Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Qərarların təsnifatı və onların hazırlanması



Yüklə 0,95 Mb.
səhifə84/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   78   79   80   81   82   83   84   85   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

14.2.Qərarların təsnifatı və onların hazırlanması
üzrə işin təşkili
Menecmentin təşkili işində qərarların təsnif edilməsinin böyük nəzəri və praktiki əhəmiyyəti vardır. Onu müxtəlif kriteriyalar üzrə təsnif etmək olar. Kriteriyaların seçilməsi idarəetmənin nəzəriyyəsini və əməli işi üzrə müəyyən edilir.
Funksional məzmununa görə qərarlarıtəşkilati, əlaqələndirici, aktivləşdirici, stimullaşdırıcı, tənzimləyici və nəzarətedici kimi fərqləndirirlər.
Təsir dairəsinə görə qərarlar – iqtisadi, sosial, texniki, təşkilati, texnoloji qərarlara bölünürlər. Belə təsnifat istehsalat problemlərini sosial-iqtisadi sistemlər üzrə bölmək üçün nəzərdə tutulur.
Qərarlar, idarəetmə sisteminin ayrı-ayrı iyerarxiyaları üzrə müxtəlif miqyasda işlənib hazırlana bilər. Ona görə onun kateqoriyaları da idarəetmə sisteminin birinci, ikinci, üçüncü və sonrakı iyerarxiya səviyyələrinə bölünürlər.
Qərarlar fərdi, kollegial və kollektiv surətdə işlənib hazırlana bilər.
Fərdi qərarlar - rəhbər tərəfindən şəxsən qəbul edilir, kollektivin heç bir üzvü və ayrı-ayrı şəxslərlə razılaşdırılmır.
Kollegial qərarlar – bir qrup mütəxəssis və müvafiq rəhbər işçilər tərəfindən işlənib hazırlanır.
Kollektiv qərarlar – adətən kollektivin ümumi yığıncağında qəbul edilir.
Qərarları, problemlərin miqyası üzrə də təsnif etmək olar. Odur ki, belə qərarlar ümumi və xüsusi halda qəbul edilə bilər.
Hər bir qərarın özünün müəyyən təşkilat forması vardır. Təşkiledilmə kriteriyalarına görə: dəqiq, səmtli, dəyişə bilən, normativ qərar formalarından istifadə edilir.
Qərarlar həm də müxtəlif dövlət üçün nəzərdə tutulur. Onların təsir dairəsi qısa müddətli və ya uzun müddətli ola bilər.
Beləliklə, idarəetmə qərarlarının təsnifatı onun müxtəlif tərəflərini xarakterizə etməklə, idarəetmə prosesinin təhlilində müəyyən alətdir. Qərarın hazırlanması, hər şeydən əvvəl, idarəetmə qarşısında ümumi tələblərə əsaslanmalıdır. Bu tələblər aşağıdakılardır:

  1. Qəbul edilən qərar dəqiq və məqsədyönlü olmalı, istehsalın inkişafını güdməlidir.

  2. Qərar tam əsaslandırılmalı və müəssisədə baş verən bütün dəyişiklikləri özündə əks etdirməlidir.

  3. Qərar, ona tam ehtiyac duyulduqda qəbul edilməlidir.

  4. Qərarı qəbul edən şəxsin ona tam səlahiyyəti olmalıdır və qüvvədə olan müvafiq qanunlara əsaslanmalıdır.

Yuxarıda göstərilən tələbləri ödəmək üçün qərarın hazırlanması üzrə iş düzgün təşkil edilməlidir.
Metodoloji baxımdan idarəetmə qərarlarının hazırlanmasında başlıca şərt: qərarın məqsədini aydın görmək; məlumatların keyfiyyətli və tam olması; qərarların ayrı-ayrı istiqamətlərini nəzərə almaqla onların kəmiyyət və keyfiyyət səmtlərini tam aydınlaşdırmaq; qərarın həyata keçirilməsinin nəticəsini və səmərəliliyini qiymətləndirmək; qərarın yerinə yetirilməsinə nəzarət; qərarın məzmununa təsir edə biləcək mənfi halların nəzərə alınmasıdır.
Təşkilati–inzibati baxımdan qərarın hazırlanmasında və həyata keçirilməsində aşağıdakıları nəzərə almaq lazımdır:

  1. Qərar üzrə lazımi sənədlərin tərtib edilməsi və onun icraçılara çatdırılması;

  2. İdarəetmə qərarlarının məzmununun və vacibliyinin aydınlaşdırılması;

  3. İdarəetmə qərarlarının icrası üzrə cavabdeh şəxslərin təyin edilməsi;

  4. Qəbul edilmiş qərarın yerinə yetirilməsi işinin gedişinə nəzarət və onun praktiki cəhətdən qiymətləndirilməsi və s.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin