f). Əmək haqqı və mükafatlandırma menecmentin
iqtisadi metodunun tərkib hissəsidir.
Əmək haqqı – işçilərin sərf etdikləri əməyin kəmiyyətinə, keyfiyyətinə görə maddi və mənəvi tələbatlarını ödəmək üçün verilən haqdır. Əmək haqqı həm iqtisadi mexanizm, alət, həm də metod rolunu oynayır. Bir metod kimi əmək haqqı bilavasitə əməyin kəmiyyət və keyfiyyətindən asılı olaraq müəyyən edildikdə, işçiləri daha yaxşı işləməyə ruhlandırır, mümkün qədər daha çox işləməyə məcbur edir, ixtisasını, peşəsini daha da artırmağa həvəsləndirir. Əmək haqqı, onun forma və sistemlərinə aid çoxlu ədəbiyyat olduğundan və həmin kitabın xüsusiyyətini nəzərə alaraq, onların üzərində dayanmağı lüzum bilmirik. Amma, Azərbaycan Respublikasında əmək haqqının təşkilinin yeni sistemi haqqında və onun təkmilləşdirilməsi yollarını göstərmək menecmentin məzmunu baxımından zəruridir. Belə ki, 1998-ci ildən başlayaraq Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əmək haqqı yeni Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilməyə başlanmışdır. Bu sahədə respublika Nazirlər Kabineti (NK) müvafiq qərar qəbul etmiş, Azərbaycan Respublikasında VTC və ona əlavələri təsdiq etmişdir. Həmin qərarla göstərilir ki, VTC-n tətbiqi büdcədən maliyyələşən bütün müəssisə, idarə və təşkilatlar üçün məcburidir.
Təsərrüfat hesabı ilə işləyən digər müəssisə, idarə və təşkilatların işçiləri VTC əsasında təyin olunmuş əmək haqları müvafiq ixtisas dərəcəli işçinin əmək normasını yerinə yetirməsi üçün əməyin ödənişinin minimum məbləğinin (ƏƏMM) mütləq təminatıdır. ƏƏMM – sahə tarif sazişlərinin, kollektiv müqavilələrin bağlanmasında işverənlər, işçilər və həmkarlar ittifaqları arasında danışıqlıqlar üçün baza səviyyəsi hesab olunur.
VTC-də göstərilən tarif əmsallarının artımı yolu ilə, sahələrdə əmək şəraitini nəzərə almaqla fəhlələrin əməyinin ödənilməsi səviyyələrinin diferensiallaşması istehsalat sahələri müəssisələrinə həvalə edilmişdir.
Müəyyən edilmişdir ki, VTC əsasında təyin edilmiş işçilərin əməyinin ödənilməsi dərəcələri (kateqoriyaları) mütəxəssislər və rəhbərlərin attestasiyasının və fəhlələrin yenidən tarifləşdirilməsinin nəticələrinə görə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının ərazisində 10 dərəcəli (kateqoriyalı) və müvafiq tarif əmsalları müəyyənləşdirilmişdir. 10-cu dərəcəli tarif stavkasının məbləği-əməyin ödənilməsinin minimum məbləği səviyyəsində təyin edilir. VTC-n digər ödənilmə dərəcəli işçilərin tarif stavkaları 0-cı dərəcəli tarif stavkasının müvafiq tarif əmsalına vurmaq yolu ilə müəyyən edilir.
Cədvəl 11.5
Azərbaycan Respublikasında fəhlə və qulluqçuların Vahid tarif cədvəlində nəzərdə tutulan əməyin ödənilməsi dərəcələri və tarif əmsalları.
Tarif dərəcəsi
|
Tarif əmsalı
|
0
|
1,0
|
1
|
1,82
|
2
|
2,15
|
3
|
2,53
|
4
|
2,81
|
5
|
3,12
|
6
|
3,46
|
7
|
3,84
|
8
|
4,26
|
9
|
4,73
|
10
|
5,25
|
11
|
5,83
|
12
|
6,47
|
13
|
7,18
|
14
|
7,97
|
15
|
8,85
|
16
|
9,82
|
17
|
10,9
|
18
|
12,1
|
19
|
13,43
|
Fəhlə peşələri qüvvədə olan Vahid tarif sorğu kitabına uyğun olaraq VTC-n 1-8 dərəcələri üzrə tarifləşdirilir. Vacib və məsuliyyətli işlərdə çalışan yüksək ixtisaslı fəhlələr üçün tarif stavkalarını VTC-n 9-12 ödənilmə dərəcələrinə uyğun məbləğdə müəyyən edilə bilər.
Cədvəl 11.6
VTC-də bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələri üzrə əməyin ödənilməsi dərəcələri
İşçilərin vəzifələri və kateqoriyaları
|
Dərəcələr (kateqoriyalar)
|
|
Dostları ilə paylaş: |