Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


mərhələlər pillələr



Yüklə 0,95 Mb.
səhifə80/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   76   77   78   79   80   81   82   83   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

mərhələlər



pillələr

Şəkil 12.1. İdarəetmə prosesinin mərhələləri və pillələri arasında asılılıq


12.2.İdarəetmənin ümumi xarakterik xüsusiyyətləri

Menecmentin təşkili prosesinin bir sıra xüsusiyyətləri vardır və onların hər biri idarəetmə sisteminin inkişafı və formalaşmasında özünəməxsus rol oynayır. Bu xüsusiyyətlər aşağıdakılardır: dinamiklik, fasiləsizlik, sabitlilik, pillələr və mərhələlər arasında ardıcıllığın tam saxlanılması. Həmin xüsusiyyətlərin gözlənilməsi idarəetmədə qarşıya qoyulan məqsədə nail olmağa imkan verir.


Həmin prosesində əməliyyatların bölünməsi, onun normal gedişinə və səmərəliliyinə müsbət təsir göstərir. Prosesin mərhələləri və pillələri üzrə aşağıdakı əməliyyatları bir-birindən ayırmaq lazımdır:

  1. Məqsədəçatma əməliyyatı.

  2. İnformasiya işləri üzrə əməliyyat.

  3. Seçilmiş variantın layihələşdirilməsi və analitik işlər üzrə əməliyyatlar.

  4. Təsir variantının seçilmə əməliyyatı.

  5. Təşkilati-əməli iş üzrə əməliyyatlar.

  6. İstehsalın səmərəliliyinin təmin edilməsi.

Menecmentin təşkili prosesi – mürəkkəb ictimai-psixoloji və təşkilati-iqtisadi hadisələri əhatə edir. Məhz bununla prosesin əməliyyatlarının xüsusiyyəti müəyyən edilir. Proses zamanı məqsədə çatmaqda bərabər informasiya işləri də aparılır. Belə ki, tam məlumat olmadan məqsədi düzgün ifadə etmək çətindir.


Mövzu 13. Menecmentin informasiya təminatı.


13.1.İdarəetmədə informasiyanın rolu.
13.2.İnformasiyanın təsnifləşdirilməsi.
13.3.İnformasiya sistemi, onun yaranması və inkişafı.


13.1.İdarəetmədə informasiyanın rolu.

Hazırda informasiya məfhumu üzrə müxtəlif fikirlər mövcuddur. Bu hər şeydən əvvəl elmin müxtəlif istiqamətlərdə dərin ixtisaslaşması ilə əlaqədardır ki, onların da hər birinin tədqiqat obyekti, məqsədi və inkişaf meyli vardır. İnformasiya, həyatı başa düşmək üçün insanın fəaliyyətinin ən mühüm tərəflərindən birini xarakterizə edir. Belə halda informasiya insanı əmək fəaliyyəti və onun inkişafı üçün zəruri şərt kimi çıxış edir. İctimai-iqtisadi sistemlər içərisində, o, insanlar arasında əlaqə vasitəsidir. Məhz onunla informasiyanın menecmentdəki rolu müəyyən edilir.


İnsanların fəaliyyətində mühüm rol oynamaqla, istehsalın idarə edilməsində də informasiyanın əhəmiyyəti böyükdür. İdarəetmə prosesinin tədqiqi nöqteyi - nəzərindən informasiyanı, idarəçiliyi göstərən məlumatlar toplusu hesab etmək olar. Menecment prosesinin bütün pillə və mərhələləri informasiyaların işlənilməsi ilə əlaqədardır. İnformasiyasız, menecmentin məqsədini müəyyən etmək, mövcud şəraiti qiymətləndirmək, problemi dəqiqləşdirmək və ya ifadə etmək, qəbul edilən qərarı və onun yerinə yetirilməsini yoxlamaq mümkün deyildir.
Menecmentin məqsədini müəyyən edərkən informasiyanın həcmi tamlığı, ondakı yenilik və s. vacibdir. Müasir elmi nailiyyətlər haqqında nə qədər çox məlumat olsa, bir o qədər onun məqsədi tam və obyektiv formalaşmış olar.
Şəraiti qiymətləndirərkən, informasiyanın növləri mühüm əhəmiyyət kəsb edir. Belə ki, məsələnin həllinə kompleks və sistem halında yanaşmağa imkan verir.
Menecment üzrə qərarlarının hazırlanması mərhələsində isə, toplanmış informasiyaların işlənilməsi mühüm rol oynayır.
Menecmentin təşkili prosesi üçün informasiya ikitərəfli rol oynayır. Bir tərəfdən informasiyaların həcminin getdikcə çoxalması, idarəçilikdə müəyyən çətinliklər yaradır. Daha doğrusu, idarəedən sistem böyük həcmdə informasiyaları işləməyə məcbur olur. Digər tərəfdən, müxtəlif informasiyaların həcminin çoxalması idarəetmənin təkmilləşdirilməsinə daha geniş imkan yaradır.
Qərarların səmərəli və konkret həlli isə öz növbəsində idarəetmə aparatında istifadə olunan informasiyaların kəmiyyət və keyfiyyətindən asılıdır. Hazırda sənaye müəssisələrində informasiyalar beş qrupda cəmləşdirilir:

  1. İstehsal edilmiş məhsulun həcmi keyfiyyəti və tərkibi haqqında (cizgilər, texniki şərtlər, izahatlar) məlumatlar.

  2. İstehsalın metodu (texnologiyası) haqqında məlumat.

  3. Məhsulun növləri haqqında faktiki hesabat məlumatları.

  4. Maddi, əmək və maliyyə məsrəfləri haqqında faktiki hesabat məlumatları.

  5. Maddi maraqlandırma və mənəvi həvəsləndirmənin təsirliyini xarakterizə edən məlumatlar.

Həmin informasiyalar bütün idarə pillələrindən keçir və onların toplusu informasiya dəstəsi və ya axını adlanır.
İnformasiya axını dedikdə - idarə olunan obyektdə müəyyən dövr ərzində həyata keçirilən məlumatlar ardıcıllığı nəzərdə tutulur.
İstehsalın idarə edilməsində informasiyanın böyük əhəmiyyəti vardır. İdarəetmə prosesinin tədqiqi nöqteyi-nəzərindən, informasiya, idarə edən və idarə olunan sistemlərin vəziyyətini və xarici aləmi xarakterizə edən məlumatların toplusu kimi çıxış edir. İnformasiyasız idarəetmənin məqsədini müəyyən etmək, mövcud vəziyyəti qiymətləndirmək, proqramı dəqiqləşdirmək v. ya idarə etmək, qəbul edilən qərarları və onların yerinə yetirilməsini yoxlamaq mümkün deyildir. İnformasiya idarə edən və idarə olunan sistemlər arasında əlaqələndirici rol oynayır. Belə ki, idarəedici sistemin məqsəd və əmrlərinin məzmunu informasiya (rabitə) kanalları vasitəsilə idarə edilən sistemə ötürülür. Sonra isə informasiya sistemi vasitəsilə idarə edilən sistemin mövcud vəziyyəti, orada və xarici aləmdə baş verən dəyişikliklər haqqında informasiya idarə edən sistemə daxil olur. İdarə edən sistemə daxil olan informasiyalar yenidən təhlil edilir və yeni idarəedici qərarlar hazırlanır. Bu qərarlar yenidən idarəedilən sistemə ötürülür (informasiya sistemi vasitəsi ilə) və onun fəaliyyət istiqamətləri, vəzifələri müəyyən edilir. Beləliklə idarə edən və idarə edilən sistemlər arasında əlaqə informasiya mübadiləsi vasitəsilə təmin olunur. Qeyd etmək lazımdır ki, idarə edən və idarə olunan sistemlər arasında əlaqənin fasiləsizliyin təmin edilməsi idarəetmənin təşkilinin əsas şərtlərindən biridir. Bu iki sistem arasında informasiya mübadiləsinin kəsilməsi idarə etmə prosesini, beləliklə də, istehsal prosesini iflic vəziyyətinə sala bilər.
Rəhbərlərin və idarə aparatı işçilərinin təşkilati-praktiki fəaliyyəti də əsasən informasiya xarakteri daşıyır, çünki idarəetmə qərarlarının qəbul edilməsi və icraçılara çatdırılması da informasiya vasitəsilə həyata keçirilir.
Eyni zamanda , idarəetmə prosesində informasiyanın rolunu mütləqləşdirmək, idarəetmə prosesinə isə informasiyanın hərəkəti və onun ilkin haldan əmr, qərar halına keçməsi kimi baxmaq olmaz. İdarəetmə prosesinin məzmunu daha genişdir. İnsana təsir etmək, təkcə ona məlumatı çatdırmaqla bitmir, bu həm də maraq, borc, intizam, əxlaq və bu kimi amilləri özündə birləşdirən mürəkkəb sosial-psixoloji prosesdir.
İstehsalın idarə edilməsi prosesində istifadə edilən informasiya, əsasən, üç aspektdə tədqiq edilir: praqmatik, semantik, sintaktik.
İnformasiya praqmatik aspektdə tədqiq edildikdə, idarəetmə qərarlarının qəbulu üçün mövcud informasiyaların praktiki cəhətdən nə qədər faydalı, dəyərli olması müəyyənləşdirilir. İstehsalın avtomatlaşdırılmış idarə edilməsi sistemlərinin yaradılması zamanı informasiyanın praqmatik aspektdə öyrənilməsi istehlakçılar üçün informasiyanın zərurilik və kafilik dərəcəsini, faydalı informasiyanın həcmini, faydasız sənədlər külliyyatının miqdarını və s. müəyyənləşdirməyə imkan verir.
İnformasiyanın semantik aspektdə (mənaca) tədqiq edilməsi, idarəetmə obyektinin vəziyyətini əks etdirən informasiyanın məzmununu açmağa və işarələr arasında olan münasibətlərin və ölçü vahidlərinin mənaca qiymətləndirilməsinə imkan yaradır. İnformasiyaya semantik baxış iqtisadi göstəricilərin, obyektlərin təsnifatına, qarşılıqlı kodlaşdırma sistemlərinin yaradılmasına və beləliklə, idarəetmədə baş verən hadisələrin, proseslərin, faktların və s. tam öyrənilməsinə şərait yaradır.
İnformasiyanın sintaktik təhlili zamanı onun məzmunu, mənası və istifadə edilmə xüsusiyyətindən asılı olmayaraq sistemdə işarələr arasında olan münasibətlər kəmiyyətcə müəyyənləşdirir. İnformasiyanın kəmiyyətcə müəyyənləşdirilir. İnformasiyanın kəmiyyətcə qiymətləndirilməsi onun kompüterdə işlənmə texnologiyasının səmərəli seçilməsi və layihələşdirilməsinə imkan verir.
İdarəetmənin ayrı-ayrı mərhələlərində informasiyanın rolu eyni deyildir. İdarəetmənin bir mərhələsində informasiyanın həcmi, onun növləri, yeni, əlavə informasiya almaq imkanları, digər mərhələsində isə - onun hərəkəti, üçüncü mərhələdə - informasiyanın işlənməsi vacibdir. Məsələn, idarəetmənin məqsədi müəyyən edilərkən informasiyanın həcmi, onun yeniliyi, qiymətliliyi, tamlığı və s. vacibdir. İdarəetmənin məqsədi müəyyən edilərkən elmin müasir nailiyyətləri haqqında nə qədər çox informasiya əldə edilərsə məqsəd bir o qədər obyektiv formalaşdırılar, idarəetmə prosesində onun əhəmiyyəti, rolu daha çox olar.
Mövcud vəziyyətin qiymətləndirilməsində informasiyanın növləri daha çox əhəmiyyət daşıyır, çünki müxtəlif növ informasiyalardan istifadə edilməsi mövcud vəziyyətin kompleks, sistemli araşdırılmasına və müvafiq, səmərəli idarəetmə qərarlarının qəbul edilməsinə imkan yaradır.
İdarəetmə qərarlarının hazırlanması və analitik fəaliyyət mərhələsində seçilmiş informasiyanın işlənmə imkanlarının mövcudluğu xüsusi əhəmiyyət kəsb edir ki, bu da öz növbəsində informasiyanın təqdim edilmə (ötürülmə) formasından asılıdır.
İdarəetmə qərarlarının reallaşdırılması üzrə təşkilati – praktik fəaliyyət zamanı informasiyanın ötürülməsi, ötürmənin sürəti və vaxtında həyata keçirilməsi, daxil olan (ötürülən) informasiyanın tamlığı və s. əsas rol oynayır.
İdarəetmə prosesi üçün informasiya ikili xarakter daşıyır. Bir tərəfdən istehsalın genişlənməsindən asılı olaraq informasiyanın həcminin artması idarəetmədə müəyyən çətinliklər yaradır. İdarəedən sistemi daha çox və artan informasiyanı işləmək, etmək məcburiyyəti ilə üzləşdirir. Müəyyən edilmişdir ki, istehsalın həcmi ilə informasiyanın həcmi arasında əlaqə xətti (düz proporsional) xarakter daşımır, belə ki, istehsalın ekstensiv artması nəticəsində informasiyanın həcminin artım tempi daha yüksək olur, çünki bu zaman istehsal və təsərrüfat əlaqələrinin sayı daha çox artır.
Eyni zamanda informasiyanın, xüsusilə də müasir elmi-texniki, texnoloji, iqtisadi informasiyanın həcminin artması idarəetmənin təkmilləşdirilməsinə imkan yaradır. Yeni qanunların, qanunauyğunluqların mənimsənilməsi məhz ona görə qiymətlidir ki, istehsalın inkişafının idarə edilməsi üçün yeni perspektivlər açır.
Beləliklə, idarəetmə prosesində istifadə edilən informasiyanın həcminin artmasına birtərəfli yanaşmaq olmaz. O, idarəetmənin çətinliyi ilə bu çətinliyin aradan qaldırılmasının dialektik vəhdətini özündə əks etdirir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin