Sx
= (8)
Sx
= (9)
Burada, - dəyişən xərclərin məhsulun qiymətində payı, - satışdan alınan mədaxildə marjinal gəlirin payıdır.
MG - Dx
= = =1- (10)
Bu misalda rentabellik astanası (8) düstüru ilə hesablanır:
=80000: (1-600/1000)=200 min manat.
Bu metodika yalnız o təşkilatlarda tıtbiq olunur ki, Onlar ya bir növ məhsul istehsal edir, yaxud da elə məhsul istehsal edir ki, onu vahid bircinsli ölçüyə gətirmək olar.
Bazar şəraitində müflis olmamaq üçün təşkilatlar öz istehsal proqramlarını hətta ən faydalı bir nomenklatura mövqeyi əsasında tərtib edə bilməzlər, istehsalın diversifikasiyasını həyata keçirməyə məcburdurlar. Göstəriciləri vahid məhsul növü üzrə hesabalamalıdırlar.
Çox nomenklaturalı məhsul istehsalı zamanı satışın böhran həcminin hesablanmasının müxtəlif variantları təklif olunur. Aşağıdakı düstur i-ci məhsul üçün istehsalın zərərsizlik həcmini tapmağa kömək edir:
x Xç
= (11)
Pi –
Burada, - i-ci məhsulun istehsal həcminin zərərsizlik (zərərsiz işləmək) nöqtəsində natural ifadədə miqdarıdır, Xç- satışdan alınan ümumi mədaxildə i-ci məhsulun xüsusi çəkisidir.
Bu üsulda sabit xərclərin məcmu məbləğinin və onların ayrı-ayrı məhsul növlərinə düşən payının düzgün əsaslandırılması ən əsas məsələdir. Sabit xərclərin məhsullar üzrə bölüşdürülməsi satışdan alınan mənfəətə, dəyişən xərclərə və ya təşkilatın özünün seçdiyi digər bazalara mütənasib surətdə həyata keçirilə bilər.
Onun üçün aşağıdakı tənlik mövcuddur:
∑ (Pi- ) – Sx =0 (12)
Burada müəssisənin neçə növ məhsul istehsal etməsi zəruridirsə, o qədər dəyişmələr ( olur. Çoxnomeklaturalı məhsul istehsal edən təşkilatlar üçün istehsal həcminin, maya dəyərinin və məənfəətin qarşılıqlı əlaqəsinin təhlili metodikası hələ kifayət hazırlanmamışdır.
Təşkilatın maliyyə sabitliyi ehtiyatlarının (təhlükəsizlik səviyyəsinin) müəyyən edilməsi direkt-kostinq sistemində təhlilin mühüm vəzifəsidir. Əgər rentabellik astanası məlumdursa, onda maliyyə sabitliyi ehtiyatı (MSE) aşağıdakı kimi müəyyən edilir:
Dostları ilə paylaş: |