q) müəyyən ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq üçün müraciət etmiş
ərizəçi, bu fəaliyyət növü ilə məşğul olmaq üçün mütəxəssislərin işə cəlb ediləcəyi
nəzərdə tutulan hallarda isə həmin mütəxəssislər müvafiq ixtisasa malik olmadıqda;
ğ) qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
5. Xüsusi razılığın (lisenziyanın) alınması üçün təqdim olunmuş sənədlərin qəbulu
əsassız gecikdirildikdə, xüsusi razılıq (lisenziya) bu maddədə müəyyən edilmiş
müddətdə verilmədikdə və ya sahibkar xüsusi razılığın (lisenziyanın) verilməsindən
imtinanı əsassız hesab etdikdə, o, müvafiq məhkəməyə müraciət etmək hüququna
malikdir.
Sahibkarın hüquqlarının pozulması faktını aşkar edən məhkəmə onun hüquqlarının
bərpası, müvafiq hallarda isə sahibkara xüsusi razılığın (lisenziyanın) verilməsi
haqqında qərar çıxarır. Xüsusi razılıq (lisenziya) verən orqan məhkəmənin qərarmı
aldığı vaxtdan etibarən üç gün müddətində qərarı icra etməlidir.
Eyni zamanda məhkəmə təqsirkar vəzifəli şəxsi qanunla nəzərdə tutulan qaydada
məsuliyyətə cəlb edə bilər.
Dostları ilə paylaş: