Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Bazar iqtisadi sistemində ayrı-ayrı müəssisələrin təsərrüfat fəaliyyətini qiymətləndirmək üçün "əlavə olunmuş dəyər" göstəricisindən istifadə olunur



Yüklə 0,95 Mb.
səhifə24/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   20   21   22   23   24   25   26   27   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Bazar iqtisadi sistemində ayrı-ayrı müəssisələrin təsərrüfat fəaliyyətini qiymətləndirmək üçün "əlavə olunmuş dəyər" göstəricisindən istifadə olunur. Bu göstəricini ümumi məhsulun dəyərindən kənardan alınmış maddi resursların və xidmətlərin dəyəri çıxılmaqla hesablayırlar. "Əlavə olunmuş" dəyərlə şərti-təmiz məhsul arasında heç bir fərq yoxdur. Əlavə olunmuş dəyərin bütün istehsallar üzrə cəmlənməsi vasitəsilə ölkənin ümumi daxili məhsulunu (ÜDM) müəyyən edirlər.
Müəssisənin istehsal proqramının başqa bir mühüm göstəricisi məhsulun plan çeşididir (assortimentidir).
Çeşid dedikdə, müəssisənin bazara təqdim etdiyi əmtəələr dəsti nəzərdə tutulur. Nomenklatura və ya əmtəə çeşidi - müəssisənin istehsal etdiyi məhsulların məcmusudur. Məhsul növü funksional xüsusiyyətlərinə, keyfıyyətinə və qiymətinə uyğun olaraq çeşıd qruplarına (tiplərinə) bölünür. Hər bir çeşid qrupu isə çeşid mövqelərinə bölünür ki, bu da təsnifatm ən aşağı pilləsini təşkil edir.
Bazar iqtisadiyyatı şəraitində məhsulun tam çeşidi firma və müəssisələrdə formalaşır. Müəssisələrin istehsal etdiyi məhsulun çeşidi onların öz istehlakçıları ilə bağlamış olduqları müqavilələr əsasında və habelə bazardakı tələb və təklifin uzlaşdırılması zəruriliyinə görə yaranır.
Müəssisədə istehsal həcminin planlaşdırılması resursların (əmək, kapital, maliyyə və s.), xüsusilə, onların bir növ törəməsi olan, istehsal gücünün ölçüsü ilə müəyyən edilə bilər. İstehsal gücünün mövcud olan ölçüsü və perspektiv imkanları nəzərə alınmadan istehsal həcminin planlaşdırılması, əvvəla, qeyri-mümkündür, ikincisi, həmin amili nəzərə almadan tərtib edilən plan mənfi nəticələrə gətirib çıxara bilər. Tərtib olunan hər bir plan fəaliyyət üçün "bələdçi" rolunu oynasa da, onun özünün reallığı resursların mövcudluğundan, onların ölçüsünün görüləcək işin həcminə uyğunluğundan asılı olur.
İstehsal gücü müəssisədə istehsalın həcmini planlaşdırarkən son dərəcə mühüm rol oynayır. İstehsal gücləri və onların istifadə dərəcəsi hər bir müəssisənin istehsal proqramını tərtib edərkən və əsaslandırarkən ilkin məlumat kimi istifadə olunur. Plan tapşırıqlarının reallığı onun müvafıq texniki-iqtisadi hesablamalarla, xüsusən də istehsal güclərinin ölçüsü ilə əsaslandırılması nəticəsində təmin edilir.
İstehsal gücünün müəyyən olunmasına "istehsal avadanlıqlarından və meydançalarından tam istifadə etməklə" hesablamaq kimi yanaşırlar. Məhz buna görə də istehsal gücünün düzgün hesablanmasında texnoloji avadanlıqlardan tam istifadə edilməsi onu müəyyən edən bir amil kimi çıxış edir. Avadanlıqlardan istifadə səviyyəsinin süni surətdə azaldılması istehsal gücünü də süni surətdə azaldır və müəssisənin əlavə avadanlığa ehtiyacı yaranır,

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin