1.
Əmtəələrə tələb və təklifin həcminin yüksək olması fyuçers kontraktlarının
əsas xüsusiyyəti hesab edilir. Tələbin həcminin aşağı olması bazarda ticarətlə məşğul
olan iştirakçıların sayını kəskin olaraq aşağı salır.
2.
Əmtəələr qarşılıqlı əvəzedilmə xüsusiyyətlərinə malik olmalıdır.
3.
Dövlətin və inhisarçı subyektlərin nəzarəti olmadan bazarlarda rnəhsullara
qiymətin qoyulması sərbəst şəkildə həyata keçirilməlidir.
4.
Qiymətqoymada tərəddüdlərin olması zəruridir
(Əgər qiymətin səviyyəsi
sahitdirsə, hu halda iştirakçdann kontraktlardan və bazarlardan istifadə etməyə heç
hir stimulu qalmır.).
5.
Kontraktlar bazarın real iştirakçıları üçün kommersiya maraqlarına malik
olmalıdır.
6.
Fyuçers kontraktlarının digər kontraktlardan fərqli cəhətləri mövcuddur.
Fyuçers kontraktı əmtəələrin reallaşdırılması və onun daşınması ilə bağlı satıcı
və alıcı arasındakı razılaşmaları özündə əks etdirir.
Kontraktda alıcı və satıcı subyekt kimi iştirak edir. Fyuçers kontraktının
subyekti olan alıcılar əmtəələri ucuz qiymətə əldə etməyə çalışırlar. Satıcılar isə
kontraktları bağlayarkən əmtəələri daha yüksək qiymətə satmağa cəhd edirlər.
Kontraktların qiyməti bazarın konyukturundan asılı olaraq dəyişir. Fyuçers
kontraklarında əmtəələri ucuz qiymətə almış alıcılar bazarda qiymətlərin
bahalaşmasından zərər çəkmirlər, əksinə mənfəət əldə edirlər. Kontraktdan gəlir əldə
etmək üçün alıcı əmtəəni aşağı qiymətə alır və onu fyuçers kontraktları üzrə müştərilərə
sərfəli qiymətə satır.
Bağlanılan hər bir fyuçers kontraktı standart xarakter daşıyır. Bu zaman
əmtəənin miqdarı birja qaydalarına uyğun olaraq müəyyənləşdirilir. Bu proses birja
praktikasında kontrakt vahidi adlandırılır.
Dostları ilə paylaş: