Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə9/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   5   6   7   8   9   10   11   12   ...   115
C fakepathmuhazire esas (1)

 
Partnyorluq 
- bu cür müəssisə və firmalar bir neçə şəxs tərəfindən yaradılır, 
birgə sahibkarlıq xarakteri daşıyır və birgə də idarə olunur. Partnyorluğu xarakterizə 
edən ən mühüm cəhətlərdən biri bütün iştirakçıların bərabər hüquqlara malik 
olmasıdır. Lakin bu birliyə məhdud səlahiyyətli iştirakçı daxil olarsa, firmanın 
fəaliyyətinə tam məsuliyyət daşıyan əsas iştirakçı ilə yanaşı o da qoyduğu əmanətin 
dəyəri qədər məsuliyyət daşıyır. Partnyorluq əsasında fəaliyyət göstərən müəssisələrdə 
maliyyə məsələlərini həll etmək digər müəssisələrlə müqayisədə daha asan olur. 
Burada xüsusi sahibkarlıq firmaları ilə müqayisədə əmək bölgüsü və istehsalın 
ixtisaslaşdırılması faktorundan istifadə olunur.


Partnyorluq əsasında fəaliyyət göstərən müəssisələrin əsas çatışmamazlığı 
onunla izah edilir ki, burada funksiyaların bölgüsü və mənafelərin birləşdirilməsi 
çətin olur. Bu zaman yaranan ziddiyyətlər və ya bir neçə iştirakçının ümumi işi tərk 
etməsi nəticəsində partnyorluq əsasında fəaliyyət göstərən müəssisənin potensial 
dağılma təhlükəsi yaranır. Korporasiya dedikdə elə müəssisə və firmaların birliyi 
başa düşülür ki, onlar hüquqi şəxs olub hər bir mülkiyyətçinin məsuliyyəti 
müəssisəyə qoyduğu əmanətin həcmi ilə məhdudlaşır. 
Korporasiya 
- payçılıq əsasında fəaliyyət göstərən cəmiyyətdir. Cəmiyyətin 
səhmlərini alan ayrı-ayrı şəxslər belə korporasiyanın sahibi, mülkiyyətçisi ola bilər. 
Bir sözlə korporasiyanın yaradılması zamanı çoxlu sayda iştirakçıların, istər fiziki 
və istərsə də hüquqi şəxslərin maliyyə vəsaitləri cəmləşir. Səhm sahibləri dividend 
formasında gəlir əldə edirlər. Onlar yalnız səhmi əldə edərkən sərf etdikləri maliyyə 
vəsaiti qədər risk etmiş olurlar. Korporasiya onun sahibləri olan səhmdarlardan asılı 
olmayaraq fəaliyyət göstərir. Bu isə korporasiyaya nisbətən stabil fəaliyyət 
göstərməyə imkan verir. Korporasiyanın fəaliyyətinin əsas çatışmayan cəhətlərindən 
biri ilk növbədə burada mövcud imkanlardan sui-istifkdə edilməsidir. Bundan əlavə 
korporasiyaya daxil olan xırda və orta həcmli əmanət sahibləri korporasiyanın 
fəaliyyətinə həqiqi nəzarəti həyata keçirə bilmirlər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin