Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Mövzu 12. İdarəetmənin təşkili prosesi



Yüklə 0,95 Mb.
səhifə79/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   75   76   77   78   79   80   81   82   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Mövzu 12. İdarəetmənin təşkili prosesi.
:

12.1. İdarəetmə prosesinin məzmunu
İdarəetmə prosesi – rəhbər işçilərin və idarə aparatının vahid məqsədyönlü fəaliyyəti olub, müəyyən məqsədə çatmaq üçün kollektivin birgə işinə əsaslanır. İdarəetmə prosesinin məzmununu aşağıdakılar xarakterizə edir: prosesin mərhələləri və pilləsi; əməliyyat və onun pillələr üzərində paylanması; əməliyyatı həyata keçirən vəsait; əməliyyatın həyata keçirilməsi üsulu.
İdarəetmə prosesinin mərhələsi – onun məzmunu və idarəetmə fəaliyyəti üçün xarakterik olan əməliyyatların yerinə yetirilməsi ardıcıllığı ilə müəyyən edilir. İdarəetmə prosesinin pilləsi mərhələlər arasında əlaqəni əks etdirir. İdarəetmə prosesinin mahiyyətinə görə, onu aşağıdakı mərhələlərə ayırmaq olar: məqsəd, şərait, problem, qərar, istehsalın son nəticəsi (Şəkil 12.1).
İdarəetmə fəaliyyəti məhz həmin ardıcıllıqla həyata keçirilir. Əks təqdirdə qəbul edilmiş qərar səmərəsiz ola bilər.
İdarəetmə prosesi və ona təsir, qarşıya qoyulan məqsədin formalaşmasından asılıdır, ona görə ki, idarəetmə müəyyən məqsədə çatmaq üçün həyata keçirilir.
Prosesinin mərhələsi mövcud şəraitin təhlilidir. Şərait dedikdə, idarəedən sistemin vəziyyəti başa düşülür, idarəetmə prosesində mövcud şəraitin təhlili, sistemin vəziyyətin qiymətləndirilməsi ilə əlaqədar işlərin məcmusunu xarakterizə edir, onların yaxşılaşması üçün yollar axtarır.
Problem mərhələsi – sistemin cari vəziyyətinə əks təsir göstərən amilləri aydınlaşdırır.
Qərar mərhələsi isə rəhbər işçinin fəaliyyətinin əməli təşkilinə keçiddir. İdarəetmə prosesi həmçinin aşağıdakı pillələrdən ibarətdir: məqsədəçatma, informasiya işləri, analitik iş, optimal təsirin seçilməsi və idarə olunan sistemdə işin təşkili və istehsalın səmərəliliyi.
İstehsalın son nəticəsi mərhələsində qərarın tam və intensiv icrası təmin edilməlidir.
Menecmentin təşkili prosesini həyata keçirən əsas vəsait informasiyadır. Təsir vasitələrinə həm də idarə aparatında geniş istifadə olunan texniki vəsaitlər aiddir ki, onlardan da əsasən məlumatların işlənməsində, başqa orqana verilməsində istifadə edilir. Əməyin xarakterindən asılı olaraq, həmin prosesin həyata keçirilmə qaydasını iki qrupa ayırmaq olar.
Birinci qrup qaydaya – məlumatların yığılması, saxlanması, başqa orqana verilməsi, onların işlədilməsi, təhlili, hesabat aparılması və müxtəlif variantlı qərarlar hazırlamaq daxildir.

İkinci qrup qaydaya – izahetmə, inandırma, mükafatlandırma, tapşırıqların bölüşdürülməsi, icraetmə, məcburetmə və s. daxildir. Deməli idarə etmək üçün təkcə məsələni həll etmək deyil, həm də neçə həll etmək, işçiləri icra etməyə məcbur etmək, maraqlandırmaq, inandırmaq, aydınlaşdırmaq, nəzarət etmək və s. lazımdır. Məhz rəhbər işçilərin fəaliyyət dairəsi bu qaydaların məcmusunu təşkil edir. İdarəetmədə, analitik-informasiya işləri ilə əlaqədar olan hər bir məsələ rəhbərin qəbul etdiyi qərarla tamamlanır və yalnız rəhbərin əməli fəaliyyəti, onun insanlarla birgə işi idarəetməni real nəticələrə gətirib çıxarır.





Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin