yaranan sahibkarlar birliyidir.
Kartel -
istehsal edilən məhsulun və göstərilən xidmətlərin qiymətləri, bazarda
satışının həcmi ilə bağlı sahibkarlar arasında bağlanan razılaşmadır. Sahibkarlığın
ən yeni təşkilat-iqtisadi formalarından biri maliyyə- sənaye qruplarıdır. Maliyyə-
sənaye qrupları özlərində sənaye, bank, sığorta və ticarət kapitallarının birliyini əks
etdirir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə
kommersiya müəssisələrinin
formalarına xüsusi sahibkarlıq formalarını, partnyorları və korporasiyaları
göstərmək olar. Ümumiyyətlə, iqtisadi ədəbiyyatda firma dedikdə təsərrüfat
müstəqilliyinə malik olub istehsal və digər fəaliyyət növünü həyata keçirən
iqtisadi
subyekt başa düşülür. Xüsusi sahibkarlıq firmalarında sahibkar müəssisədə öz xüsusi
maraq və mənafelərini müstəqil olaraq müəyyən edir. Bu zaman sahibkar firmanı
idarə edir, mənfəət və gəlirdən istifadə ilə bağlı sərəncam verir, təsərrüfat
müstəqilliyinə malik olur. Firmanın
sahibi muzdlu işçi götürmək, işçiləri işdən azad
etmək və müqavilələr bağlamaq hüququna malikdir. Xüsusi sahibkarlıq formasının
üstünlüyü onun təşkilati idarəetmə fəaliyyətində sərbəst olması və kifayət qədər
güclü iqtisadi motivləşməyə malik olmasıdır.
Sahibkarlığın əsas çatışmamazlığı maliyyə və maddi resursların məhdudluğu,
istehsalın daxili ixtisaslaşmasının inkişaf etmiş sisteminin olmaması və məsuliyyətin
qeyri-məhdud xarakter daşımasıdır.
Dostları ilə paylaş: