edir. K. Marksın iqtisadi nəzəriyyəsinin əsasını isə tamamilə alternativ baxış təşkil
edir. Belə ki, o, sahibkarlıq fəaliyyətinə kapitalizmdən doğan istimarçı
alət kimi
baxırdı.
XIX-XX əsrlərdə dünya iqtisadiyyatında sahibkarlıq fəaliyyətinin rolu və
əhəmiyyəti getdikcə daha dərindən dərk edilməyə başlandı. Fransız iqtisadçısı Andre
Marşall ilk dəfə olaraq istehsalın yuxarıda göstərilən üç klassik faktoruna (torpaq,
kapital, əmək) dördüncü faktoru da - təşkilatçılıq qabiliyyətini də əlavə etdi.
Amerikan iqtisadçısı C. Klark, J. Seyin üçvalentli formulunda müəyyən
dəyişikliklər etdi. Onun fikrincə, istehsal prosesində dörd faktor iştirak edir. Bunlar
aşağıdakılardır:
1. Kapital;
2. İstehsal vasitələri və torpaq;
3. Sahibkarlıq
fəaliyyəti;
4. İşçi qüvvəsi.
Bu faktorların hər biri istehsaldan əldə edilən gəlirdə özünəməxsus xüsusi çəki
təşkil edir. Belə ki, kapital kapitalistə faiz; istehsal
vasitələri və torpaq - renta;
sahibkarlıq fəaliyyəti - mənfəət gətirir; işçi qüvvəsi isə əmək haqqı ilə təmin edilir.
Məşhur Amerika iqtisadçısı İozef Şumpcter “İqtisadi inkişafın nəzəriyyəsi” adlı
kitabında sahibkarlıq fəaliyyətini kapitalist iqtisadiyyatında iqtisadi artımın təmin
edilməsində başlıca hərəkətverici qüvvə hesab etmişdir. Bu problemə ingilis
iqtisadçısı, 1974-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatı almış F. Xayek yenidən
qayıtmış və onun fikrincə, sahibkarlığın mahiyyəti
heç də bu qeyd edilənlərlə
məhdudlaşmır. O, sahibkarlığı heç də bu və ya digər fəaliyyət növü kimi deyil,
əksinə, yeni iqtisadi imkanların axtarılması və öyrənilməsi kimi xarakterizə edirdi.
Sahibkarlığı xarakterizə edərkən onu daha çox idarəetmə fəaliyyətilə
əlaqələndirirlər.
Bununla yanaşı, sahibkarlığı bəzən menecerlə də eyniləşdirirlər. Sahibkarlığın
hər iki fəaliyyət növü müxtəlif funksiyaları həyata keçirir. Sahibkarlıq geniş mənada
idarəetmə fəaliyyəti, menecment isə səmərəli idarəetmə
olub onun gündəlik
fəaliyyətini təşkil edir. Onlardan biri mülkiyyətçi, digəri isə idarə edən olsa da,
“sahibkar” və “menecer” anlayışları çox hallarda eyni mahiyyət kəsb edir. Bir çox
hallarda mülkiyyətçilər menecer funksiyalarını da yerinə yetirirlər. Lakin təsadüfi
hallarda menecerlər istehsal vasitələrinin mülkiyyətçiləri olurlar. Sahibkarlıq
dedikdə elə fəaliyyət növü başa düşülür ki, bu zaman xüsusi şəxslər, müəssisə və
təşkilatlar məhsul istehsal etmək, xidmətlər göstərilməklə sərfəli şərtlərlə qarşılıqlı
məhsul mübadilələri həyata keçirirlər.
Bəzi iqtisadçılar “sahibkarlıq fəaliyyəti” və “sahibkar” terminlərini müxtəlif
aspektlərdən şərh edirlər.
-Riçard Kantilyon: sahibkar - risk şəraitində fəaliyyət göstərən insandır;
-
Bodo: sahibkar - müəssisədə istehsalı təşkil edən, onu planlaşdıran, nəzarət
edən və bunun üçün məsuliyyət daşıyan şəxsdir;
-
Frensis Uoker: sahibkar dedikdə - öz təşkilatçılıq qabiliyyəti ilə mənfəət və
faiz
əldə edən şəxs nəzərdə tutulur;
-
Dostları ilə paylaş: