Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


İnformasiya sistemi, onun yaranması və inkişafı



Yüklə 0,95 Mb.
səhifə82/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   78   79   80   81   82   83   84   85   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

13.3.İnformasiya sistemi, onun yaranması və inkişafı.

İnformasiya sistemi – idarəetmə prosesinin informasiya ilə təmin olunmasını təşkil edən vəsait olub, bütün idarə sisteminin bölmələrinə lazım olan dəqiq məlumatların vaxtında verilməsinə imkan verir. İnformasiya sistemi aşağıdakı elementləri özündə əks etdirir: informasiyaların toplanması halqası; informasiyaların dövretmə yolu; informasiya daşıyıcıları; informasiya işlərinin texniki vəsaiti.


İnformasiya sistemi aşağıdakı parametrlərlə xarakterizə olunur: bütün halqalardakı informasiyaların həcmi; daim hərəkətdə olan axın xarakterli informasiyaların həcmi; informasiya sisteminin yollarının buraxıla bilmə qabiliyyəti; informasiya sisteminin dəqiq fəaliyyəti; informasiya işlərində operativlik dərəcəsi;
İnformasiya sistemi müxtəlif ola bilər. Onların tərtib edilməsi zamanı idarəetmənin məqsədi və onun prosesinin xüsusiyyəti nəzərə alınmalıdır.
İnformasiya sisteminin təşkili üzrə mövcud olan bütün variantları müxtəlif halqalar üzrə təsnif etmək olar ki, onların da hər biri onun bu və ya digər xüsusiyyətini açıb göstərir:
1. İdarəetmənin müxtəlif səviyyələrinə görə - informasiyaların toplanması dərəcəsini mərkəzlənən və qeyri-mərkəzlənən sistem kimi ayırmaq olar.
2. Əhatə dairəsinə görə - informasiya sistemi kompleks və lokal sistemlərə bölünür. Lokal sistemi məlumatları ayrı-ayrı problem və ya idarəetmə funksiyaları üzrə istiqamətləndirir. Kompleks sistem isə idarəetmə prosesində bütün məlumatların olmasını tələb edir.
3. Təyinatına görə - istehsalat informasiya və elmi-texniki informasiya sistemləri fərqləndirilir.
4. İnformasiya işlərinin mürəkkəblik dərəcəsinə görə - sadə və mürəkkəb informasiya sistemlərini ayırırlar.
5. İnformasiyaların işlədilməsinin avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsinə görə - əl ilə işlənən mexanikləşdirilmiş və avtomatlaşdırılmış sistemlər mövcuddur.
Avtomatlaşdırılmış informasiya sistemi də öz növbəsində müxtəlif ola bilər. Hazırda informasiya-sorğu, informasiya-axtarış, hesabat, izləyici, məntiqi əməliyyat sistemlərindən istifadə edilir. Onlar müasir informasiya texnikasından istifadə etməklə işin xarakteri üzrə fərqləndirirlər.
İnformasiya sisteminin təkmilləşdirilməsi – idarəetmə prosesinin təkmilləşdirilməsinin başlıca istiqamətlərindən biridir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin