Mövzu: Sosial tərbiyə və onun həyata kecirilməsi yolları. Plan


Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi



Yüklə 26,89 Kb.
səhifə2/12
tarix02.01.2022
ölçüsü26,89 Kb.
#39215
1   2   3   4   5   6   7   8   9   ...   12
Movzu-10. Sosial t#U0259rbiy#U0259 v#U0259 onun h#U0259yata kecirilm#U0259si yollar#U0131.

Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi. Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi müasr məktəbin baçlıca sosial funksiyalarından biridir.” Vətəni sevməyən insan olmaz”-uşaqlar Abbas Səhhətin bu məhşur şerinin kövrək misralarını həmişə sevə-sevə oxuyublar.Uzun müddət məktəblərdə vətənpərvərlik tərbiyəsi məsələləri də mahiyyətcə bu leymotivləri əks etdirib.90-cı illərin xüsusilə II yarısında Azərbaycan milli televiziya və radiosunda vətənpərvərlik motivləri yeni anlamda səslənməyə başladı:-torpaq. əğər uörunda ölən varsa vətəndir.

Vətənin müdafiəsi müqəddəs məqamdır.Müasr şəraitdə gənclərin tərbiyəsinin başlıca yönümü həmin məqamla bağlıdır və bağlı olmalıdır.Gənclər doğma azərbaycan ordusunda xidmət etməyi.ana vətəni göz bəbəyi kimi qorumağı özlərinin müqəddəs vəzifəsi,həyat məramı hesab etməli və buna hərtərəfli hazır olmalıdır.

Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində “Oxu”dərslərinin,ədəbiyyat və tarix fənnlərinin imkanları son dərəcədə böyükdür.Lakin son zamanlar bu sahədə X.Q.Fətəliyev tərəfindən aparılmış fundamental tədqiqatlar əsaslı surətdə göstərir ki.”Təbiət fənləri hərbi-vətənpərvərlik tərbiyəsində sinifdənkənar və məktəbdənxaric işlərin əhəmiyyəti önəmlidir.

Məktəbdə şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsində sinifdənkənar və məktəbdənxaric işlərin əhəmiyyəti önəmlidir.

Məktəbdə şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi “Hərbi həyatın tələblərinə uyğun qurulmalı” və sistemli aparılmalıdır. Pedaqqogikada onun sistemi aşağıdakı kimi müəyyənləşdirilmişdir:

-hərbi -vətənpərvərlik tərbiyəsinin sinifdənxaric təşkili formaları: hərbi idman oyunları; “ döyüş şöhrəti”muzeyi və klubları;hərbi texniki dərnəkləri;müharibə veteranları və hərbicilərlə görüşlər; hərbi mövzuda disputlar və sial-cavab gecələri; hərbi motivli bədii əsərlərin müzakirəsi; qırmızı ləpircilərlə iş; hərbi tətbiqi yarışlar;hərbi viktorinalar və s.

-hərbi-vətənpərvərlik tərbiyəsinin məktəbdənkənar təşkili formaları: hərbi mövzuda səhnə əsərlərinə və kinofilmlərə tamaşalar; hərbi yürüşlər;”hərbi –vətənpərvərlik”məktəbi;müdafiə-idman düşərgələri; hərbi hissələrə və döyüş yürlərinə ekskursiyalar və s.

Şəhər və kənd həyat tərzi və tərbiyənin sosial pedaqoji məsələləri. Müasir sosiologiyanın aktual problemləri içərisində şəhər və kəndin sosiologiyası problemi önəmli yer tutur.Hətta bu sahədə özünəməxsus sosioloji məktəblər əmələ gəlmiş və bərqərar olmuşdur.Sosiologiyada şəhər və kənd sosial ərazi birlikləri ki mi müxtəlif ölçülərlə-tarixi,iqtisadi,siyasi,ekoloji və s.ölçülərlə səciyyələndirilir.Şəhərdə və kənddə yeni texnalogiyanın tətbiqinin sosial və ekoloji nəticələrinin araşdırılması müasir sosiologiyada aktual problemlərdən biri kimi dəyərləndirilir.

Şəhər və kəndin sosioloji portretini müxtəlif yönümlü materiallarla təsvir edən sosioloqlar onların həyat tərzinin xüsusiyyətlərini açıqlayanda sosial-pedaqoji baxımdan böyük əhəmiyyətə malik olan müxtəlif məsələləri şəhər və kəndin tipini, infrastrukturanı, əhalinin adət və ənənələrini, əmək və məişət xüsusiyyətlərini, folklorunu əhalinin adət və ənənələrini, əmək və məişət xüsusiyyətlərini təhsil və ixtisas səviyyəsini, asudə vaxt sahəsini ayird edirlər. Bu amillər şəhər və kəndin həyat tərzini sadəcə olaraq səciyyələndirmir, həm də uşaqların tərbiyəsi prosesində bilavasitə aks olunur. Sosial təribye prosesinin sistemli təhlili, onların ətraflı övrənilməsini zəruru surətdə tələb edir.

Azərbaycan pedaqoqları bir qayda olaraq özlərinin tədqiqatlarını şəhər və kənd məktəblərində aparıb, istər şəhər, istərsə də kənd məktəblərində qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənib ümumiləşdirirlər. Lakin böyük əhəmiyyətə malik olan Azərbaycan pedaqoji fikrini zənginləşdirən bu təqiqatlar, demək olar ki , ümumi olar ki, ümumi pedaqoji kontekstində aparılmışdır. Müasir şəraitdə şəhər və kənd məktəblərində tərbiyənin sosial pedaqoji məsələlərinin öyrənilməsi aktual problemlərdən biri kimi meydana cıxır.

Bazar iqtisadiyyatı şəraitində iqtisadi tərbiyə məsələləri. Bazar iqtisadiyyatı şəraitində iqtisadi tərbiyə məsələləri də aktuallaşıb. Pedaqogika tarixində iqtisadi tərbiyə anlayışı ilə səsləşən önəmli fikirlər vardır. Lakin müasir dövrdə bu məsələ yeni məna kəsb edir və bazar iqtisadiyyatının prinsib və meyarları şagirdlərin “dünya mənzərəsinin” nüvəsini təşkil etməlidir. Bu işin ana xətti şagirdlərdə cəmiyyətin inkişaf meyllərinin iqtisadi qanunauyğunluqlarının xüsusiyyətləri, iqtisadi siyasətin mahiyyəti, böhran və sair haqqında vətəndaş anlayışının formalaşması ilə bağlıdır. Onlara sahibkarlıq, işgüzarlıq və təsərrüfatcılıq hissinin aşılanması xüsusilə vacibdir. Bazar iqtisadiyyatı şəraitində birgə yaşayış qaydalarının öyrədilməsi də mühümdür. İctimai təyatın bu tip sahələrində insan (məsələn, “alıcı-satıcı”) münasibətlərinin humanistləşdirilməsi, “alıcı” və “satıcı” rolları üçün zəruri olan ünsiyyət mədəniyyətinin aşılanması, iqtisadi tərbiyənin özünəməxsus vəzifəsi kimi meydana çıxır. Bu köklü məsələnin həllində iqtisadi tərbiyə, əxlaq, dini və ekoloji tərbiyə ilə bilavasitə uzlaşır.


Yüklə 26,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin