Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


İnformasiyanın təsnifləşdirilməsi



Yüklə 0,95 Mb.
səhifə81/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   78   79   80   81   82   83   84   85   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

13.2. İnformasiyanın təsnifləşdirilməsi.

İdarə edilən sistemin bölmələri üzrə informasiyalar aşağıdakı kimi təsnif edilə bilər (Şəkil13.1):


1.İqtisadi, təşkilati, sosial, texniki informasiyalar.
2. Əks olunma formasına görə informasiya vizual, audiovizual, audio informasiya növlərinə ayrılır.
Vizual informasiya qrafiklər, cədvəllər, şəkillər və s. vasitələrlə verilən informasiyalara deyilir.
Audiovizual informasiya vizual və səs vasitəsilə verilən (ötürülən) informasiyaları özündə birləşdirir. Bu cür informasiyalar kinoqurğuları, televiziya aparatları, video aparatlar, kompüterlər və s. vasitəsi ilə qəbul edilən informasiyadır.
3. Təqdim edilmə formasına görə - rəqəmli, hərflə, kodla verilən informasiyalar fərqləndirilir.
4. Əmələgəlmə mənbələrinə görə - daxili və xarici (müəssisədaxili və müəssisəxarici) informasiyaları ayırırlar.
5. İdarəetmə qərarlarının hazırlanmasındakı rollarına görə informasiyalar – plan, hesabat, statistik, nəzarətedici və s. informasiyalara bölünür.
6. İdarəetmə prosesində informasiyalar müxtəlif təhlillərə məruz qalır ki, onun da nəticəsində yeni informasiyalar meydana çıxır. İşlənmə, təhlil dərəcəsinə görə informasiyalar ilkin və törəmə informasiyalara ayrılır.
İdarəetmənin keyfiyyəti xeyli dərəcədə ilkin informasiyaların toplanmasının, işlənməsinin, saxlanmasının, ötürülməsinin təşkili səviyyəsindən asılıdır, çünki bütün informasiya axını, onun düzgünlüyü, habelə törəmə informasiyaların doğruluğu ilkin informasiyalardan asılıdır.
7. İnformasiyalar, onlardan aktiv istifadə edilməsi vaxtına görə daimi və dəyişən informasiyalara bölünür. Daimi informasiyalar çox vaxt normativ, reqlamentləşdirici aktlar, uzunmüddətli tapşırıqlar və s. formasında istifadə edilir. Dəyişən informasiyalara çox da uzun olmayan müddət ərzində istifadə edilən cari, operativ informasiyalar daxildir.
8. İdarəetmə səviyyəsinə görə - sexlər, sahələr, iş yerləri və müəssisə üzrə informasiyalar ayrılır.
9. Məhsuldar istifadə edilmə imkanına görə informasiyalar – faydalı, yalan, artıq informasiyalara bölünür.
İdarəetmə prosesinin konkret təhlili, onun informasiya ilə təminatının real təşkilat strukturu, idarə edən sistemin hansı informasiyalardan, nə həcmdə, hansı nisbətdə istifadə etdiyini əks etdirir və idarəetmə prosesinin səmərəli təşkilinə şərait yaradır

Vizual Rəqəmlə
Audiovizual Hərflə
Audioinformasiya Kodla

Ötürülmə formasına görə



İdarəetmə prosesində roluna görə
Hesabat
Plan
Statistik
Nəzarətedici

Şəkil13.1.Müəssisənin idarə edilməsi sistemində istifadə edilən informasiyaların təsnifatı
.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin