makroiqtisadi tarazlığın tənzimlənməsi üçün büdcə-vergi siyasəti ilə yanaşı, həm də
kapital qoyuluşlarının stimullaşdırılması və sosial problemlərin həllinə yönəldilən
pul-kredit siyasətindən də fəal istifadə etmişdir.
Dövlətin funksiyalarının genişlənməsində üçüncü mərhələ ikinci dünya
müharibəsindən sonra başlamış və əllinci illərin ortalarına qədər davam etmişdir. Bu
mərhələ, əvvəlki mərhələdən
onunla fərqlənmişdir ki, həmin vaxtadək yeri-dilən
siyasətə iqtisadi artım sürətinin stimullaşdırılması ilə əlaqədar tədbirlər sistemi əlavə
edilmişdir. Bu dövrdə dövlət, sənayenin ən mühüm sahələrinin inkişaf
etdirilməsində, istehsal və sosial infrastrukturun yaradılmasında
daha fəal iştirak
etməyə başlamışdır. Bu mərhələdə «kapitalizmin qızıl əsri» adlandırılan növbəti
mərhələnin başlanması üçün zəruri maddi zəmin yaradılmışdır.
XX əsrin 50-70-ci illərində yeridilən dövlət siyasəti aşağıdakı ilkin şərtlərə
əsaslanmışdır:
1. İqtisadiyyat xüsusi kapitalist deyil, qarışıq olmalıdır.
Dövlətin
iqtisadiyyata müdaxiləsinin zəruriliyi bazarın «nöqsanlı» olması, daha dəqiq desək,
onun resursları səmərəli bölüşdürmək iqtidarında olmaması ilə şərtlənir. Bu
nöqsanlara ictimai nemətlərin və təbii inhisarların, xarici təsirin mövcudluğu, bazar
haqqında informasiyaların kifayət qədər tam olmaması və s. aiddir;
2. Bazar öz-özünə sabit makroiqtisadi nəticələrə gətirib çıxarmaq iqtidarında
olmadığına görə məqsədyönlü makroiqtisadi siyasət yeridilməsi zəruridir;
3.
Bazar, öz-özlüyündə gəlirlərin bərabər bölüşdürülməsinə gətirib
çıxarmır. Ona
görə də dövlət, bir tərəfdən gəlirlərin bölüşdürülməsini tənzimləməli,
digər tərəfdən isə hər hansı bir səbəbdən gəlir mənbəyindən məhrum olan şəxsləri
müdafiə etməlidir. Dövlət, həm də təhsil və səhiyyə infrastrukturlarının inkişaf
etdirilməsi qayğısına qalmalıdır.
Bu dövrdə dövlətin başlıca məqsədi tam məşğulluğu, qiymətlərin sabitliyini və
tədiyyə balansının tarazlığını təmin etməkdən ibarət olmuşdur. Bu dövrdə dövlət
nəinki iqtisadi, həm də sosial münasibətlərin tənzimlənməsinə daha geniş müdaxilə
etmiş, Qərbi Avropanın bir çox ölkələrində ümumi rifah dövləti ideologiyası
(Welfare State - rifah dövləti) formalaşmışdır.
Keçən əsrin 50-60-cı illərində yeridilən dövlət siyasətinə təhsil, səhiyyə, mənzil
tikintisi üzrə dövlət sistemi yaradılması,
habelə sosial təminat, əmək haqqının
minimum məbləğini tənzimləmək yolu ilə əhalinin həyat səviyyəsinin daha da
yüksəldilməsi üçün proqramlar daxil edilmişdir. Bir qədər sonralar bu proqramlara
demoqrafiya və ekologiya, milli mədəniyyətin müdafiəsi və sairələrlə əlaqədar
proqramlar əlavə edilmişdir.
Dostları ilə paylaş: