Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Mövzu 14. Qərarların qəbul edilməsi



Yüklə 0,95 Mb.
səhifə83/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   78   79   80   81   82   83   84   85   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Mövzu 14. Qərarların qəbul edilməsi


14.1. Qərarların mahiyyəti və növləri

    1. Qərarların təsnifatı və onların hazırlanması üzrə işin təşkili



14.1.Qərarların mahiyyəti və növləri

Qərar məfhumu çoxmənalıdır. Qərar dedikdə, bəzən müəyyən variantda fəaliyyətin yerləşməsi, prosesin özü və onun son nəticəsi başa düşülür. Məsələn, «qərar» problemi termini üç mənada istifadə edilir:


Birincisi, problemin həllinin tapılması, onun həyata keçirilməyən fəaliyyətin bir variantıdır.
İkincisi, problemin həlli – həmin prosesin həll edilməsi kimi başa düşülür.
Üçüncüsü, problemin həlli çox vaxt fəaliyyətin nəticəsi kimi izah edilir.
Beləliklə, müəyyən bir işin hər hansı nəticəsini qiymətləndirərkən, deyirik: «Bax, qərarın həlli budur», daha doğrusu onun əməli nəticəsini göstəririk.
«Qərar» məfhumunu «idarəetmə qərarı» kateqoriyasını müəyyən edərkən də nəzərə almaq lazımdır. Bəzən idarəetmə qərarını müəyyən edərkən, onu fəaliyyətin seçilə bilmə variantı kimi hesab edirlər. Məsələyə belə yanaşmaq idarəetmə nəzəriyyəsində bu kateqoriyanın mənasını azaldır və onun məzmununa uyğun gəlmir. «İdarəetmə qərarı»nı geniş mənada idarəetmə prosesinin son mərhələsində yekunlaşmış ifadə, idarəedilən sistemdən idarə olunan sistemə daxil olan, yerinə yetiriləcək göstəriş kimi başa düşmək olar.
İdarəetmə qərarı sosial-iqtisadi məsələ olub, insanın fəaliyyəti, daha doğrusu, rəhbər işçinin bacarığı, biliyi təcrübəsi ilə əlaqədardır. İdarəetmə qərarının bir-biri ilə əlaqədar üç səmtini ayırmaq olar:
Birincisi, qərar – müəyyən fəaliyyət variantını seçib hazırlamaq və qəbul etmək üçün idarəedən sistemə daxil olan fəaliyyət növüdür.
İkincisi, qərar – idarəedən sistemin idarə olunan sistem üzərindəki təsir variantıdır.
Üçüncü, qərar – idarəetmə sistemində rəhbər işçinin əməli-təşkili fəaliyyətidir.
Beləliklə, idarəetmə qərarının sosial mənasını dəqiqləşdirərək, onun aşağıdakı xüsusiyyətini bir-birindən ayırmaq lazımdır:

  1. Qərar – obyektiv mövcud şəraiti, tələbi və marağı nəzərə almaqla idarə fəaliyyətinin optimal variantını seçməyi nəzərdə tutur.

  2. Qərarının optimal təsir variantının seçilməsi və qəbulu insanın şüurlu və psixoloji fəaliyyətinin nəticəsidir.

  3. Qərar aktivləşdirici və təsiredici qüvvəyə malikdir.

  4. Qərarın əsas məzmunu və vacibliyi onun məqsədə ilə müəyyən edilir və nəticəsinə əsaslanır.

  5. Qərarın əsasını insanların şüurlu fəaliyyəti təşkil edir.

Qərarın sosial mahiyyəti heç də, qərarı qəbul edərkən, elektron-hesablama texnikasından istifadəni inkar etmir. Ancaq o, idarəetmə subyekti olmaqla insanı əvəz edə bilməz. O, işin sürətini artırır, əmək şəraitini yüngülləşdirir və məhsuldarlığı artırır.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin