Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Müəssisədə planlaşdırmanın metodları



Yüklə 0,95 Mb.
səhifə18/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   14   15   16   17   18   19   20   21   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

3.2. Müəssisədə planlaşdırmanın metodları

Planların əsaslılığı, reallığı və gərginliyi onların hazırlanması metodlarından, planların hesabat bazasının vəziyyətindən, planların ilkin bazasının nə qədər dərindən öyrənilməsi səviyyəsindən asılıdır. Müəssisədə planların tərtibi və əsaslandırılmasında tətbiq edilən metodları bir neçə qrupda birləşdirmək olar.


"Nail olunmuş səviyyədən" planlaşdırma istehsal-təsərrüfat tapşırıqlarının müəssisənin fəaliyyətini əks etdirən göstəricilərin faktiki formalaşmış dinamikası əsasında müəyyən olunmasına əsaslanır. Belə planlaşdırma çox vaxt səhv nəticələrə gətirib çıxarır, müəssisənin fəaliyyətinin yeni istiqamətlərinin, şərtlərinin, istehsalın təkmilləşdirilməsi amillərinin aşkar olunması ilə müşayiət olunmur.
Bununla yanaşı, planların tərtibində onların ilkin bazasının dərindən öyrənilməsi zəruridir. Bu məlumatlar baza dövründə mövcud olmuş çatışmazlıqları aradan qaldırmağa, plan ilində qabaqcıl təcrübəni yaymağa kömək edə bilir.
Planlaşdırmanın iqtisadi-statistik metodları plan göstəricilərinin kəmiyyətinin müəyyən olunmasında bir sıra statistik üsullardan - qruplaşdırma metodlarından, dinamik sıra metodundan və s. istifadəni, təshihedici əmsalların tətbiqini nəzərdə tutur. Bu metodlar yuxarıda qeyd olunan metoddan prinsipcə yaxşı olsa da, heç də həmişə plan hesablamalarına mütərəqqi xarakter vermir, çünki adətən hesabat məlumatlarına əsaslanır.
Proqnozlaşdırma, proqramın və habelə planların tərtibi planlaşdırma metodologiyasının normativ bazası - normalar, normativlər və göstəricilər olmadan qeyri-mümkündür.
Planlaşdırmanın normativ metodu planların texniki-iqtisadi cəhətdən əsaslandırılmasına imkan verir. Müasir dövrdə proqnozların, proqramların və planların tərtib olunmasının elmi bazası olan norma və normativlər sisteminin və ümumiyyətlə, normalaşdırma işinin rolu daha da artmışdır. Çünki, əvvəla, resursların məhdudluğu ilə mülkiyyət sahiblərinin daha çox gəlir əldə etmək məqsədləri arasındakı ənənəvi ziddiyyətin ciddi şəkildə güclənməsi, ikincisi, resurslardan maksimum qənaətlə istifadəyə cəhdin artması, üçüncüsü, istehsalın intensivləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi problemlərinin həlli mütərəqqi normativ bazanın mövcudluğundan bilavasitə asılıdır.
Material resursları sərfinin düzgün normalaşdırılması istehsalın texniki səviyyəsinin yüksəldilməsi, istehsaldaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi, materiallardan istifadədə qənaət rejiminin gözlənilməsi kimi işlərin lazımi keyfiyyətdə icra olunmasına bilavasitə köməklik göstərir. Normalaşdırmanın bir mühüm əhəmiyyəti də müəssisələrin konkret materiala tələbatının müəyyənləşdirilməsində həlledici rol oynamasıdır.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin