1
|
2
|
Rəhbər işçilər:
|
Direktor
|
16-18
|
Baş mühəndis
|
13-17
|
Baş direktorun müavinləri
|
12-16
|
Baş mütəxəssis
|
13-17
|
Müdirlər (funksional bölmələr üzrə)
|
4-5
|
Şöbə rəisi
|
11-14
|
Sahə (növbə rəisi)
|
7-12
|
Sex rəisi
|
11-14
|
Sahə ustası (böyük usta)
|
6-11
|
İş icraçısı
|
8-11
|
Mütəxəssislər:
|
Mühəndislər
|
6-11
|
İqtisadçılar
|
6-11
|
Mühasib
|
5-11
|
Təftişçi - mühasib
|
7-11
|
Əmtəəşünas
|
6-11
|
Psixoloq
|
6-11
|
Texnoloq
|
6-13
|
Konstruktor – rəssam (konstruktor)
|
6-13
|
Hüquqşünas
|
6-11
|
Arxitektur
|
6-13
|
Texniklər
|
4-8
|
İnspektor (böyük inspektor)
|
4-5
|
Laborantlar
|
4-5
|
Dispetçerlər
|
4-5
|
Texniklər:
|
Kargüzar
|
3
|
Katibə-makinaçı (katibə)
|
3
|
Makinaçı
|
3-4
|
Arxiv işçisi
|
3
|
Tabelçi (uçotçu)
|
2
|
Kassir
|
3-4
|
Təsərrüfat müstəqilliyi şəraitində müəssisələrdə əmək haqqının Vahid fondu (ƏHVF) və ya istehlak fondu, yaradılmışdır ki, onun da tərkibinə – fəhlə və qulluqçuların əsas və əlavə əmək haqqı, maddi maraq fonduna ayırmalar, birdəfəlik müavinətlər və s. daxildir. ƏHVF yaradılması müəssisədə həm bu sahədə uçot və hesabat işlərini yaxşılaşmış, həm də fondun formalaşmasını və istifadəsi işini xeyli asanlaşdırmışdır.
Müasir şəraitdə istehsalın səmərəliliyinin məqsədini həyata keçirmək üçün mükafatlandırma sisteminin həvəsləndirici rolunu gücləndirmək, əməyin istehsalın son nəticəsi ilə əlaqələndirilməsinə nail olmaq və nəticədə sosial-iqtisadi şəraitin yaxşılaşdırılmasına şərait yaratmaq vacib məsələdir.
g) Mənfəət və rentabelliyin menecmentin iqtisadi metodunda rolu.
Mənfəət (gəlir) istehsalın səmərəliliyinin ümumiləşdirici, yekun göstəricisidir. Bu mövzuya dair çoxlu ədəbiyyat mövcuddur və tələblər mənfəət və rentabellik göstəricilərini mahiyyətini sənayenin iqtisadiyyatı və təşkili fənlərində ətraflı öyrənirlər. Odur ki, burada onlardan ətraflı danışmağı lüzum bilmirik. Həmin göstəricilərin bu kitabda ümumi şərhi verilmişdir. Mənfəət – müəssisəni xalis gəlirini təşkil etməklə, məhsulun istehsalına və satışına çəkilən xərclərlə, həmin məhsulun qiyməti arasındakı fərqdir. (M=Q-M). İstehsal kollektivinin sərəncamında olan mənfəət-müəssisənin xalis mənfəəti, xalis gəliri və ya hesablanmış mənfəəti adlanır:
Rentabellik müəssisənin səmərəlilik göstəricisi olub, müəyyən dövr ərzində təsərrüfat fəaliyyətinin son nəticəsini xarakterizə etməklə yanaşı, istifadə edilən istehsal fondların və mənfəətin miqdarı ilə müəyyən edilir. Bir sözlə, məhsul vahidinin rentabelliyi mənfəətin maya dəyərinə olan nisbətinin faizlə ölçüsüdür (R=M/Mx100 və ya mənfəətin, əsas fondların, normalaşdırılan dövriyyə vəsaitlərinin məcmuna olan nisbətinin faizlə ifadəsidir (R=M/Ə + Dvx100).
Bu ümumiləşdirici göstəricilər fəaliyyətinin nəticələrini və onun işinin yekunlarını düzgün olduğunu əks etdirməklə, istehsalın idarə edilməsini asanlaşdırır, ehtiyat imkanlarını aşkara çıxarmağa, təsərrüfat fəaliyyətinin obyektiv və subyektiv cəhətlərinə qiymət verməyə, o sahədə kompleks tədbirlər işləyib həyata keçirməyə imkan verir.
Dostları ilə paylaş: |