Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Mövzu 4. Müəssisənin əsas fondları



Yüklə 0,95 Mb.
səhifə26/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   22   23   24   25   26   27   28   29   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Mövzu 4. Müəssisənin əsas fondları
4.1. İstehsal əsas fondlarının iqtisadi mahiyyəti və onların təsnifatı

Əsas fondlar istehsal prosesində uzun müddət və bütövlükdə iştirak edən, öz natural formasını saxlayan və dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən əmək vasitələrinin dəyərlə ifadə olunmuş formasıdır.


Azərbaycan Respublikasında mövcud olan qaydaya görə, dəyəri 110 manatdan yuxarı və ömür müddəti 1 ildən çox olan istehsal-texniki təyinatlı əmək vasitələrinin dəyəri əsas fondlara, dəyəri 110 manatdan və ömür müddəti isə 1 ildən az olanlar isə dövriyyə fondlarına aid edilir. Belə bir qaydanın qəbul edilməsi bilavasitə uçot sisteminin sadələşdirilməsi ilə əlaqədardır. Çünki dəyəri 110 manatdan az olan və ömür müddəti 1 ildən çox olan istehsal vasitələrinin əsas fondlar kimi uçotunun aparılması əmək tutumludur və uçot işini xeyli dərəcədə mürəkkəbləşdirir.
İstehsal əsas fondlarınən tərkibinə yalnız istehsal prosesinə cəlb edilmiş və müəyyən funksiyaları yerinə yetirən əmək vasitələri daxil edilir. Mövcud uçot qaydasına müvafıq olaraq əsas fondların dəyərinə istehsal müəssisələrinin, təchizat və satış təşkilatlarının anbarlarında olan maşın və avadanlıqlar, quraşdırmaq üçün verilmiş, quraşdırılması nəzərdə tutulmuş, yolda olan və əsaslı tikintinin balansında olan avadanlıqların dəyəri daxil edilmir.
Müəssisənin əsas fondları istehsal əsas fondları və qeyri-istehsal əsas fondlarına bölünür. İstehsal əsas fondlarına bilavasitə istehsal prosesində iştirak edən, yaxud onun həyata keçirilməsinə yardım göstərən əmək vasitələri daxil edilir. Qeyri-istehsal əsas fondlarına isə müəssisənin ixtiyarında olan mənzil fondları, mədəni-məişət xidmətinin (klublar, uşaq bağçaları, səhiyyə məntəqələri, istirahət düşərgələri və s.) binaları, qurğuları və s. aid edilir. İstehsal əsas fondlarından fərqli olaraq, bunlar istehsal prosesində iştirak etmədiklərindən, öz dəyərlərini yaradılan məhsulun üzərinə keçirmirlər, daha doğrusu, keçirə bilməzlər. Onlar öz dəyərlərini istismar edildikcə itirirlər. Bunlar üçün ödəniş fondu yaradılmır. Qeyri-istehsal əsas fondlarının təkrar istehsalı yalnız yeni investisiya qoyuluşu vasitəsilə həyata keçirilir.
İstehsal əsas fondlarının tərkib hissələrindən biri də qeyri-maddi aktivlərdir. Bunlar da insan əməyinin "məhsulu" olduqlarından dəyərin daşıyıcılarıdır, əsas fondlardır, lakin onların (qeyri-maddi əsas fondların) fiziki əsasları (ölçüləri) yoxdur. Qeyri-maddi aktivlər də, fiziki əsası olan əsas fondlar kimi, uzun müddət istifadə olunduqlarından öz dəyərlərini tədricən itirirlər. Qeyri-maddi aktivlərə patentlər, əmtəə (mal) nişanları, ticarət markaları, lisenziyalar, bir çox hüquqi aktlardan (torpaq və təbii resurslar, ixtiraçılıq və müəlliflik və s.) istifadə, "nou-hau", rəsmiləşdirilmiş məsləhət və s. aid edilir.
Müəssisənin sərəncammdakı əsas fondlar - iqtisadi məzmununa görə həmcins olsalar da - əşya formasında müxtəlif ünsürlərdən ibarət olurlar. Buna görə də əsas fondlarm uçota alınmasını həyata keçirmək, onların təkrar istehsalının həcmcə artırılmasını əsaslandırmaq və habelə onlardan istifadə olunması işinə nəzarəti gücləndirmək məqsədilə həmin ünsürləri müxtəlif qruplarda birləşdirir, yəni təsnifləşdirirlər. Əsas fondların təsnifatı onların istehsaldakı işinin xarakterinə (təyinatına) görə əsas fondların differensasiyasını nəzərdə tutur, onların müasir texniki səviyyəsini əks etdirir.
İstehsal əsas fondları onların istehsaldakı funksiyalarının xarakteri, texniki səviyyələri və ayrı-ayrı ünsürlərin istehsaldakı təyinatı və xidmət müddətləri kimi əlamətlərə görə təsnifləşdirilir.
Qüvvədə olan təsnifata görə müəssisənin əsas fondları öz təyinatları, istehsaldakı funksiyaları və maddi məzmunlarına görə aşağıdakı kimi qruplaşdırılır.
«Binalar». Bu qrupa istehsal prosesinin həyata keçirilməsi üçün zəruri şərait yaradan, müxtəlif maşın və mexanizmləri xarici mühitin təsirlərındən qoruyan, işçilər üçün istehsal meydançası verən və habelə yaşayış və sosial-mədəni xidmət təyinatlı memarlıq-tikinti obyektləri aiddir. İstehsal binalarına isə istehsal və habelə köməkçi və xidmətedici sexlərin binaları daxildir. Həmin qrupa sadalananlardan başqa, laboratoriyalar, qazanxanalar, kompressor stansiyaları yerləşdirilən binalar və həmçinin müəssisə idarəsinin, anbarların binaları və habelə yanğından mühafizə binaları da aid edilir.
«Qurğular». Bu qrupa əmək predmetlərinin (xammal, material, yarımfabrikatlar və s.) emalı ilə bilavasitə əlaqəsi olmayan, lakin istehsal prosesində müəyyən funksiyaları icra etmək üçün şərait yaradan mühəndis-tikinti obyektləri aiddir. Əsas fondların bu qrupuna suqaldırma və su nasosu stansiyaları, su anbarları, dambalar, bəndlər, təsərrüfatdaxili dəmir yolları, müxtəlif yükləmə-boşaltma qurğuları, estakadalar, su quyuları, asma yollar, körpülər və s. daxildir.
«Ötürücü qurğular». Bu qrupa elektrik, istilik və mexaniki enerjinin, habelə maye və qaz halında olan maddələrin ötürülməsinə kömək edən qurğular aiddir. Ötürücü qurğulara elektrik, qaz və istilik şəbəkələri, rabitə xətləri, buxar, neft, hava, turşu, qırıntı, sexlərarası su kəmərləri və kanallar aiddir.
«Maşın və avadanlıqlar» qrupu aşağıdakı yarımqruplara bölünür:

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin