Əməyin sosiologiyası: əmək tərbiyəsi və peşə yönümü məsələləri.Əməyin sosiologiyası əməyi sosial-iqtisadi proses kimi öyrənir. Əməyin xarakteri,məzmunu, işcilərin peşə ixtisas fərqi,əməyə,müxtəlif peşələrə münasibət və s. bu önəmli elm sahəsinin araşdırdığı məsələlər cərgəsində mühüm yer tutur. Onların nəticələri sosial-pedaqoji konteksdəndə aktualdır.
Sosioloji tədqiqatlar göstərir ki,bazar iqtisadiyyatı şəraitində əhalinin püıələrə münasibəti köklü surətdə dəyişir.Şagirdlərin əmək tərbiyəsi və peşə yönümündə bu meyllər zəruri surətdə nəzərə alınmalıdır.Lakin şagirdlərin qabiliyyətləri,maraq və meylləri çox vaxt elmi metodik səviyyədə öyrənilmir və təbii ki, peşə seçimində nəzərəalınmır.Peşə seçimində hələ də valideynlər önəmli rol oynayırlar.prestijli peşələr anlayışının əmələ gəlməsində ailələrin iddia səviyyəsi, təəssüf ki, öz rolunu oynayır.Məktəb çox vaxt bu birtərəfli meylləri məharətlə neytrallaşdıra bilmir.
Müasir şəraitdə istər əmək tərbiyəsi,istərsə də peşə yönümü üzrə iş bazar iqtisadiyyatı meyarları ilə köklü surətdə təkmilləşdirilməli,onların məzmunu və sistemi dövrün tələbləri kontekstində müəyyənləşdirilməlidir.
Dostları ilə paylaş: |