Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Menecmentin sosial-psixoloji metodu



Yüklə 0,95 Mb.
səhifə78/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   74   75   76   77   78   79   80   81   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

11.4. Menecmentin sosial-psixoloji metodu.

Menecmentin sosial metodu - istehsalın səmərəliliyi təkcə texnika və texnologiyanın səviyyəsi, kollektivin maddi marağının yüksək olmasından, işin yaxşı təşkilindən deyil, həm də kollektivdə yaranmış psixoloji mühitdən, intizamlılıqdan və işə vicdanla yanaşmaqdan asılıdır. Beləliklə, kollektivin kəmiyyət və keyfiyyət xarakteristikası istehsalın nəticəsinə əhəmiyyətli təsir göstərir. Bu dəyişikliklərin öyrənilməsində idarəetmənin sosial metodu xüsusi rol oynayır.


İdarəetmənin sosial metodu kollektivin formalaşması və inkişafı prosesinə təsir göstərmə üsulu və fəndidir.
Hazırda hər bir kollektivin qarşısında mühüm sosial və siyasi məsələ - öz üzvlərini cəmiyyətin qabaqcıl üzvü kimi tərbiyə etmək məsələsi durur.
Yuxarıda deyilənləri nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, idarəetmənin sosial metodunun başlıca mahiyyəti statistika, hesabat və uçot materiallarında olmayan, yalnız tədqiqat yolu ilə aşkar edilən kompleks ictimai, təşkilati və psixoloji xarakterli məlumatlar əldə etmək və onların əsasında əməli tədbirlər hazırlamaqdan ibarətdir.
Kollektivin sosial fəaliyyətinin öyrənilməsi müxtəlif sosioloji tədqiqatlar metodları ilə aparılır. O metodlara anket üsulu, müsahibə, müşahidə, sənədlərin öyrənilməsi, riyazi statistika və ictimai eksperiment daxildir.
Psixoloji metod – müəssisə kollektivi arasında optimal psixoloji əhali-ruhiyyə yaratmaq yolu ilə insanlar arasında münasibətin tənzimlənməsinə yönəldilir.
İnsanların psixoloji fəaliyyəti ictimai-faydalı əməkdə daha da inkişaf edir. Əmək şəxsiyyətin təşəkkül tapmasını müəyyən edir. İnsan əmək prosesində zəruri vərdiş və bacarıq əldə edir ki, bu da baş beynin refleksləri vasitəsilə tamamlanmış olur.
Əməyin psixologiyası işçilərin yorulmasının, iş qabiliyyəti «həddinin», işi icra edən zaman diqqətinin yayınmasının aydın məqsədli olmamağının, işə yenilik hissi ilə yanaşmamağının və yaxud da əksinə olması halların psixoloji səbəb və qanunauyğunluqlarını acıb göstərir.
Əməyin təşkili sahəsində mühüm əhəmiyyətə malik olan məsələlərdən biri də işçilərin əməyə mənəvi marağı, işə inamı və ya inamsızlığı, əhval-ruhiyyəsi, qabiliyyəti, iradəsi kimi psixoloji vəziyyətlə əlaqədar olan hallarının istehsal əmək şəraitinə uyğun olaraq, düzgün obyektiv halda izah edilməsindən ibarətdir. Tətbiq edilmə sahələrindən asılı olmayaraq diqqətə, qavrayışa, yaddaşa, təfəkkürə, dərketməyə qarşı bir sıra tələblər irəli sürülür, əmək prosesinin iş fəndlərinin icra edilməsində psixoloji üsullardan birgə istifadə olunması tələb edilir. Çünki, əmək şəraitini yalnız kompleks təşkilati-texniki, psixoloji, fizioloji, gigiyenik və estetik amillər, səbəblər vasitəsilə ətraflı öyrənmək olar.
Əmək rejiminə psixoloji və zehni gərginlik, havanın temperaturu, rütubəti, iş yerlərinin işıqlandırılması və s. psixoloji amillər təsir göstərir.
İdarəetmənin psixoloji metoduna kollektiv və kiçik qrupların komplektləşdirilməsi, əməyə humanist münasibətin psixoloji cəhətdən əsaslandırılması, peşə seçilməsi və öyrənilməsi metodları daxildir.
Kollektiv və kiçik qrupların komplektləşdirilməsi – qruplarda olan işçilər arasında optimal say nisbətlərini müəyyən etməyə imkan verir. Aparılan konkret sosioloji tədqiqat əsasında həmin qrupun tərkibində olan işçilərin bir-birinə olan münasibəti və yaxud onun hər hansı üzvünün kollektivdə tutduğu mövqeyi müəyyənləşdirilir.
Əməyə humanist münasibət metoduna iş yerində işığın, rəngin, musiqinin, əməyin yeknəsəqliyinin işçilərə psixoloji cəhətdən təsirinin öyrənilməsi daxildir.
İdarəetmə işində işçiləri psixoloji cəhətdən inandırmaq başlıca məsələdir. Bu metodun mənəvi həvəsləndirmədən fərqi ondan ibarətdir ki, o, işçiləri əməyə daha yaxından cəlb etməyə istiqamətləndirir. İşçiləri inandırmaq müxtəlif əmək motivlərinin formalaşması yolu ilə təmin edilir. Motivlərin formalaşması, daha doğrusu, əməyə yaradıcı münasibət peşə marağı, əməyin yaradıcı məzmununun təşkili və s. işçiləri daxilən əmək fəaliyyətinə həvəsləndirir.
Peşələrin seçilməsi və öyrənilməsi metodu işçilərin yerinə yetirdikləri işə uyğun olmalı, lazımi psixoloji xarakterlərin inkişafına kömək etməlidir.
Beləliklə, idarəetmənin psixoloji metodu iqtisadi, sosial, təşkilati-inzibati metodlar kompleksində həyata keçirilməlidir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin