Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Müəssisənin daxili mühitini



Yüklə 0,95 Mb.
səhifə3/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   2   3   4   5   6   7   8   9   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Müəssisənin daxili mühitini onun istehsal potensialı müəyyən edir. İstehsal potensialı yaradıcı xüsusiyyətə malik fəaliyyətlə məşğul olmaq üçün müəssisənin sərəncamında olan resursların məcmusudur. Bu resursların kəmiyyət və keyfiyyət parametrləri, həmçinin onların müvafiq nisbətdə qarşılıqlı inteqrasiyası müəssisənin istehsal imkanını müəyyən edir.
Müəssisənin istehsal potensialının əsas mahiyyəti yeni məhsulların yaradılması ilə müəyyən olunur, onun elementləri isə hazırlanan məhsulun tələblərinə məqsədəuyğun şəkildə uyğunlaşdırılmalıdır. İstehsal potensialı özünün bu təyinatını o vaxt yerinə yetirə bilər ki, onun elementlərinin tərkibi və xarakteristikası hazırlanan məhsulun parametrlərinə uyğun gəlsin və bununla müəyyən edilsin. Yalnız bu halda istehsal potensialının bütün elementləri müəssisə qarşısında duran ümumi məqsədə xidmət edə bilər. Hər bir elementin yeri və funksiyası bütövlükdə elementlərin məcmusu qarşısında qoyulan tələblərlə müəyyən edilir və onun səfərbərlik səviyyəsini xarakterizə edir. Müəssisənin daxili muhitini kadrlar, istehsal vasitələri, informasiya və maliyyə vəsaitləri təşkil edir.
Müəssisədə informasiya öz tərkibinə görə kommersiya, texniki və operatıv informasiyalardan ibarət olur. Kommersiya informasiyası məhsulun reallaşdınlması və istehsal xərclərinə aid olan məlumatları əks etdirirsə, texniki informasiya məhsulun xarakteristikası və onun istehsah texnologiyası haqqında məlumatlar toplusudur. Operativ informasiyaya gəlincə isə, onun əsasında is tehsal heyətinə tapşırıqlar verilir, onları iş yerləri üzrə bölüşdürür istehsal prosesinin gedişinə nəzarət, uçot və tənzimləmə kimi funksiyaları həyata keçirirlər.
Müəssisə müəyyən xarici mühitdə fəaliyyət göstərir ki, bu mühit də onun işinin səmərəliliyinə və məqsədəuyğunluğuna bilavasitə təsir göstərir. Xarici mühitə məhsulun istehlakçıları, ekoloji durum, sosial vəziyyət, təchizatçılar, dövlət orqanları və müəssisənin yerləşdiyi ərazidə məskunlaşmış əhali aid edilir. Müəssisə özünün texniki-texnoloji və iqtisadi inkişafının ən vacib və strateji məqsədlərini işləyib hazırlayarkən, bu məqsədlərin xarici mühit tərəfindən necə qəbul olunacağını əvvəlcədən müəyyən etməlidir bu məsələdə xarici mühit amili mütləq nəzərə alınmalıdır.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin