Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Qərb ölkələrində Cənub-şərqi Asiya ölkələrindəki «iqtisadi möcüzə»dən çox



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə62/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   58   59   60   61   62   63   64   65   ...   115
C fakepathmuhazire esas (1)

 
Qərb ölkələrində Cənub-şərqi Asiya ölkələrindəki «iqtisadi möcüzə»dən çox 
danışılır. Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində bu ölkələrdə dövlət fəal 
sosial siyasət yeritməmişdir. Lakin buna baxmayaraq bu ölkələr çox qısa bir 
müddətdə heyrətamiz müsbət iqtisadi göstəricilərə nail olmuşlar. 
Müasir dövrdə mütəxəssislər Cənub-Şərqi Asiya ölkələrinin təcrübəsini əsas 
götürərək belə hesab edirlər ki, dövlət sosial sferanın inkişaf etdirilməsi üçün 
məsuliyyəti öz üzərinə götürməməlidir. O, sosial xərcləri ixtisar etməli və bunun 
nəticəsində sərbəstləşən vəsaiti iqtisadi fəallığın stimullaşdırılmasına yönəltməlidir. 
Başqa sözlə, dövlət siyasətinin əsas məqsədi iqtisadi artımın təmin edilməsi 
olmalıdır. Çünki iqtisadi artıma nail olunduqda sosial problemlər haqqında 


fikirləşmək və onları həll etmək olar. 
Dövlətin iqtisadi rolunun təkamülü hər şeydən əvvəl maddi istehsalda baş verən 
dəyişikliklərlə izah olunur. Bunların içərisində isə istehsalın həcminin artması və 
iqtisadi əlaqələrin mürəkkəbləşməsi ilə yanaşı, müasir istehsalın inkişafında şəxsi 
amilin rolunun güclənməsi də çox mühüm rol oynamışdır. Bu dəyişikliklər 
makroiqtisadi tarazlığın təmin edilməsinə və sosial vəzifələrin həll olunmasına 
dövlətin müdaxiləsini tələb edirdi. 
Maddi istehsaldakı dəyişikliklər, iqtisadi əlaqələrin mürəkkəbləşməsi, dövlətin 
iqtisadiyyata müdaxiləsi kimi səbəb-nəticə əlaqələri həqiqətən onun iqtisadi 
funksiyalarının təkamülünün yuxarıda nəzərdən keçirilən bütün mərhələlərində özünü 
biruzə vermişdir. 
XX əsrin 80-90-cı illərində iqtisadi əlaqələrin sadələşdiyini təsəvvür etmək 
düzgün olmazdı. Əksinə, qarşılıqlı iqtisadi əlaqələr hazırda 30-40 il bundan əvvəlkinə 
nisbətən daha da mürəkkəbləşmişdir. Belə ki, dövlətin fəal pul-kredit, büdcə-vergi və 
investisiya siyasəti olmadan ictimai istehsalın sabitliyinin təmin edilməsi qeyri 
mümkündür. Müasir istehsala yalnız dar ixtisasa malik olan işçilər lazım deyildir. 
Bununla yanaşı, müasir istehsalda çalışan işçi həm də daim dəyişən şəraitdən sərbəst 
surətdə baş çıxarmağı, müstəqil qərarlar qəbul etməyi bacarmalı, geniş 
dünyagörüşünə malik olmalıdır. Bununla birlikdə, həm də iqtisadiyyata dövlətin 
müdaxiləsinin azaldılması ilə əlaqədar çağırışlar edilir. Lakin qeyd etmək lazımdır ki, 
iqtisadi və sosial proseslərə dövlətin müdaxiləsinin azaldılması və onun yerinə 
yetirdiyi funksiyaların bir qisminin digər iqtisadi subyektlərə verilməsinə cəhd 
göstərilməsinin maddi istehsal sistemində baş verən dəyişikliklərlə əlaqələndirilməsi 
düzgün deyildir. Əksinə, bu dəyişikliklər iqtisadiyyatın dövlət tərəfindən 
tənzimlənməsinin daha da gücləndirilməsinin zəruri olduğunu deməyə əsas verir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin