
maddi nemətlərin dəyərini bu amillərdə axtarır. 
XVIII əsrin sonu XX əsrin 
əvvəllərində məşhur fransız iqtisadçısı J. Sey “Siyasi iqtisadın traktatları” adlı 
əsərində sahibkarlıq fəaliyyətini, istehsalın üç amili - torpaq, kapital, əməyin 
birləşdirilməsi ilə xarakterizə edirdi. 
O, öz əsərində həm də ingilis sahibkarlarının 
istedadını və İngiltərədə sənayenin müvəffəqiyyətli inkişafını da əsas amillərdən biri 
kimi qeyd edir. Əsərdə əsas tezis kimi sahibkarlığın məhsul istehsalında fəal rolu 
göstərilir, J. Seyin mülahizələrinə görə, sahibkarın gəliri onun əməyinə, təşkilatçılıq 
qabiliyyətinə görə əldə etdiyi qazancdır. Onun fikrincə, sahibkar - bu və ya digər 
məhsul istehsal etmək üçün öz • kapitalı və təşəbbüskarlıq qabiliyyətilə riskə gedən 
şəxsdir. 
Lakin təəssüflə qeyd etmək lazımdır ki, iqtisad elminin klassiklərini bu problem 
o qədər də dərindən maraqlandırmamışdır. Ona görə də sahibkarlıq fəaliyyəti elmi 
təhlilin, demək olar ki, predmetinə çevrilməmişdir. İngilis iqtisadçı alimləri A. Smit 
və D. Rikardo iqtisadiyyata özünü tənzimləyən mexanizm kimi baxmışlır. Lakin bu 
mezanizmdə yaradıcı sahibkarlığa əhəmiyyətli yer verilməmişdir. Bununla yanaşı 
A. Smit sahibkarlıq fəaliyyətinin dəqiq xarakteristikasını verməyə cəhd etmişdir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin