Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Növünə və ya təyinat istiqamətlərinə görə saibkarlıq fəaliyyəti



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə7/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   2   3   4   5   6   7   8   9   10   ...   115
C fakepathmuhazire esas (1)

Növünə və ya təyinat istiqamətlərinə görə saibkarlıq fəaliyyəti 
- istehsal, 
kommersiya, maliyyə, məsləhət və s. sahələr üzrə fərqləndirilir. 
Mülkiyyətin formasına görə müəssisənin əmlakı 
xüsusi, dövlət, bələdiyyə və 
həmçinin ictimai birliklərin mülkiyyəti də ola bilər. Bu baxımdan dövlət mülkiyyət 
hüququnun reallaşdırılması ilə bağlı müəssisənin əmlakının bu və ya digər mülkiyyət 
formasında olmasına heç bir məhdudiyyət qoya bilməz. 
Mülkiyyətçilərin sayına görə sahibkarlıq fəaliyyəti 
fərdi və kollektiv xarakter
daşıya bilər. Fərdi sahibkarlıqda mülkiyyət yalnız bir fiziki şəxsə məxsus olur. 
Kollektiv sahibkarlıqda isə mülkiyyət eyni zamanda bir neçə subyektə məxsus olur. 
Əmlaka sahiblik, istifadə və sərəncam vermə hüququ yalnız kollektiv üzvlərinin və 
bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilə bilər. 
Təşkilat-hüquqi və təşkilat-iqtisadi formalarına görə 
də sahibkarlıq fəaliyyəti 
fərqləndirilir. Təşkilat-hüquqi formalarına şərikli olanları, cəmiyyət və 
kooperativləri aid etmək olar. Şərikli Sahibkarlığın (birliklər) sahibkarlıq 
fəaliyyətinin həyata keçirilməsi üçün yaradılmış şəxslərin birliyini özündə əks 
etdirir. Şərikli birliklər o halda yaradılır ki, müəssisə təşkil edilərkən iki və daha çox 
partnyorun (ortağın) iştirakı qəbul edilsin. Şərikli birliklərin əsas üstünlüyü ondan 
ibarətdir ki, bu zaman əlavə kapitalın cəlb edilməsi mümkün olsun. Bununla yanaşı, 
bir neçə əmanətçinin (sahibkarın) olması müəssisədaxili ixtisaslaşmanı həyata 
keçirməyə imkan verir. Sahibkarlıq fəaliyyətinin bu təşkilat-hüquqi formasının əsas 
çatışmamazlığı qoyulan əmanətin həcmindən asılı olmayaraq iştirakçılarından hər 
birinin eyni dərəcədə maddi məsuliyyət daşımasıdır. 
 
Şərikli birliklərin iştirakçıları iki qrupa bölünür: 
tam şərikli (qeyri-məhdud 
səlahiyyətli) birliklər və kommandit şərikli birliklər (məhdud səlahiyyətli). 
Kommandit şərikli birliklərdə iştirakçıların bir hissəsi qeyri-məhdud, digər hissəsi isə 
məhdud səlahiyyətli ola bilər. Cəmiyyət təsərrüfat fəaliyyətini həyata keçirmək 
məqsədilə hüquqi şəxs olmaqla ikidən çox vətəndaşın qarşılıqlı razılaşma əsasında öz 
əmanətlərinin birləşdirməsi (natural və dəyər ifadəsində) yolu ilə yaradılır.


Cəmiyyət üzvlərinin məhdud məsuliyyəti müəyyən öhdəliklərin yerinə 
yetirilməsinə imkan vermir. Onlar yalnız qoyulmuş əmanətlərin dəyəri çərçivəsində 
məsuliyyət daşıyırlar. Cəmiyyətlərin ən geniş yayılmış növlərindən biri kimi 
səhmdar cəmiyyətləri fərqləndirilir. Başqa təşkilat-hüquqi formalardan fərqli olaraq 
səhmdar cəmiyyətləri qiymətli kağızlar buraxmaq yolu ilə zəruri vəsaitlər cəlb etmək 
hüququna malikdir. Odur ki, səhmdar cəmiy 
Sahibkarlıq fəaliyyətinin iştirakçılan qoyduqları səhmlərin dəyəri çərçivəsində 
onun fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşıyırlar. Birgə istehsal və 
təsərrüfat fəaliyyəti üçün bir qrup şəxslərin yaratdığı müəssisə kooperativ adlanır. 
Kooperativin üzvləri onun fəaliyyətində şəxsi əməyi və həmçinin üzvlük haqları ilə 
iştirak edirlər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin