Mövzu 15. Kadrların idarə edilməsi.
15.1.Təşkilatın kadr təminatı
Hər bir müəssisə, firma, təşkilat öz fəaliyyətini qurmaq və davam etdirmək üçün kadrlara arxalanır. Bu baxımdan kadrların seçilməsi, onların ixtisas, peşə yönümlü hazırlanması, onların vəzifə pillələri ilə yüksəlməsi, müəssisə rəhbərliyi tərəfindən planlaşdırılmalıdır.
Hər bir müəssisə, işçilərin və məmurların sayını istehsal tələbinə uyğun və gəlir götürülməsi şərtilə qurmalıdır. Kadrların seçilməsi, onların ixtisaslarının artırılması, onların təhsili müxtəlif yollarla təşkil edilə bilər. Kadrların seçilməsi, hazırlanması və onların əməklərinin qiymətləndirilməsi şəkil 15.1-də verilmişdir.
Əmək ehtiyatlarının planlaşdırılması, firmanın strategiyası ilə bağlıdır. Burada istehsalın həcminin artırılması ilə bağlı işçi qüvvəsinin artırılması və ya əksinə ola bilər. Bəzi hallarda istehsal prosesini və işçi qüvvəsini sabit saxlamaq tələb oluna bilər.
Əgər işçi qüvvəsi artımı tələb olunursa, müəssisə rəhbərliyi elan verməklə müxtəlif cəlbetmə yolları ilə işçiləri dəvət edə bilər. Burada dəvət olunmuş işçilərin sayı tələb olunduqdan həmişə çox olur. Buna görə də həmin işçilərin layiqlisini seçmək tələb olunur. Üçüncü mərhələdə seçilmiş kadrların, dördüncü mərhələdə müsahibə yolu ilə və yaxud da sənədlər əsasında müəyyənləşdirməklə onların əmək haqqı təyin olunur və ediləcək güzəştlər nəzərə alınır. Beşinci mərhələdə işə qəbul olunmuş işçilərin ixtisasa uyğun peşə işləmələri və qabiliyyətləri yoxlanılır və onların kollektivə uyğunlaşması prosesi həll edilir.
Öyrətmə mərhələsində tamamilə ixtisası olmayanların öyrədilməsi, yeni sahənin öyrədilməsi və ya rəhbər vəzifə tutmaq üçün öyrədilməsi vacibdir.
Yeddinci mərhələdə isə hər bir işçinin əməyinin qiymətləndirilməsi prosesi gedir. Burada məqsəd işçinin qabiliyyətini üzə çıxarmaq, onun əmək haqqını artırmaq və ya azaltmaq, onu başqa sahəyə köçürmək və nəhayət işdən qovmaq variantlarından biri seçilə bilər.
Səkkizinci və doqquzuncu mərhələlərdə işçilərin qiymətləndirilməsi, onların mükafatlandırılması, cəzalandırılması və ya vəzifə mövqeyinə keçirilməsi ilə nəticələnə bilər.
Hər bir firma öz işini qurarkən aşağıdakı 2 xüsusiyyətə diqqət yetirməlidir:
Firmanın (təşkilatın) işçiləri, illər keçdikcə səriştə qazandıqları və püxtələşdikləri üçün tədricən öz dəyərlərini artırırlar.
Şəkil 15.1. Əmək ehtiyatlarının idarə olunması
Dostları ilə paylaş: |