1. «Güc maşınları və avadanlıqları» yarımqrupuna istilik və elektrik enerjisi yaradan maşın-generatorlar, buxar maşınları və turbinləri, daxili yanma mühərrikləri, istilik və elektrik enerjisini mexaniki enerjiyə çevirən maşm-mühərriklər, elektrik mühərrikləri, transformatorlar, paylayıcı qurğular və s. aiddir. Belə əsas fondlar enerjinin alınması, çevrilməsi və bölüşdürülməsi üçün nəzərdə tutulmuşdur. Bu qəbildən olan güc maşınları və avadanlıqlarının texniki mükəmməlliyi müəssisələrin enerji ilə təchizatının səviyyəsini müəyyən edir.
2. İş maşınları və avadanhqları» yarımqrupuna bilavasitə əmək predmetlərini (xammal, material və yarımfabrikatları) mexaniki, termik və kimyəvi emal edən maşınlar, avadanlıqlar və aparatlar aiddir. Bunlar əmək predmetinə təsir etməklə və onları hazır məhsula çevirməklə texnoloji proseslərdə bilavasitə iştirak edirlər. Maşın və avadanlıqların bu yarımqrupu əsas sexlərin və həm də bütövlükdə müəssisənin istehsal gücünü müəyyən edir.
3. «Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya avadanlıqları» yarımqrupuna avtomatik idarəetmə mexanizmləri, vaxtı, təzyiqi, temperaturu, sürəti və s. ölçən və nizamlayan cihazlar, avtomatik idarəetmə pultları, dispetçer nəzarət vasitələri, müəssisə və elmi-tədqiqat laboratoriyalarının cihaz və aparatları və s. aiddir. Bunlar istehsal proseslərini əl ilə və avtomatik olaraq, texnoloji proseslərin rejim parametrlərinin ölçülməsi və onlara nəzarət etmək, laboratoriya-sınaq və tədqiqatları aparmaq üçündür.
4. «Hesablama texnikası» yarımqrupuna elektron hesablama maşınları, idarəçi və analoji maşınlar (kompüterlər, printerlər, skanerlər, telefon aparatları və s.), rəqəmli hesablayıcı maşınlar və qurğular, informasiyanın yığılması və ötürülməsi üçün avadanlıqlar və s. aiddir.
5. «Avtomat nıaşın və avadanlıqlar» yarımqrupuna proqramla idarə olunan dəzgahlar, avtomatik xətlər, kimyəvi-termiki emal üçün qızdırıcı soba və s. kimi maşın və avadanlıqlar aiddir. Bunlar istehsal prosesinin bütün əməliyyatlarının müəyyən texnoloji ardıcıllıqla, verilmiş ritmlə, insanın bilavasitə iştirakı olmadan yerinə yetirildiyi avadanlıqlardır. Fəhlə yalnız avadanlığı sazlayır, texnoloji prosesin gedişinə nəzarət edir, ilk yükləmə və son boşaltma əməliyyatlarını yerinə yetirir.
Dostları ilə paylaş: |