Məktəbin ailə ,əmək kollektivləri və ictimaiyyətlə əlaqə formaları. Məktəbin ailə,əmək kollektivləri və ictimaiyyət ilə birgə işinin formaları müxtəlifdir.birgə iş sahəsində geniş yayılmış kollektiv əlaqə formalarını açıqlayarkən N.Kazımov və Ə Həşimov aşağıdakıları ayrıca qeyd edirlər.
-sinif valideyn yığıncaqları;
-ümumməktəb valideyn yığıncaqları;
-məktəbdə məktəbdənkənar tərbiyə müəssələrinin ( uşaq kino-teatrı və kitabxanalarının ,gənc texniklər və təbiətçilər stansiyalarının...) təlim-tərbiyə sahəsində həyata keçirdiyi görüşlər,yarışlar,ekskursiyalar vəs.tədbirlər;
-bəzi ictimai təşkilatların,idarə və müəssələrin nəznində məktəbə və ailəyə yardım məqsədilə yaradılmış komissiyalar vasitəsilə aparılan kollektivişlər;
-uşaqların təlim-tərbiyəsinin səviyyəsini yüksəltmək sahəsində ailə,ictimaiyyət və əmək kollektivlərinin məktəbə kömək göstərməsi;
-şagirdlərin asudə vaxtlarının səmərəli təşkili işində hər dörd qüvvənin (sosial inistitutların) qarşılıqlı surətdə fəal içtirakının təmin olunması: lazım gəldiyi hallarda uşaqların əmək cəhbəsində yaşlı nəslə gücü çatan yardımını təşkil etmək.
Məktəbim ailə,əmək kollektivləri və ictimaiyyətlə əlaqə formalarından hər biri öz-özlüyündə son dərəcə əhəmiyyətlidir və xüsisilə qabaqcıl məktəblərin təcrübəsində bu və ya digər dərəcədə tətbiq edilir.
Məktəbim ailə,əmək kollektivləri və ictimaiyyətlə əlaqə formaları indiyə qədər əsasən ümumpedaqoji aspektdə öyrənilmişdir.
Müasir şəraitdə məktəbin ailə, əmək kollektivləri və ictimaiyyətlə əlaqə formalarını sosial sosial pedaqogikanın aktual problemlərindən biri kimi qiymətləndirmək.ümumi pedaqoji konsepsiyaya arxalanaraq müvafiq ailə formalarının sosial tərbiyə metodikası aspektində acıqlamaq.müxtəlif qrup uşaqlarının-qaçqın və ya köçkün uşaqların, şəhid uşaqlarının,müharıbədə şikəst olmuş uşaqların və s. tərbiyəsində onların imkanlarını müəyyənləşdirmək lazımdır.
Dostları ilə paylaş: |