Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


İkinci dünya müharibəsindən sonra bir çox siyasi partiyaların proqram



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə61/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   57   58   59   60   61   62   63   64   ...   115
C fakepathmuhazire esas (1)

İkinci dünya müharibəsindən sonra bir çox siyasi partiyaların proqram 
sənədlərində, habelə Qərbi Avropanın üç ölkəsinin konstitusiyasında–1949-cu 
ildə AFR-in Əsas Qanununda, 1958- ci ildə Fransanın, 1978-ci ildə isə İspaniyanın 
Konstitusiyalarında - «sosial dövlət» anlayışı öz əksini tapmışdır. 
Keçən əsrin 50-60 –cı illərində inkişaf etmiş ölkələrin çoxunda sosial dövlətin 
mümkünlüyü industral cəmiyyətdən postindustral cəmiyyətə keçid dövründə yalnız 
maddi istehsal sahələrində deyil, həm də birinci növbədə müasir istehsalda şəxsi 
(insan) amilin rolunun dəyişməsi ilə əlaqədardır. «Sosial dövlət» həm də ona görə 
mümkün olmuşdur ki, XX əsrin ortalarında cəmiyyətdə müxtəlif sosial qruplar 
arasında bir növ tarazlıq yaranmış, bu da onlara bu yolla öz mənafelərini müdafiə 
etmək imkanı vermişdir.
Ümumi rifah dövləti və «sosial dövlət» ideologiyasına uyğun olaraq belə 
hesab edilirdi ki, artıq sənayejə inkişaf etmiş ölkələrdə ümumi rifah təmin olunmuş 
və yeridilən sosial siyasət cəmiyyəti sabitləşdirməyə imkan vermiş, ziddiyyətlər 
aradan qaldırılmışdır və deməli, inkişaf etmiş ölkələrin ardınca yerdə qalan ölkələr 
də bu yolu keçməlidir. Lakin 1974-1975-ci illərdə növbəti dünya iqtisadi 
böhranının baş verməsi ilə əlaqədar olaraq bu mərhələ başa çatmış, dövlətin rolu 
haqqında yeni ideyalar meydana gəlmiş və bununla da hazırda davam edən yeni 
mərhələ başlanmışdır. 
 
Müasir mərhələnin başlıca xüsusiyyəti «sosial dövlət» siyasətindən 
«səmərəli dövlət» siyasətinə keçilməsidir. «Səmərəli dövlət» siyasəti öz ifadəsini 
aşağıdakı iki əsas müddəada tapmışdır: 
-Birincisi, dövlət, dövlət büdcəsinin kəsirli olmasına səbəb olan yersiz xərcləri 
azaltmaq məqsədilə yerinə yetirdiyi vəzifələrin dairəsini əhəmiyyətli dərəcədə 


məhdudlaşdırmalıdır; 
-İkincisi, pensiya təminatı, tibbi sığortalama, işsizliyə görə müavinətlər və 
digər sosial ödənişlər yalnız dövlət büdcəsi vəsaiti hesabına ödənilməməli, bu 
xərclər bütün subyektlər arasında bərabər bölünməlidir. 
Beləliklə, dövlət iqtisadi artımı təmin etməklə kifayətlənməməli, həm də bazar 
iqtisadiyyatının tərəfdaşı, köməkçisi olmalıdır. XX əsrin 80-90-cı illərində inkişaf 
etmiş kapitalist ölkələrinin əksəriyyətinin apardıqları siyasətin əsas məzmunu məhz 
bundan ibarət olmuşdur. 
Dövlətin rolunun bu istiqamətə yönəldilməsinin səbəbləri içərisində SSRİ-də 
və Şərqi Avropa ölkələrində inzibati- amirlik sisteminin dağılmasını, ümumi rifah 
dövlətinin maliyyə siyasətinin iflasını, dövlət büdcəsi kəsirinin ilbəil artmasını, 
habelə son dövrlərdə Cənub-Şərqi Asiya ölkələrində baş verən və bütün dünya üçün 
nümunə hesab olunan «iqtisadi möcüzəni» xüsusi qeyd etmək lazımdır. 
Qərb alimlərinin əksəriyyəti belə hesab edir ki, SSRİ- də və Şərqi Avropa 
ölkələrində inzibati- amirlik sisteminin iflası dövlətin sosial problemlərin həllinə 
həddindən çox vəsait ayırması, iqtisadi səmərəliliyin azalmasına, iqtisadiyyatda 
durğunluq hallarının inkişafına gətirib çıxarma hallarının bariz nümunəsidir. 
İnkişaf etmiş ölkələrdə isə sosial ödənişlərin həddindən çox artırılması sosial işçi 
ştatlarının, qeyri-məhsuldar xərclərin artmasına gətirib çıxarmışdır ki, bu da öz 
növbəsində dövlət büdcəsi kəsirinin çoxalmasına səbəb olmuşdur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin