Məhsulun istehsalı və reallaşdırılması xərcləri planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır, mənfəət və rentabelik planlaşdırılır.
İstehsalın iqtisadi səmərəliliyinin artırılması planında hər ümumi göstəricilər üzrə, həm də ayrı-ayrı iqtisadi resurslardan kadrlardan, əsas fondlardan, dövriyyə vəsaitlərindən, investisiya qoyuluşlarından istifadənin səmərəliliyinin artırılmasına dair tapşırıqlar nəzərdə tutulur.
Maliyyə planımüəssisənin pul mədaxili və məxaricini, büdcə bank və digər subyektlərlə hesablaşmaları əks etdirir.
Müəssisənin inkişaf planının mühüm bölmələrindən olan kollektivin sosial inkişaf planında istehsal heyətinin əmək şəraitinin, məişət və istirahət problemlərinin həlli üzrə tədbirlər öz əksini tapır.
Müəssisənin inkişaf planının bütün bölmələri biri-birilə qarşılıqlı əlaqədə və asılılıqda olur. Məsələn, istehsal proqramı (sifarişlər portfeli) müəyyən edildikdən sonra onun yerinə yetirilməsinin material təminatı aydınlaşdırılmalıdır. Lakin istehsal proqramını yerinə yetirmək üçün material resurslarına tələbatı müəyyən etməklə iş bitmir. Bunun üçün müəssisənin maliyyə imkanları ilə resurslara tələbatın dəyər həcmi uzlaşdırılmalıdır və s. Bir sözlə, bölmələr arasındakı bütün asılılıq, səbəb-nəticə əlaqələri tam aşkar edildikdən və bölmələrin arasındakı kəmiyyət nisbətləri müəyyən edildikdən sonra həmin planın reallığına, əsaslandırılma səviyyəsinin düzgünlüyünə zəmanət vermək olar.
Müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin planlaşdırılmasından bəhs olunarkən, sahibkarlıq fəaliyyətinin planlaşdırılması, başqa sözlə, biznes-planların tərtibi, məqsədi, məzmunu, quruluşu və s. məsələlərin də, qısa da olsa, şərhi vacibdir. Biznes (sahibkarlıq) - məqsədi mənfəət əldə etmək olan iqtisadi (burada söhbət istehsal sahibkarlığından gedir) fəaliyyət növüdürsə, deməli, biznes-plan həmin məqsədə çatmaq üçün həyata kecirilməsi nəzərdə tutulan tədbirlər sistemidir.
Biznes-planın tərtibində ümumi məqsəd istehsal sahibkarlığı üçün maliyyə mənbəyi tapmaq, investorları biznes fəaliyyətinə şirnikləndirməkdir.
Biznes-planın məzmununa gəlincə ilk əvvəl, mənfəət əldə etməklə yanaşı digər məqsədləri (sosial məqsədlər, sahibkarın statusunun yüksəldilməsi və s.) tam təfsilatı ilə birinci bölmədə verilir. Sonrakı bölmələrdə biznes-planın əsas parametrləri və göstəriciləri, istehsal olunacaq məhsul və icra ediləcək xidmətlərin xarakteristikası, bazann tədqiqi və satışın həcmi, biznes-planın realizə edilməsi üçün tədbirlər, sövdələşmənin resurs təminatı və nəhayət, sahibkarlıq layihəsinin iqtisadi səmərəlilik məsələlərı öz əksini tapır.
Biznes-planın reallığı gələcək sahibkarlıq fəaliyyətinin təminatçısıdır. Biznes-planın elmi cəhətdən əsaslandırılaraq tərtibi, sövdələşmə baş tutduqdan sonra, inşa olunmuş müəssisədə planlaşdırma üçün istiqamətləndirici amil rolunu oynaya bilər; sahibkarlıq layihəsindən (biznes-plandan) real sahibkarlıq fəaliyyətinə keçid üçün həmin məsələ mühüm şərtdir.