Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Mövzu 3. Sənaye müəssisəsinin istehsal proqramının tərtib edilməsi metodikası



Yüklə 0,95 Mb.
səhifə15/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   11   12   13   14   15   16   17   18   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Mövzu 3. Sənaye müəssisəsinin istehsal proqramının tərtib edilməsi metodikası
3.1. Müəssisədə planlaşdırmanın mahiyyəti və prinsipləri
Müəssisənin elmi əsaslarla idarə olunmasının ən mühüm cəhətlərindən biri də onun istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırılmasıdır. Planlaşdırma idarəetmənin əsas funksiyasıdır.
Əgər planlaşdırmanın prinsipləri, planın tərtibində tətbiq olunan metod və istifadə olunan göstəricilər sistemi iqtisadi proseslərin mahiyyət və daxili əlaqələrini düzgün nəzərə ala bilirsə, belə planlaşdırma elmi planlaşdırma hesab olunur.
Qoyulmuş sualın şərhinə keçməzdən əvvəl, onun izahını asanlaşdıran bəzi anlayışların - "plan", "planlaşdırma", "proqram", "proqnoz" - mahiyyətini açmaq zərurəti vardır.
"Plan" yunan sözü olub məzmununa görə "rəvan", "bərabər" sözlərinə uyğun gəlir. Plan - məqsədi, məzmunu, həcmi, metodları, ardıcıllığı, icra olunma vaxtı göstərilməklə müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tutulan iş və tapşırıqların məcmusunu özündə əks etdirən sənəddir.
"Planlaşdırma" anlayışına, elmi cəhətdən formalaşdırılan biliklər sistemi kimi və habelə ictimai həyatın bütün sahələrinin şüurlu nizamlanmasına yönəldilmiş fəaliyyət növü, praktiki proses kimi də baxmaq olar. O, iqtisadi qanunlar və mövcud təcrübədən istifadə əsasında plan, proqram və layihələrin hazırlanması prosesidir.
"Proqram" - dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin məcmusudur. Plan - proqramda öz əksini tapan tədbirlərin rəvan, bir qaydada realizə olunması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan konkret və kompleks tədbirlər sistemidir. Göründüyü kimi, planla proqramın vəhdəti çox, fərqi isə azdır; proqram. Məqsəd və vəzifələrdirsə, plan onların yerinə yetirilməsi mexanizmidir, daha doğrusu, proqramın həyata keçirilməsi üçün məqsədyönlü konkret tədbirlərin məcmusudur.
"Proqnoz" - perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, üstünlük veriləcək sahələrin inkişaf istiqamətlərinə, strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mülahizə və tövsiyələrin məcmusudur. Proqnozlar vasitəsilə bütövlükdə iqtisadiyyatın, onun sahələrinin və təsərrüfat subyektlərinin yaxın və uzaq perspektiv üçün inkişaf istiqamətlərini müəyyən etmək imkaı əldə edilir.
Uzunmüddətli perspektiv inkişaf proqramları proqnozlar əsasında tərtib olunur. Proqnozlaşdırma əsasında gəlinən nəticənin dəqiqlik dərəcəsi yüksək olmasa da, onun üstünlüyü və vacibliyi, proqnozlara istinad edərək onların əsasında hər hansı ictimai-iqtisadi prosesin gələcək inkişafı üçün alternativ proqram variantlarını müəyyən etmək imkanının yaranması ilə izah edilir.
Proqnozlar əsasında orta bir müddəti əhatə edən - bir qayda olaraq beş illik proqramlar tərtib olunur. Belə proqramlar proqnozlara nisbətən daha dəqiq və konkret olur, çoxsaylı iqtisadi, sosial, elmi-texniki və təşkilati problemlərin həllini nəzərdə tutur. Proqramların əhatə etdiyi dövr üçün onun yerinə yetirilməsi planı işlənib hazırlanır.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin