Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Fənd, fəhlənin əmək fəndi -



Yüklə 0,95 Mb.
səhifə7/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   2   3   4   5   6   7   8   9   10   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Fənd, fəhlənin əmək fəndi - müəyyən məqsədli təyinatı olan va fəhlə tərəfindən yerinə yetirilən bitkin, tamamlanmış hərəkətlərin məcmusudur.
Əməl - fəndin bir hissəsi olmaqla fəhlənin özünün bir neçə fıziki hərəkətinin (bədən, əl, barmaq və s.) və ya hərəkətlər kompleksinin hər hansı predmetin götürülməsi və ya onun yerinin dəyişdirilməsi ilə bağlı görülən işdir.
Fasiləsiz istehsallarda əməliyyatın uzunluğu, şərti olaraq, bir iş növbəsinin müddəti qədər qəbul olunmuşdur. Texnoloji (əsas) proses əmək predmetlərində müəyyən dəyişikliklərin (fiziki, mexaniki, kimyəvi və s.) baş verməsinə səbəb olan əməliyyatlar məcmusudur. Köməkçi əməliyyatlar isə texnoloji əməliyyatların yerinə yetirilməsi üçün şəraitin yaradılmasına istiqamətlənən (məsələn, əmək predmetlərinin bir iş yerindən digərinə hərəkəti, emal edilən detalların ölçülərinə nəzarət və s.) hərəkətlərin məcmusudur.
Məhsulun istehsalında əmək (texnoloji və köməkçi) prosesləri ilə yanaşı, təbii proseslərdən də (məsələn, ağacın, rənglənmiş maşınların boyasının quruması və s.) istifadə zərurəti yaranır. Əgər əmək prosesi bilavasitə işçilər tərəfindən yerinə yetirilirsə, təbii proseslər işçilərin müdaxiləsi olmadan, təbii yolla, öz-özünə baş verir. Təbii prosesin vaxt reqlamentinə düzgün əməl olunması çox vacibdir; onu süni şəkildə sürətləndirmək prosesin əhəmiyyətini azalda, işin keyfıyyətini pisləşdirə bilər.
Beləliklə, məhsulun hazırlanması üzrə istehsal prosesi texnoloji (əsas) və köməkçi əməliyyatlarm və təbii proseslərin məcmusundan ibarətdir.
Məhsulun hazırlanmasındakı roluna görə də istehsal özü də əsas, köməkçi və xidmətedici istehsal proseslərinə ayrılır. Lakin xammal və materialın hazır məhsula çevrilməsi işində onların rolu eyni olmur.
Əsas (texnoloji) istehsal prosesi emal edilən məmulatın formasının, ölçülərinin və daxili strukturunun dəyişdirilməsi ilə bilavasitə əlaqədardır. Əsas istehsal prosesini bəzən texnoloji proses də adlandırırlar. Əsas istehsal proseslərinə, məsələn, maşınqayırma müəssisələrində detalların mexaniki (yonma, pardaxlama, cilalama və s.) və termiki (qızdırmaq və s.) emalını, onların (detalların) yığılmasını (quraşdırılmasını) və s. misal göstərmək olar.
Köməkçi və xidmətedici istehsal prosesləri məhsulun hazırlanmasında bilavasitə iştirak etmirlər, lakin əsas (texnoloji) prosesin yerinə yetirılməsinə şəraitin yaradılması onlar tərəfindən həyata keçirilir. Əsas istehsal köməkçi və xidmətedici proseslərsiz keçinə bilməzlər. Köməkçi sexlərin istehsal etdikləri məmulatlar əsas istehsalda istifadə olunmaqla son məhsulun istehsalına yardım göstərirlər. Köməkçi istehsalın məhsullarına alət, ştamp, tərtibat, bütün enerji növlərini və tara istehsalını misal gətirmək olar.
Maşmqayırma müəssisəsində xidmətedici proseslərə nəqletməni, hazır məhsulun anbarlaşdırılmasını, müəssisədaxili təchizatı, laboratoriya sınaqlarını və s. aid etmək olar. Bu proseslər də məhsul istehsalında dolayı yolla iştirak edirlər, başqa sözlə əsas istehsala xidmət göstəririər.
İstehsal prosesləri sadə və mürəkkəb proseslər kimi də fərqləndirilir.
Sintez və analizə əsaslanan istehsal prosesləri mürəkkəb hesab olunurlar, çünki onlardan hər biri sadə istehsallardan ibarət olurlar.
Sadə istehsal prosesində bir növ xammal və materialdan bir növ məhsul, sintetik istehsal prosesində bir neçə növ xammal və materialdan bir növ məhsul, analizə (tərkib hissələrinə ayırmağa) əsaslanan istehsal prosesində bir növ xammal və materialda bir neçə növ məhsul hazırlanır.
İstehsal prosesləri əmək predmetlərinə edilən təsirə görə mexaniki, fiziki, kimyəvi proseslərə bölünür. Mexaniki istehsal prosesləri zamanı əmək predmetinin forma və ölçüsünün dəyişməsi mexaniki güc vasitəsilə, fiziki və kimyəvi proseslər zamanı isə əmək predmetinin daxili quruluşundakı dəyişikliklər isə istiliyin, kimyəvi reaksiyalann və elektrik enerjisinin təsirkəri altında baş verir.
Fəhlələrin istehsal prosesində iştirakı miqyasından asılı olaraq onlar sırf əl əməyinə əsaslanan, qismən və tam mexanikləşdirilmiş və avtomatlaşdırılmış proseslərə ayrılır. Əl əməyinə əsaslanan istehsalda işlər maşın və mexanizmlərin köməyi olmadan yerinə yetirilir; qismən mexanikləşdirilmiş istehsallarda ayrı-ayrı əməliyyatlar, xüsusilə əsas istehsal proseslərində əl əməyi maşın və mexanizmlərlə əvəz olunur; tam mexanikləşdirilmiş istehsallarda - maşın və mexanizmlərin idarə edilməsi istisna olunmaqla - bütün istehsal əməliyyatlın qarşıhqlı şəkildə əlaqələndirilmiş maşın və mexanizmlər vasitəsilə yerinə yetirilir; avtomatlaşdınlmış istehsallarda isə bütün istehsal prosesinin, o cümlədən maşın və mexanizmlərinin idarə edilməsi işçilərin bilavasitə iştirakı olmadan, lakin onların nəzarətilə maşınlar tərəfindən yerinə yetirilir. Burada maşınları maşınlar idarə edir.
Vaxtaşırı təkrarlanmaq baxımından istehsal prosesləri fasiləli və fasiləsiz istehsallar kimi də qruplaşdırılır. Fasiləli istehsal proseslərinə maşınqayırma müəssisələrindəki istehsal prosesini, fasiləsiz istehsal prosesinə isə neft emalını misal göstərmək olar.
İstehsalın təşkili tipinə görə istehsal prosesləri fərdi, seriyalı və kütləvi istehsal proseslərinə bölünürlər. İstehsal proseslərinin bu və ya digər tipə aid olunması məhsul buraxılışının kütləvilik dərəcəsi göstəricisi vasitəsilə müəyyən edilir.
İstehsalın tipi məhsulun nomenklaturasının genişliyi, buraxılışın müntəzəmliyi, stabilliyi və həcmi ilə şərtlənən istehsalın texniki, təşkilati və iqtisadi xüsusiyyətləri ilə müəyyən olunur. İstehsalın tipini xarakterizə edən əsas göstərici əməliyyatların təhkim olunma əmsalıdır. Bu göstərici müəyyən vaxt vahidi ərzində yerinə yetirilən və ya yetirilməli olan müxtəlif texnoloji əməliyyatların iş yerlərinin sayına nisbəti kimi müəyyən edilir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin