Təhlilin məzmunu, vəzifələri və informasiya mənbələri.
Zərərsiz işləmək, xərcləri çıxartmaq müəssisənin davamlı fəaliyyəti üçün vacib şərtdir. Mülkiyyət formasından asılı olmayaraq, hər bir təsərrüfat subyektinin əsas prioriteti “xərcləri çıxartmalıdır” olmalıdır. Bununla yanaşı, bazar iqtisadiyyatı bu prioritetin də həyata keçirilməsinə maneə olur. Çünki, bazar münasibətləri şəraitində, qiymətlər sabit olmur, tələb və təklif arasında nisbət daim dəyişir, fəaliyyətlə bağlı müxtəlif riskli situasiyalar müəssisələri izləyir. Belə müəssisələrdə zərərsizlik səviyyəsinin təhlilinin tətbiqi zərurəti yaranır. Zərərsizlik səviyyəsinin təhlili vasitəsilə, təsərrüfatdaxili imkanlar hesabına mənfəət əldə etmək, zərərsizlik səviyyəsini və mənfəətin artırılması yolarını müəyyən etmək mümkün olur.