Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu



Yüklə 0,95 Mb.
səhifə11/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   7   8   9   10   11   12   13   14   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

- fasiləsizlik prinsipi - əməliyyatlararası fasilələrin maksimum ixtisar edilməsini nəzərdə tutur;
- ahəngdarlıq prinispi - müəyyən miqdar məhsulun hazırlanması üzrə istehsal prosesi və onu təşkil edən ayrı-ayrı tərkib hissələrinin eyni vaxtdan bir təkrar olunmasına əsaslanır.
Müəssisədə istehsalm təşkili prosesində əməliyyatlarm əlaqələndirilməsi vaxt və məkan baxımından həyata keçirilir və bunlarsız istehsalın səmərəli təşkili, ümumiyyətlə, qeyri-mümkündür.
İstehsalın təşkilinin vaxt strukturu istehsal prosesinin elementlərinin vaxta görə qarşılıqlı təsiri qaydası ilə müəyyən edilir. Vaxt strukturunun növlərinə görə istehsalın təşkili formaları əmək predmetlərinin istehsala verilməsinin ardıcıl, paralel və paralel-ardıcıl (qarışıq) formaları fərqləndirilir.
Əmək predmetlərinin texnoloji prosesə ardıcıl verilməsinə əsaslanan istehsalın təşkili forması emal edilən materialın bütün istehsal sahələri üzrə istənilən miqdar partiyalarla hərəkətini təmin edən istehsal amillərinin əlaqələndirilməsini özündə əks etdirir. Belə halda əmək predmetləri növbəti iş yerlərinə əvvəlki əməliyyatda bütün partiyanın emalı başa çatdıqdan sonra verilir, yəni hər bir əməliyyatda detallar partiyalarla emal edilir. Belə forma istehsal proqramındakı yarana biləcək dəyişikliklərə qarşı daha çevik olur, avadanlıqlardan kifayət qədər tam istifadə etməyə imkan verir. İstehsalın təşkilinin bu formasının çatışmamazlığı istehsal tsiklinin nisbətən - nisbi mənada - uzunluğu ilə əlaqədar olur. Belə ki, hər bir detal sonrakı əməliyyatın yerinə yetirilməsini bütün partiyaya daxil olan detalların emalının başa çatdırılması qədər gözləməli olur.
Əmək predmetlərinin texnoloji prosesə ardıcıl verilməsi zamanı, istehsal tsiklinin uzunluğu (Ti.t.a) aşağıdakı düsturun köməyi ilə müəyyən edilır:

T i.t.a = Td x N


Burda, Td- dəstədəki detalların sayı;
N - bütün əməliyyatlarda bir detalın emalına faktiki vaxt məsrəfidir.
Əmək predmetlərinin paralel verilməsi prinsipinə əsaslanan istehsalın təşkili forması əmək predmetlərinin əməliyyatdan əməliyyata tək-tək və partiyadakı bütün detalların emalını gözləmədən buraxmağa imkan verən istehsal amillərinin əlaqələndirilməsinə əsaslanır. İstehsalın belə təşkili emalda olan detalların sayını, anbar və keçidlər üçün zəruri olan sahəyə tələbatı azaltmağa gətirib çıxarır. İstehsalın təşkilinin paralellik formasının çatışmazlığı əməliyyatların yerinə yetirilməsi müddətlərindəki fərqlərlə əlaqədar avadanlıqların və fəhlələrin boşdayanması ilə müşayət olunur.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin