Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Müəssisənin istehsal proqramının əsaslandırılması istehsal gücünün ilin hər hansı ayına, ilin əvvəlinə və ya axırına deyil, orta illik ölçüsü vasitəsilə aparılmalıdır



Yüklə 0,95 Mb.
səhifə25/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   21   22   23   24   25   26   27   28   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Müəssisənin istehsal proqramının əsaslandırılması istehsal gücünün ilin hər hansı ayına, ilin əvvəlinə və ya axırına deyil, orta illik ölçüsü vasitəsilə aparılmalıdır.
Orta illik istehsal gücü ilin əvvəlinə mövcud olan istehsal gücünə il ərzində işə salınan istehsal gücünü əlavə, il ərzində istehsaldan kənar edilən istehsal gücünün çıxılması yolu ilə hesablanılır.
Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatı şəraitində - tələb və təklif qanunlarının mexanizmləri işlədikcə - diversifikasiya prosesi çox mütəhərrik səciyyə daşıyacaqdır. Həmin proses tələb və təklifin tarazlıq vəziyyətindən asılı olaraq müəssisənin məhdud nomenklaturada məhsul istehsalından geniş nomenklatura və çeşiddə məhsul istehsalına keçməyə vadar edəcəkdir. Belə halda müəssisədə avadanlıqların texnoloji quruluşu yeni məhsulların istehsalı texnologiyasına uyğun gəlməyəcəkdir, yeni istehsal güclərini işə salmaq, lüzumsuzların isə ləğvi zərurəti yaranacaqdır. Məhz belə bir vəziyyət, istehsal proqramının dəyişməsi ilə əlaqədar olaraq istehsal gücünün yenidən müəyyən edilməsinin, xüsusilə, orta illik istehsal gücünün hesablanmasının əhəmiyyətini daha da artıracaqdır.
Nəhayət, istehsal proqramının istehsal gücünün köməyilə əsaslandırılmasına təsir göstərən başqa bir amil vardır ki, bu da həmin işi asanlaşdıra və çətinləşdirə bilər. Belə ki, plan ilində nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi imkanı sifarişlər portfelinin müxtəliflik dərəcəsindən xeyli asılı olur. Əgər məhsul istehsalı və xidmətlər göstərilməsi üzrə sifarişlər çox müxtəlifdirlərsə, hazırlanacaq məhsullar öz konstruktiv quruluşlarma və hazırlanma texnologiyalarına görə fərqlənirlərsə, onda müəssisənin istehsal avadanlıqlarının texnoloji quruluşları da mürəkkəb olur. Əgər istehsal olunacaq məhsul nomenklaturası məhdud və onların hazırlanma texnologiyaları oxşardırlarsa, deməli, müəssisənin ixtisaslaşma səviyyəsi yüksəkdirsə, onda müəssisənin tərtib etdiyi istehsal proqramı ilə onun istehsal gücü arasında tarazlığa nail olmaq nisbətən asan olur, çətinlik törətmir.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin