Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


e) Kredit sistemi menecmentin iqtisadi metodunun tərkib hissəsidir



Yüklə 0,95 Mb.
səhifə74/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   70   71   72   73   74   75   76   77   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

e) Kredit sistemi menecmentin iqtisadi metodunun tərkib hissəsidir.
Kredit – iqtisadi münasibətlərin sistemi olub, onun başlıca məqsədi müvəqqəti sərbəst qalan pul vəsaitini, qaytarılmaq və ödəmə şərti ilə, səfərbər edib geniş təkrar istehsalı təmin etsin. Başqa sözlə kredit–dəyəri bir şəxsin, müəssisənin və dövlətin qaytarılmaq şərtilə və adətən faiz ödəməklə müvəqqəti olaraq dəyər verərkən meydana çıxan iqtisadi münasibətlərin bir formasıdır.
Məlumdur ki, əmtəə – pul dövriyyəsinin fasiləsiz artımı şəraitində müəssisələrdə müvəqqəti sərbəst qalan pul ehtiyatları yaranır, digər müəssisələr isə istehsalı genişləndirmək, yenidən qurmaq, yeni məhsul növü mənimsəmək məqsədli ET və KTİ aparmaq və s. üçün əlavə pul vəsaitinə müvəqqəti ehtiyacı olur. Məhz kreditin köməyi ilə sənayedə bir müəssisənin sərbəst pul vəsaitindən digər müəssisənin ehtiyacları üçün istifadə etməyə təminat verilir. Kredit birbaşa və məqsədli olub, kredit vəsaitinə tələbat və ondan səmərəli istifadə edilməsini nəzərə almaqla verilir.
Kreditləşmə üçün bankların mənfəətindən və nizamnamə fondundan eləcə də dövlət büdcəsindən, əhalinin vəsaitindən və s. də istifadə edilir. Deməli, kredit fondunun yaradılması və istifadə edilməsi – təsərrüfat fəaliyyətinin idarə edilməsinin mühüm cəhətidir. Kredit təsərrüfat hesablı müəssisənin çatışmayan dövriyyə vəsaitini tamamlayır, istehsalın fasiləsizliyini təmin edir, istehsal fondlarından səmərəli istifadə etməyə, istehsal proqramını yerinə yetirməyə şərait yaradır. Kredit münasibətləri – təsərrüfat hesabının ayrılmaz hissəsidir.
Kredit sistemi (mexanizmi) göstərilmişdir.
Kreditin aşağıdakı bir sıra formaları mövcuddur:
Bank krediti – bankın hesabına ödəniş aparılarkən həmin bankdan alınan kredit.
Dövlət vəsaitindən ayrılan kreditlər.
Pullu – qızılla və ya sərbəst çevrilən valyuta ilə verilən və ödənilən kreditdir.
İnvestisiyalı – bir obyektin tikintisinə yönəldilən məqsədli kredit.
Məhdud – borcların kontrakt çərçivəsində müəyyən dövr ərzində olacaqları malların göndərilməsinin haqqını ödəməsi üçün bank tərəfindən verilir.
Dövlətlərarası – dövlətin borcalan və borcverən kimi iştirak etdiyi kredit münasibətlərinin məcmusu.
Gömrük - bəzi ölkələrin gömrük idarələrinin təqdim etdikləri gömrük rüsumunun ödənilmə vaxtının uzadılması üçün vergi faizinin ödənilməsinə yönəldilən vəsait.
Əmtəə – maşın, avadanlıq, dəzgah və s. şəkildə olan kredit.
Stendbay-bay («Stend bay» - stend bay müqaviləsi əsasında 1952-ci ildən BVF-dan onun üzvü olan dövlətlərə verilən (1-3 il müddətinə) vəsaitdir) – beynəlxalq valyuta fondunun (BVF) üzvü olan ölkələrə fondla razılaşdırılmış müəyyən məqsədlər üçün, müqaviləyə əsasən əvvəlcədən razılaşdırılmış məbləğ həddində və şərtləşdirilmiş müddət ərzində avtomatik olaraq və istənilən vaxtda mili valyuta ilə dəyişməkdə verilən xarici valyuta.
İxracat – malların satılmasını və başqa xidmətləri maliyyələşdirmək məqsədilə xarici alıcılara və ya onların banklarına verilən kredit. Bu kredit xarici alıcıya kimi tərəfindən verilməsindən asılı olaraq iki hissəyə ayrılır: firma (ticarət) və bank krediti.
Müəssisələr kreditdən istifadə etdiklərinə görə muzd (mükafat haqq) verirlər. Kredit alan müəssisənin onu ödəmə qabiliyyəti olmalıdır. Ödəmə qabiliyyəti – kredit almaq üçün zəmin olması və həmin borcu qaytarmaq qabiliyyəti başa düşülməlid

Кредит системи



Кредитин цмуми формалары

- банк
- дювлят


- коммерсийа
- бейнялхалг
-истещлак
-мящдуд
-инвестисийалы

Сярф едилмя обйектляри цзря

Кредитин идаря едилмяси
Норматив-техники вя щцгуги сянядляр системи

Узун мцддятли кредит

Гыса мцддятли кредит

- ямтяя-материал ещтийатлары йаратмаг цъцн
-мювсцмц хярчляр цъцн
-эялячяк дюврцн хярчлярини юдямяк цъцн
-ъатышмайан дювриййя вясаитин мцвяггяти бярпа етмяк цъцн
-ямяк щаггы юдямяк мягсядиля
-аккредитивляр вя хцсуси щесаблар аъмаг цъцн
-лимит ъяки алмаг цъцн
-тямир-тикинти ишляринин ичрасы цъцн
- юдянишли кредит
-ганунверичиликдя нязярдя тутулан диэяр нювляр (формалар) вя с.

Şəkil 11.2. Kredit sisteminin mexanizmi


Kreditin ən çox yayılmış formalarından biri – kommersiya kreditidir. O, məhsulun satışı prosesində müddətli ödəniş kimi çıxış edir .belə formada olaq kreditin başlıca məqsədi əmtəələrin (malların) qısa müddətdə satılmasını təmin etməkdir.


Sövdələşmə zamanı kredit sənədi veksel şəklində təzahür olunur.
Veksel – qanunla nəzərdə tutulmuş şəkildə tərtib olunmuş və onun sahibinə müəyyən olunmuş vaxt keçdikdən sonra öhdəlik vermiş (akseltləşdirilmiş) şəxsdən sənəddə göstərilmiş pul məbləğini qəti tələb etmək hüququ verən borc iltizamının xüsusi formasıdır.
Vekselin iki forması – barat (tratta) və sadə mövcuddur.
Barat (tratta) – bir şəxsin digər şəxsə onun üçüncü şəxsə müəyyən müddətdə, müəyyən məbləğdə pul verilməsi haqqında yazılı sərəncamıdır (əmridir). Vaxtı göstərilməmiş barat vekseli təqdim olunarkən onun haqqı ödənilməlidir.
Sadə veksel – bir və ya bir necə şəxsin müəyyən məbləğ pulu, müəyyən edilmiş vaxtda ödəyəcəkləri barədə şərtsiz yazılı öhdəlik, iltizam. Sadə veksel eyni dərəcədə məsuliyyət daşıyan bir necə şəxs tərəfindən verilə bilər.
Qısa şəkildə veksel – kredit sənədi olub qısamüddətli kredit sövdələşmələrini əks etdirir. Veksel uçotu aparan bank, onun əvəzində dövriyyə bank biletləri (banknot) buraxır. O, pul nişanı olan, emissiya bankları tərəfindən dövriyyəyə buraxılan kağız puldur.
Veksel uçotu isə – vekslərin müddəti qurtaranadək bank və ya ixtisaslaşdırılmış kredit müəssisəsi tərəfindən onların satın alınmasını əks etdirir.
Kredit əməliyyatları genişləndikcə çeklə dövriyyəyə ehtiyac duyulur. Cek – cari hesabları və borc əməliyyatlarını həyata keçirmək üçün müəyyən edilmiş bank sənədidir. Daha doğrusu, çek – sari hesab sahibinin bank verdiyi qəti əmri ifadə edən sənəd olub, çekdə göstərilən məbləğin müəyyən bir şəxsə, yaxud həmin sənədi təqdim edənə verilməsini rəsmiləşdirir. Cekin başlıca vəzifəsi – cari haqq – hesab vasitəsi rolu oynamaqdır.
Cekin bir necə növü olur: a) təqdim olunmaq üçün; b) üstündə ad yazılan; v) orderli çeklər.
Təqdim olunmaq üçün çek – təqdim edən hər bir kəsdən ötrü yazılır və onun verilməsi sadəcə təqdim olunma yolu ilə həyata keçirilir. O, beynəlxalq təcrübədə az yayılmışdır.
Üstündə ad yazılan çek – onun da yayılma dairəsi məhduddur.
Orderli çek – müəyyən bir şəxsin xeyrinə, yaxud onun əmrinə əsasən yazılır və çek sahibi onu veksel funksiyasına oxşar funksiyaları həyata keçirmək üçün başqa birisinə verə bilər.
Kredit sövdələşməsinin elementlərinə aşağıdakılar daxildir:

      1. sövdələşmənin predmeti və ya obyekti;

      2. borc verilmiş pul vaxtında onun sahibinə qaytarılmalıdır;

      3. verilmiş kredit üçün müvafiq faiz ödənilməlidir.

Kredit sövdələşməsinin obyekti kimi mülkiyyətin istənilən forması (pul, əmtəə) çıxış edir. Kreditin obyektlərini maliyyələşdirmək üçün bankda hesab açılır. Əgər hesabın sahibi bir nəfərdirsə onu fərdi (ayrıca) hesab, bir necə fiziki və ya hüquqi şəxsdirsə ümumi hesab açılır.
Kredit faizinin səviyyəsi pul bazarında tələb və təklifin səviyyəsindən və həm də kreditorun riskindən asılıdır. Risk – maddi itkilərə səbəb ola biləcək şəraitin yaranma ehtimalıdır. Riskin – valyuta və məzənnə növlərini fərqləndirirlər.
Valyuta riski – xarici ticarət, kredit, valyuta əməliyyatları, fond və əmtəə birjalarında keçirilən əməliyyatlar zamanı milli valyutaya nisbətən xarici valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqələr çoxlu valyuta itirmək təhlükəsidir.
Məzənnə riski – valyutanın bazar qiymətinin dəyişməsindən irəli gəlir. Bunlarla yanaşı riski – daxili və xarici amillər üzündən yaranan risklərə də ayırırlar.
Xarici amillərdən yaranan risk – müxtəlif siyasi və iqtisadi siyasətlə əlaqədar meydana çıxan bank fəaliyyətindən ayrı-ayrı asılı olmayan amillər əsasında yaranır.
Daxili amillərə görə yaranan risk-bankın əsas və yardımçı fəaliyyətləri üzrə yaranan itkiyə (kredit %-i, valyuta və bazar riski, bankın öz hüququndan sui-istifadə halları zamanı) bölünür.
Mövcud imkanlar və tənzimləmə metodlarına görə risk – acıq və bağlı formada baş verir.
Aparılan uçotun xarakterinə görə risk – balans üzrə və balansarxası əməliyyatlarda aparılır.
Risk şkalasında yerləşməsindən asılı olaraq bank risklərinin dərəcələri – tam, mülayim və aşağı səviyyəli risklərə ayrılırlar.
Kredit əməliyyatını bir sıra əlamətlərinə görə təsnif etmək olar:
- müddətinə görə – qısa, orta və uzun müddətli;
- ödəmə xarakteri üzrə – birdəfəlik ödənilən və vaxtı keçməklə ödənilən;
- növləri üzrə – bank, dövlət, kommersiya və s.;
- kreditlərin məbləğinə görə – kiçik, orta və iri məbləğli kreditlər;
- aksept krediti – barat vekselində göstərilmiş müddət gəlib çatarkən həmin veksellərlə ödənişi yerinə yetirəcəyi barədə öhdəlik qəbul edilməsi deməkdir;
- lombard krediti – tez (asan) satılan girov əmlakı üzrə ayrılan ödəniş.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin