Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Ümumiyyətlə, normalaşdırma - əmək və maddi resursların zəruri məsrəflərinin elmi cəhətdən əsaslandırılmış plan ölçüsünün müəyyən edilməsidir



Yüklə 0,95 Mb.
səhifə19/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   15   16   17   18   19   20   21   22   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Ümumiyyətlə, normalaşdırma - əmək və maddi resursların zəruri məsrəflərinin elmi cəhətdən əsaslandırılmış plan ölçüsünün müəyyən edilməsidir.
Canlı əməyin normalaşdırılmasında məqsəd, hər şeydən əvvəl, verilən həcmdə işin icrası üçün zəruri vaxtın, yəni vaxt normasının müəyyən olunmasıdır.
Əməyin normalaşdırılması dövrün texnoloji istehsal üsulunun texniki səviyyəsinə, istehsalın və əməyin təşkili vəziyyətinə, qabaqcıl iş metodlarına əsaslanmalıdır. Yalnız bunların nəzərə alınması ilə mütərəqqi, səfərbəredici vaxt normalarını işləyib hazırlamaq mümkün olar.
Vaxt norması (buna istehsal norması da deyilir) məhsul istehsalı zamanı kəmiyyətcə ölçülməsi, uçotu mümkün olan əməliyyatlar üçün işlənib hazırlanır və istifadə edilir.
Canlı əməkdən məsrəf normaları vasitəsilə, nəticə etibarilə, həm də iş qüvvəsinə tələbat, əmək məhsuldarlığı və iş vaxtından istifadə səviyyələri, əmək haqqı fondunun həcmini müəyyən etmək və öyrənmək mümkün olur.
Material məsrəfi norması - plan dövrünün xüsusiyyətləri nəzərə ahnmaqla tələb olunan keyfiyyətdə məhsul vahidi istehsalına (vahid həcmdə xidmət göstərilməsinə) xammal və ya materialdan sərfiyyatın elmi cəhətdən əsaslandırılmış minimum həddi və yaxud maksimum yol verilə bilən ölçüsüdür.
Material məsrəfi norması iqtisadi kateqoriya kimi ictimai əmək bölgüsünün səviyyəsini, xammal və ya materialdan sərfiyyatın ölçüsünü və, nəticə etibarı ilə, istehsalın proqnozlaşdırılan səviyyəsini özündə əks etdirir. Bununla yanaşı mütərəqqi texniki-iqtisadi cəhətdən əsaslandırılmış məsrəf norması istehsalın texniki səviyyəsinin təkmilləşdirilməsinə fəal surətdə təsir göstərir. Beləliklə, məsrəf norması plan ilində material resursu sərfinin kəmiyyətini müəyyən etməklə ictimai istehsalın inkişafındakı mütərəqqi meylləri özündə əks etdirir və bütün bunlara görə də müəssisənin inkişaf planında özünü elmi-texniki tərəqqinin əsas istiqamətlərinin daşıyıcısı kimi göstərir.
Norma ilə müqayisədə normativ - nisbi kəmiyyət olmaqla -xammal, material, avadanlıq və s.-dən istifadə səviyyəsini xarakterizə edir (məsələn: fondverimi - 1 manatlıq əsas fonda düşən məhsulun miqdarı, I manatlıq əmtəəlik məhsulun maya dəyəri və s.).

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin